09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Politoloq: “Qərbin Azərbaycana təzyiq etmək yolu yoxdur, növbəti hədəf Zəngəzur olacaq”
Tarix: 27-09-2023 10:24 | Bölmə: Slayd
Politoloq: “Qərbin Azərbaycana təzyiq etmək yolu yoxdur, növbəti hədəf Zəngəzur olacaq”

“Qərb Ermənistanda nə etməyə çalışır? Qərb postsovet məkanına Rusiya ilə münasibətlər prizmasından baxır və bu münasibətlər indi müharibəyə doğrudur. Onlar Ermənistana məhz bu prizmada maraqlıdırlar”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan mətbuatına politoloq Aleksandr İsgəndəryan deyib.

A. İskəndəryan əlavə edib ki, Ermənistan rəhbərliyinin üzərinə götürdüyünün əvəzi Ermənistan Respublikasının təhlükəsizliyinin təmin ediləcəyi gözləntisinə çevrilir:

“Təhlükəsizlik nədir? Hansı formada veriləcək? Bu dəstək üçün hansı vasitələr var? Bunlar başqa məsələlərdir, amma açıq və qapalı müstəvidə müzakirə olunur. Bütün bu səfərlər məhz buna sübutdur. Prinsipcə, əlbəttə ki, Ermənistanla münasibət Qarabağdan daha çətindir, çünki Ermənistan tanınmış dövlətdir. Bunlar siyasətdə fərqli şeylərdir. Amma digər tərəfdən, mən bir çox dövlətlər - Suriyadan tutmuş Ukraynaya qədər - tanıyıram ki, onlara tanınmış dövlət statusu da kömək etmədi”.

A. İskəndəryan bildirib ki, Qərb ölkələrinin Azərbaycana təzyiq etmək üçün demək olar, heç bir yolu yoxdur:

“Birincisi, Azərbaycan neft və qaz tədarükçüsüdür. Bu, Rusiya ilə müqayisədə böyük həcmdə olmasa da, Cənubi Avropa üçün müəyyən əhəmiyyət kəsb edir.

İkincisi, Azərbaycan İranla Rusiya arasında yerləşir. Azərbaycan müsəlman dünyasının ölkəsidir. Eyni zamanda, bu ölkənin İslam ölkələri üçün çox spesifik istiqaməti var. Məsələn, İranla münasibətləri zəif olan İsraillə çox yaxşı münasibətləri var. Bakı ilə yəhudi dövləti arasında əməkdaşlıq da buna əsaslanır.

Bundan əlavə, biz Azərbaycan deyirik, amma beynimizdə həm Rusiya, həm də Qərb üçün son dərəcə vacib olan Türkiyəni nəzərdə tuturuq, halbuki Türkiyə həm Qərb, həm də Rusiya Federasiyası üçün problemli ölkədir”.

Bütün bunları nəzərə alan politoloq bəzi təminatların əldə oluna biləcəyini istisna etmir və deyir ki, rəsmi İrəvan da bununla məşğuldur: “Ancaq eyni zamanda, Azərbaycanın Ermənistanın artıq zəbt etdiyi ərazilərini tərk edəcəyini düşünmürəm. Baş nazirimiz 29800 kvadrat kilometrdən danışmağı xoşlayır, amma 29800 kvadrat kilometr artıq yoxdur. Azərbaycanlılar nəzarətə götürdükləri yerlərdə hərbi obyektlər tikirlər. İqtisadi potensiala əsaslanmayan əraziləri tutdular, yüksəklikləri götürdülər. Bu ya müharibəyə hazırlıqdır, ya da müharibəyə hazırlıq təhlükəsidir”.

İsgəndəryan iddia edir ki, Azərbaycanın növbəti hədəfi Zəngəzurdan keçən dəhlizdir: “Bu, artıq onların gündəmindədir. Bəlkə də nə qədər irəli gedəcəklərini hələ bilmirlər. Bu, bir çox hallardan asılıdır. Bundan əlavə, hesab edirəm ki, bu variantlardan bir neçəsi ola bilər: minimum plandan maksimum plana qədər”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər