09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Cəbrayılın işğaldan azad edilməsindən 3 il ötür
Tarix: 04-10-2023 09:00 | Bölmə: Slayd
Cəbrayılın işğaldan azad edilməsindən 3 il ötür

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 3 il ötür.

Reyting.az
xatırladır ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.

Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də ölkəmizdə Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.





Bölməyə aid digər xəbərlər