09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Qarabağda son döyüşlərdən əvvəl gizli görüş - ABŞ nəşri yazıb
Tarix: 04-10-2023 10:09 | Bölmə: Slayd
Qarabağda son döyüşlərdən əvvəl gizli görüş - ABŞ nəşri yazıb

ABŞ, Avropa İttifaqı və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycanın Qarabağda antiterror tədbirlərinə başlamasından bir neçə gün əvvəl Qarabağdakı vəziyyətlə bağlı Türkiyədə gizli danışıqlar aparıblar.

Reyting.az
xəbər verir ki, bu barədə “Politico” yazıb.

ABŞ nəşrinin təhlilində qeyd olunur:

Bu görüş Ukraynada müharibə başlayandan bəri Moskva ilə Qərb arasında mühüm təhlükəsizlik problemi ilə bağlı nadir, - əgər uğursuz olsa da, - təmasdır.

Müzakirələrlə tanış olan yüksək səviyyəli diplomat “Politiko”-ya bildirib ki, görüş sentyabrın 17-də İstanbulda anklavın doqquz aylıq blokadasına son qoymaq və Ermənistandan gələn humanitar yardım karvanlarının keçməsinə icazə verilməsi üçün Azərbaycana təzyiq cəhdləri çərçivəsində baş tutub.

Onun sözlərinə görə, görüşdə "bu lənətə gəlmiş yük maşınlarının necə hərəkət etdirilməsi" və ərzaq və yanacaq təchizatının 100.000 sakinə çatmasını təmin etmək müzakirə edilib.

ABŞ-ı Vaşinqtonun Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono təmsil edib, Avropa İttifaqı isə xüsusi elçisi Toivo Klaarı göndərib.

Yeri gəlmişkən, görüşdə Rusiyanı Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə Rusiya Federasiyasının xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib.

Avropa Birliyinin rəsmisi “Politico”-ya verdiyi açıqlamada deyib ki, anlaşılmazlıqların qarşısını almaq üçün müvafiq həmsöhbətlərlə əlaqə kanallarını saxlamağın vacib olduğuna inanırıq. Rəsmi həmçinin qeyd edib ki, Klaar “son illərdə” bir çox cəbhələrdə, o cümlədən Xovayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə danışıqlarda rabitə xətlərini saxlamağa çalışıb.

ABŞ Dövlət Departamentinin sözçüsü görüşlə bağlı şərh verməkdən imtina edərək, deyib: “Biz özəl diplomatik müzakirələri şərh etmirik”.

Bununla belə, məsələ ilə tanış olan ABŞ rəsmisi izah edib ki, müzakirələr Kremlin bölgədəki vəziyyətin nəzarətdə qalması anlayışından irəli gəlib. “Biz bu məsələdə ruslarla işləyə bilməliyik, çünki onların tərəflərə təsirləri var, xüsusən indi təhlükəli məqamda olduğumuz bir vaxtda”, - ABŞ rəsmisi bildirib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər