16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
12:51 / 24-06-2025
“Qiyamət planı” üzə çıxıb - Fotolar
12:39 / 24-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:32 / 24-06-2025
Prezident İlham Əliyev Mingəçevirə gedib - (Yenilənib) - Fotolar
12:28 / 24-06-2025
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
12:04 / 24-06-2025
Daha bir yaşayış məntəqəsi işğal edilib - Foto
11:47 / 24-06-2025
İsrail hava məkanını uçuşlar üçün açıb
11:45 / 24-06-2025
İlham Əliyev italiyalı naziri Mingəçevirdə qəbul edib - (Yenilənib)
11:41 / 24-06-2025
Moskva vilayətinə hücum olub - Foto
11:36 / 24-06-2025
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
11:31 / 24-06-2025
İsrail daha bir iranlı nüvə alimini öldürüb
11:30 / 24-06-2025
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
11:20 / 24-06-2025
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
11:08 / 24-06-2025
İsrail İranla atəşkəs razılaşmasını rəsmən təsdiqləyib
11:00 / 24-06-2025
NATO ölkəsinə hücum ola bilər
10:20 / 24-06-2025
Bakıda nişan mərasimində dava: 3 nəfər tutulub - Video
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Diktator Xoca – O, bütün ölkəni bunkerlər qazmağa məcbur edirdi - Fotolar
Tarix: 08-10-2018 22:32 | Bölmə: Slayd

Diktatorlar və onların ailələrinin dəbdəbəli həyatı ictimaiyyət üçün maraqlıdır.
Reyting.az saytı bu dəfə Albaniyanın rəhbəri Ənvər Xocanın həyatına işıq salır:
Albaniyanın bir qədər əcaib rəhbəri Ənvər Xoca bütün dünya ilə savaşsa da, ölkədə sosializm qura bilməyib. Onun hakimiyyətdə olduğu illərdə royal, maşın almaq, cins şalvar geyinmək və xarci kosmetikadan istifadə qadağan edilsə də, ölkə vətəndaşları hərdən onun hakimiyyəti üçün darıxırlar.

Burada hər şey atom zərbəsinə hazır idi: yerin altındakı beş mərtəbədə rahat 106 otaq vardı, o illərin ən son istehsalı olan texnika ilə təchiz edilmişdi. Onların içərisində əsas bunlar idi: rəhbərin yataq, iş kabineti, parlamentin iclas zalı, hərbi sursat anbarı və konsert zalı. Qırmızı unitazlı vanna otağı xüsusi diqqət çəkirdi. Şayiələrə görə, belə maraqlı interyer qərarını Ənvər Xoca özü verib. Adama elə gəlirdi ki, o əbədi və çox yaşamağa hazırlaşır, kimsənin bu balaca Albaniyaya hücum edəcəyindən qorxurdu.
Royal olmadan
Ənvər Xoca bunker tikintisi “xəstəliyi”nə yoluxubmuş: Albaniya vətəndaşları könüllü-məcburi qaydada onları istənilən yerdə, hətta dənizdə də tikirdilər. Ənvər Xocanın hakimiyyəti zamanı ümumilikdə 700 minə yaxın, demək olar hər alban ailəsinə bir bunker tikilib.
Tabeliyindəkilərin sözlərinə görə, Xocanın əla yumor hissi olub, həmçinin tabeliyindəkiləri motivasiya edə bilirdi. Bunker tikintisinə şəxsən özü nəzarət edirdi. O, bir dəfə tikintiyə məsul olan mühəndisin beton sığınacaqda saxlanılmasını və tankdan atəş açılmasını əmr edib. Həm bunker, həm də mühəndis sağ qalıb. Mühəndis eyni zamanda mükafatını alıb: ona buna bənzər istehkamların tikintisini davam etdirmək icazəsi verilib.

Ölkə ciddi şəkildə hücuma hazırlaşırdı: məsələn, evlərin çoxunda nömrə yox idi, bu casusları çaşdırmaq üçün edilmişdi. Yeri gəlmişkən, belə vəziyyət yalnız rəhbərin və onun ətrafının yaşadıqları elit bir rayona aid deyildi.
Bu, müasir infrastrukturlu əsl şəhər idi, hətta sadə almanlar onun mövcudluğunu təxmin etmirdilər. Məlum olan bu idi ki, rəhbər özü dəbdəbəli həyat sürür və bunu sadə albanlardan daha yaxşı gizlədə bilirdi. İndiyə qədər də Xocanın vaxtını necə keçirməsi və nəyə pul xərcləməsi ilə bağlı hər hansı dəqiq təsvir tapmaq çətindir.
Onun dəbdəbəli həyat tərzi keçirdiyinin yeganə sübutu məşhur 6 litrlik “Mercedes-Benz 600 W100” olub. Dövlət başçısı Tirananın küçələrində özü sürücüsü ilə hərəkət edəndə, yerli sakinlərə avtomobilə, videomaqnitofona, royala, şəxsi mülkiyyətə sahib olmaq, eləcə də rok musiqi, caz dinləmək, cins şalvar geyinmək və “düşmən” kosmetikasından istifadə qadağan edilmişdi.
Qadınlar, şərab və sosializm

Ənvər Xoca ХХ əsrin əvvəlində Osmanlı imperiyasına daxil olan Qirokastra şəhərində parça ticarəti ilə məşğul olan ailədə doğulub. Albaniya tezliklə müstəqillik qazanıb və bu da Xocanın gələcək taleyinə böyük təsir göstərib. O, pis oxumasa da, Fransada universitet təhsilini başa vura bilməyib. Rəhbərin rəsmi bioqraflarının sözlərinə görə, bunun səbəbi Xocanın o zaman sosializm ideyaları ilə maraqlanması olub. Ancaq şayiələrə görə, hər şeyin günahkarı gənc albanın başını fırladan spirtli içkilər və qadınlar olub.
Yeri gəlmişkən, bu onun fransız və türk dillərini öyrənməsinə, eləcə də Marks, Engels, Lenin və Stalinin əsərlərini oxumasına mane olmayıb.
O, evə qayıdaraq fransız dilindən dərs deyib. Ancaq uzun müddət müəllim işləməyib: İtaliya faşistləri Albaniyaya soxulublar. Onların tərəfinə keçməkdən imtina etdiyindən öz yerindən məhrum olub. Bu səbəbdən gizli fəaliyyətə keçərək İtaliya işğalçıları ilə fəal mübarizəyə başlayıb. Bundan əlavə, o, tütün dükanı açıb, kommunistlər orada toplaşmağa başlayıblar. Öz natiqlik bacarığını təkmilləşdirərək asanlıqla 1941-ci ildə yaradılan Albaniya Kommunist Partiyasının rəhbərliyinə daxil olub. Albanlar bir neçə ilə ölkə ərazisini işğalçılardan azad etməyi bacarıblar. Xoca yeni hökumətdə baş nazir və xarici işlər naziri, eləcə də ali baş komandan olub.
“Stalin yoldaşa təşəkkür edirəm”
Müxtəlif dünya diktatorları arasında məharətlə manevr edən Ənvər Yuqoslaviya lideri İosip Broz Tito və İosif Stalinlə dost ola bilib. Sovet lideri ilə münasibəti yalnız Yuqoslaviya 1949-cu ildə sosialist blokunu nümayişkaranə şəkildə tərk edəndən sonra möhkəmlənib. Albaniya SSRİ-ni dəstəkləyib, Moskva cavab olaraq Tiranaya səxavətli kreditlər, ərzaq, avadanlıq, maşın və tibbi ləvazimatlar, habelə geridə qalan tərəfdaşının inkişafı üçün geoloqlar, neftçilər, müəllim və həkimlər göndərib.

Xoca elan edib ki, Albaniya SSRİ-nin yolu ilə gedəcək: onun qarşısında sənayeləşdirmə və kollektivləşdirmə, “xalqın yenidən mədəni tərbiyə edilməsi” dayanır. Sovet İttifaqı ilə dostluq İosif Vissarinoviçin ölümündən sonra başa çatıb. Xocanın Stalinin sədaqətli məsləkdaşı Nikita Xruşovla münasibəti əvvəlcədən alınmayıb, əsl ədavət isə keçmiş sovet başçısının şəxsiyyətə pərəstişinin ifşa edildiyi XX qurultaydan sonra yaranıb. Albaniya 1962-ci ildə qarşılıqlı iqtisadi yardım şurasından çıxıb, sonradan bildirib ki, yığılan borcları Moskvaya vermək niyyətində deyil.
Bu arada Ənvər Xoca xüsusi səylə “xocaizm” adı verilən özünün şəxsiyyətinə pərəstişini qurmağa başlayır, politoloqlar bunu Şimali Koreyadakı çuçxe ideologiyası ilə müqayisə edirdilər. Albaniyada rəhbərin heyranlıq etdiyi Stalinlə bağlı istənilən irs müqəddəs sayılırdı. Ölkədə Stalinin heykəlləri saxlanılır, Kuçiva kimi böyük şəhərə, eləcə də Albaniyada onlarla küçəyə onun adı verilir, sovet liderinin doğum və ölüm günləri qeyd edilirdi.
Xoca Stalin kimi şəxsiyyyətə pərəstiş üsulunu vasitə olaraq götürür: Albaniya liderinin hər yerdə portretləri asılır, ölkədəki ilk avtomobil-traktor kombinatına, zavodlara, kolxozlara, küçələrə, məktəblərə, dağ yüksəklilərinə və paytaxt universitetinə onun adı verilir.
O, əsas milli ideya kimi beynəlxalq aləmdən təcrid yolunu seçir. Albaniya lideri iddia edirdi ki, ölkəsi mühasirədədir, qalan bütün dövlətlər indicə hücum edəcəklər. O, əhalini qorxutmaqdan ötrü ölkədə işləyən yeganə milli televiziya kanalından məharətlə istifadə edirdi. Yaşları 18-dən 56-ya qədər olan ölkə vətəndaşlarının hamısı hərbi hazırlıq kurslarına gedirdi.
Razılaşmayanların, xüsusilə SSRİ ilə hər hansı şəkildə bağlı olanların nazı ilə oynamırdılar. Ölkədən qaçmağa cəhd edənləri güllələnmə gözləyirdi. Dissidentlərlə mübarizədə “Siqurimi” gizli polisi yardım edirdi. Hakimiyyət siyasi təmizləmələrdən çəkinmirdi. Xocanın hakimiyyətdə olduğu zaman 5 mindən 7 minə qədər adam öldürülüb, daha 34 min adam həbsxanaya salınıb, onların min nəfəri orada ölüb.
Allahsız və müttəfiqləri olmadan...
Xocaya ölkəni 40 il boyunca idarə etməyə sevimli həyat yoldaşı – yerli Marksizm-Leninizm Universitetinə rəhbərlik edən Nəcimə yardım göstərib. Qüsursuz obrazı üçün məhz ona borcludur: lider gecə-gündüz millətinin rifahı naminə işləyir, əqidəli kommunistdir, ailəsini sevəndir.
O, onun razılığını alıb ölkədə ateizm elan edir, halbuki əhalinin əksəriyyəti müsəlmandır, eləcə də pravoslavlar və katoliklər də yaşayır. Çinin mədəniyyət inqilabından ruhlanan diktator kilsələrin, monastrların və məscidlərin əmlakını müsadirə etdirir. Onların çoxu uçurulur, qalanlardan anbar, emalatxana, kinoteatr kimi istifadə edilir. Valideynlərə çox ciddi şəkildə uşaqlara kilsə adları vermək qadağan edilir. Albanların öz uşaqlarını xaç suyuna salmaları, yaxud xristian və müsəlman adətlərinə görə nikah ayinləri ilə evləndirmək ciddi yasaq idi. Din əleyhinə qadağaları pozanları ölüm cəzası gözləyirdi.

Yuqoslaviya və SSRİ-dən küsən Xoca Çinlə dostluq etməyə başlasa da, bu, uzun sürməyib. Pekin iqtisadiyyatı digər, xüsusilə kapitalist ölkələri ilə münasibət qurmaqla möhkəmləndirmək qərarına gəlir və diktator onlardan inciyir. Xocanın Albaniyadakı idarəçiliyinin axırında Kuba və Vyetnamdan başqa bütün dövlətlərlə arası dəyib.
Uzun illər ərzində hakimiyyətdə olması diktatorun səhhətində problemlər yaradıb. O, infarkt və insult xəstəliklərindən sonra 1983-cü ildə postunu tərk edib və dövlətin başına öz davamçısını gətirib.
Bundan iki il sonra Ənvər ölüb. Bütün ölkə 9 gün onunla vidalaşıb. Albaniyaya isə heç kim hücum etməyib. Diktatorun iri bunkerinin 2014-cü ildə muzeyə çevrilməsi qərara alınıb. Yeri gəlmişkən, bütün ölkə boyu tikilən yüzlərlə bunkerlə nə etmək lazım olduğunu isə albanlar hələ də bilmir.
İstənilən digər diktator kimi, Xocanın tarixi sirlərə, yalanlara və hekayələrə bürünüb. Buna baxmayaraq, ölkədə onun idarəçiliyi səmimiyyətlə xatırlanır: məhz onun vaxtında savadsızlıq tam aradan qaldırılıb. Onun hakimiyyəti zamanı məktəblərdə pulsuz dərsliklər və uşaqlar üçün forma verilib. Bundan başqa, doğuşlar Avropada ən yüksək həddə çatıb. Birinci övladını dünyaya gətirən qadın əmək haqqından əlavə 10 faiz, ikincidə isə 15 faiz alıb. Ərlə arvaddan biri ölürdüsə, onun ailəsinə əmək haqqı, yaxud pensiyası bir il ödənilirdi.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir