09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Keçmiş prezidentin qızı beynəlxalq cinayət təşkilatına rəhbərlik etməkdə ittiham olunur
Tarix: 29-09-2023 11:38 | Bölmə: Slayd
Keçmiş prezidentin qızı beynəlxalq cinayət təşkilatına rəhbərlik etməkdə ittiham olunur

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova beynəlxalq cinayət təşkilatına rəhbərlik etməkdə ittiham olunur.

Reyting.az
xəbər verir ki, İsveçrə hakimiyyəti 2019-cu ildən Özbəkistanda həbsdə olan 51 yaşlı G. Kərimovanın ölkədən milyonlarla dollar oğurladığını, dünyanın müxtəlif ölkələrində menecer və məmurlara rüşvət verdiyini iddia edir.

G. Kərimovanın milyonlarla dollar çirkli pulu yuyan beynəlxalq cinayət təşkilatını idarə etdiyi də bildirilir.

Xatırladaq ki, G. Kərimovanın ötən illərdə diplomat kimi toxunulmazlığı olub.

İsveçrədəki bəzi şirkətlər və bank hesabları vasitəsilə çirkli pulları yuduğu deyilən Kərimovanın təşkilatında “The Office” kimi tanınan 100-dən çox şirkətin olduğu da bildirlir.

Qeyd edək ki, uzun illər toxunulmazlığı olan Kərimova dəbdəbəli həyat tərzi və məşhur dostları ilə ziyafətlərlə tez-tez gündəm olub.

"Financial Times" qəzeti yazır ki, 2010-cu ildə İsveçrədə çökən ofisin mərkəzi qərargahının “Zeromax” olduğu iddia edilib. “E&Y” adlı audit şirkəti “Zeromax”ın hesablarını araşdırıb və “Zeromax” E&Y-yə qarşı iddia qaldırdıqdan sonra bütün məlumatlar açıqlanıb. Qeydlər göstərir ki, zərgərlik məmulatlarına, dəbdəbəli tibbi müalicələrə və şirkətin Özbəkistanda təbii sərvətlər və tikinti biznesləri üçün holdinq kimi rəsmi fəaliyyətinə aidiyyatı olmayan mülklərə milyonlarla dollar xərclənib.



Dəbdəbəli həyat tərzinə görə vaxtilə “Özbəkistanın şahzadəsi” adlandırılan Kərimovaya qarşı cümə axşamı hazırlanan ittiham aktında bildirilir ki, İsveçrənin tanınmış özəl banklarından biri olan “Lombard Odier”-ə qarşı da cinayət işi ilə bağlı istintaq davam edir.

Kərimovanın İsveçrədəki vəkili ittihamları təkzib edib. Onun Cenevrədəki vəkili Gregoire Mangeat deyib: “Biz bütün ittihamları rədd edirik və o, günahsızlığı üçün mübarizə aparacaq. Mütəşəkkil cinayət nəzəriyyəsi tamamilə cəfəngiyyatdır. Bu, istintaqın başlamasından 10 il sonra və bir il əvvəl İsveçrə prokuroru tərəfindən irəli sürülən iddiadır. Müvəkkilim Kərimova 10 ilə yaxındır ki, həbsdədir və onun nə vaxt azadlığa çıxacağı məlum deyil”.

Onu da qeyd edək ki, İsveçrə 2016-cı ildə atasının ölümündən sonra diplomatik toxunulmazlığını itirən Kərimovaya qarşı istintaqa başlayıb. Kərimova 2013-cü ildə Mərkəzi Asiya ölkəsində baş verən siyasi dəyişikliklərdən sonra ev dustağı olub və 2017-ci ildə öz ölkəsində mənimsəmədə təqsirli bilinib. Onun vəkilləri bundan sonra Kərimovanın işgəncələrə məruz qaldığını və əsas hüquqlarından məhrum edildiyini bildiriblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər