09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
“Vaqner” parçalanır - Kreml ona əvəzedici tapıb
Tarix: 02-10-2023 11:57 | Bölmə: Slayd
“Vaqner” parçalanır - Kreml ona əvəzedici tapıb

"Priqojin sağdır". Bu ifadə avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin ölümü ilə nəticələnən “Embraer Legacy” təyyarəsinin qəzaya uğramasından bir ay sonra Rusiyanın “Yandex” axtarış sistemindəki ən populyar sorğular sırasında qalır.

Reyting.az
xəbər verir ki, bu barədə “Al-Monitor” yazıb.

ABŞ nəşrinin təhlilində qeyd olunur:

Rusiya mediası da Priqojinin xarici və Rusiya aktivləri ilə bağlı fərziyyələr irəli sürür. Üstəlik, “Vaqner”in minlərlə muzdlusu, onların Rusiya Müdafiə Nazirliyinin nəzarətinə keçməsi ilə bağlı qanunvericilik dəyişikliyi və qeyri-rəsmi iddialara baxmayaraq, xaricdə döyüş əməliyyatlarını davam etdirir.

Bəziləri Priqojinin ölümündən şübhələnirlər, çünki “Vaqner” fəaliyyətini davam etdirir. Onun muzdluları ən çox Malidə aktivdir. “Vaqner”ə bağlı “Telegram” kanalları döyüşçülərin yeni fotoları ilə kifayət qədər doludur.

Məsələn, “Vaqner” Qoa bölgəsində “Azavadın Xilas Hərəkatı” ilə toqquşmalarda Mali Silahlı Qüvvələrinin tərəfində fəal şəkildə döyüş əməliyyatlarında iştirak edir. Son bir neçə həftədə Mali və Mərkəzi Afrika Respublikasında iki “Mi-8” helikopterinin və “An-26” nəqliyyat təyyarəsinin də qəfil qəzaya uğraması qrupun Kremldəki mövqeyi ilə bağlı şübhələri artırıb.

Mərkəzi Afrika Respublikasında ilk dəfə olaraq “Vaqner”in muzdlularından birinin cəsədi “Qayıdış”, “Rekultivasiya və Reabilitasiya” kimi tanınan üsyançı qrupun əlinə keçib. Döyüş hazırlığı və maddi-texniki təchizata cavabdeh olan və avqustun 23-də baş verən qəzada həlak olan Yevgeni Priqojin, Dmitri Utkin və Valeri Çekalov olmasa belə, “Vaqner” hələ də ciddi döyüşlərdə iştirak edir.

Ötən ayın sonunda “Vaqner”in əməliyyat arenalarına - Suriya, Liviya, Bamako, Mali, Burkina Faso və Mərkəzi Afrika Respublikasına Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun səfəri və diplomatik fəaliyyəti diqqəti özünə çəkdirib.

Həm “Al-Monitor”, həm də açıq məlumat mənbələrinə görə, Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov Afrika hakimiyyətini “Vaqner”lə birbaşa əməkdaşlıqdan imtina etməyə inandırır. Bunun müqabilində onlara rəsmi dəstək, hərbi-texniki əməkdaşlıq və birbaşa Rusiya hərbi kəşfiyyatına bağlı özəl hərbi şirkətlər təklif olunur.

Hərbçilərin hələ də “Vaqner” əsgərlərinin Suriyadakı mövcudluğunu genişləndirən və Liviyada işləməyə başlayan başqa bir özəl hərbi şirkət olan “Redut”-a keçidin təklif edildiyi bildirilir. Yerli hakimiyyət orqanları - istər Suriya prezidenti Bəşər Əsəd hökuməti, istər general Xəlifə Həftərin qondarma Liviya Milli Ordusu, istərsə də Mali Silahlı Qüvvələri - rəsmi Moskvanın iradəsinə müqavimət göstərmir, əksinə, rus muzdlularının çıxarılması təşəbbüsü ilə çıxış etmirlər.

“Vaqner”in Liviyadakı işi ilə tanış olan “Al-Monitor”un mənbələrinə görə, Həftər sentyabrın 26-da Moskvaya səfər edib.

Rusiya diplomatik korpusuna yaxın məlumatlı mənbə, adının açıqlanmasını istəməyən şəxs “Al-Monitor”-a bildirib: “Bununla bağlı bir çox problemlər var, məsələn, Rusiya agentliklərinin Suriyanın Hmeymim aviabazalarından tranzit qovşağı kimi istifadəsinə qadağa qoyması və sentyabrın ortalarında baş verən münaqişələr kimi”.

Rusiya rəsmiləri müttəfiqləri olan Suriya hökumətindən iyundakı qiyamdan sonra “Vaqner”lə əməkdaşlıqdan imtina etməyi xahiş ediblər.

Sentyabrın 11-12-də Suriyanın Homs şəhərində Rusiya Hərbi Hava Qüvvələri T4 aerodromuna eniş etmək üçün gələn “Vaqner” hərbi-nəqliyyat təyyarəsini az qala vuracaqdı. Təyyarədə rusiyalı hərbçilərdən başqa, “Vaqner”in Həftər tərəfində döyüşmək üçün cəlb etdiyi 100-dən çox suriyalı muzdlu da olub. “Vaqner”lə əlaqəsi olan “Al-Monitor” mənbəsinin sözlərinə görə, Priqojin Ukrayna kampaniyası zamanı “Müdafiə Nazirliyindən asılı olmayaraq təyyarə parkını genişləndirməyə çalışıb və bir neçə alış-veriş edib”.

“Vaqner”ə bağlı “Telegram” kanallarının məlumatına görə, vəziyyət Yevkurovla Liviyadakı qeyri-rəsmi Rusiya hərbi obyektinə zərbə endirməklə hədələyən muzdlular arasında danışıqlar yolu ilə idarə olunub. Amma Moskvanın hərbi qruplaşmaya maddi-texniki təchizatla bağlı kömək etməməyi xahiş etdiyi Suriya hökuməti muzdlulara iranlıların son vaxtlar istifadə etdiyi T4 aerodromuna giriş icazəsi verib. Bununla belə, “Vaqner”in indiki rəhbərliyi - Priqojinin oğlu Pavel, təhlükəsizlik rəisi Mixail Vatanin, hazırkı hərbi lider Anton "Lotus" Yelizarov, digər sərkərdələr və mülki funksionerlər muxtariyyəti qoruya bilməyəcəklər. Parçalanma prosesi Priqojinin ölümündən dərhal sonra başlayıb.

Birincisi, “Vaqner”in “Redut”dakı keçmiş muzdluları və qondarma ekspedisiya korpusu Baxmut bölgəsində Ukrayna cəbhəsinə qayıtdılar.

İkincisi, “Vaqner”in bəzi təlimatçıları Ukraynanın qonşusu Rostov vilayətinin regional hakimiyyət orqanları və veteranlar təşkilatı ilə əməkdaşlıq edərək yerli ərazi müdafiə bölmələrinə təlim keçməyə başlayıblar.

Üçüncüsü, Rusiya könüllü silahlı dəstələrin Rusiya milli qvardiyası olan “Rosqvardiya” tabeliyində rəsmi təhvil verilməsinə və xaricdə mümkün istifadəsinə hazırlaşır. Məlumata görə, 1-ci Hücum Batalyonunun bəzi “Vaqner” muzdluları artıq agentliklə müqavilə imzalayıb və qanun rəsmən qəbul edilməmişdən əvvəl Ukraynaya göndəriliblər.

Yelizarovun “Rosqvardiya” ilə bütün şirkətin, o cümlədən xarici bölmələrin Rusiyaya tabe olması ilə bağlı danışıqları qrupları təcrid edən fərdi müqavilələrin imzalanması tələbi ilə əngəllənib.

Eyni zamanda, “Rosqvardiya” xaricdə işləmək üzrə heç bir ciddi təcrübəyə malik deyil və hipotetik olaraq yalnız “Vaqner”in qalıqlarının hərəkətləri üçün rəsmi örtük rolunu oynaya bilər.

“Vaqner” üçün ciddi problem, muzdluların olduğu ölkələrdə Rusiyanın etibarının azalmasının qarşısını almaq üçün indiyədək daha sərt davranmaqdan çəkinən Müdafiə Nazirliyi ilə rəqabətdə özünü təmin etmək məsələsidir. Rusiya biznesinin bir hissəsinin - “Beta”, “Tourstatus”, “Lakhta Park Premium”, “Lakhta Park” və “Lakhta Plaza”nın gəlirləri son bir il ərzində azalaraq 2,4 milyarddan 655 milyon rubla (25 milyon dollardan 6,7 milyon dollara) düşüb.

“Vaqner”in xarici aktivlərindən (Euro Police, M Invest, Mercury llc, Lobaye Invest və bir sıra digər neft və qızıl mədən şirkətləri) əldə edilən gəlirlər tez-tez anonim fondlara və kriptovalyuta cüzdanlarına yerləşdirilirdi və onların Priqojinin ailə üzvləri, yoxsa “Vaqner”in sərkərdələrinə aidliyi indi aydın deyil.

Şirkətin sütunu hələ də Afrikada manevr edir, amma rəsmi qoşunların mövcudluğu və “Vaqner”in neft və qaz hasilatında iştirakı səbəbindən Suriyada vəziyyət xeyli mürəkkəbdir. Bunu “Al-Monitor”un Rusiya diplomatik korpusu ilə əlaqəsi olan mənbə bildirib.

Onun strukturları 2017-ci ildən bəri İŞİD-dən azad edilmiş ərazilərdə neft və qaz hasilatı üçün gəlirin bir faizini alır, lakin bu illər ərzində Əsəd hökuməti, kifayət qədər müntəzəm ödənişlərə baxmayaraq, Priqojinin strukturlarına xeyli borc yığıb.

Priqojinin keçmiş strukturlarına yaxın mənbələrə görə, Moskva suriyalılara qrupun ayrılması və onun “Redut”la əvəzlənməsi halında “Vaqner”ə olan borclarını bağışlayacaqlarını vəd edib, lakin Dəməşq hələ də işin pozulmasından ehtiyat edir. Bəzi mənbələrə görə, “Stroytransgaz” tikinti şirkətinin törəmə şirkətləri də Suriyadakı işlərini ixtisar etmək niyyətində olduğundan bu qorxular artıb.

Ümumiyyətlə, Kreml kölgə diplomatiyasından asılı qalır. Eyni zamanda, bir çox rusiyalı ekspertlər birdən-birə Əlcəzairdə peyda olan və Priqojinin üsyanına görə Rusiya Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən qovulan rüsvayçı general Sergey Surovikinin kölgə diplomatiyası sferasında və Kremlin himayəsi altında fəaliyyət göstərəcəyini bildirir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər