09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
NATO Rusiyaya qarşı 300 minlik ordu hazırlayıb
Tarix: 04-10-2023 12:34 | Bölmə: Slayd
NATO Rusiyaya qarşı 300 minlik ordu hazırlayıb

NATO hesab edir ki, Rusiya və terrorçu qruplar onun üçün ən böyük təhlükədir. Alyans liderləri Vilnüs sammiti zamanı regional nəzarət və müdafiə planları barədə razılığa gəliblər.

Reyting.az
xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer Varşava Təhlükəsizlik Forumunda deyib.

Onun sözlərinə görə, əvvəllər Şərq cinahında döyüş qruplarının səkkizə çatdırılması qərara alınıb, onlardan dördü briqada səviyyəsinə qədər gücləndirilib.

Alyans həmçinin ilk ay ərzində çevik reaksiya qüvvələrinin sayını 300 minə çatdırıb. Bauerin fikrincə, bu, Rusiya ilə “böyük münaqişə” vəziyyətində kifayət qədər döyüşçülərin sayıdır.

Admiral qeyd edib ki, bir sıra ölkələr qoşunların hazırlanmasına, istehsal gücünün artırılmasına və inteqrasiya olunmuş hava və raket əleyhinə müdafiəyə investisiyaları artırmalıdır.

“Hava hücumundan müdafiədə siz iki şeyi edə bilərsiniz. Raketlərin sizə çatmasını gözləyə və sonra onları vura bilərsiniz. Bunun üçün Ukraynada gördüyümüz kimi, çoxlu raketlərə ehtiyacınız olacaq. Söhbət təkcə raketlərdən getmir, həm də getdikcə daha çox istifadə olunan pilotsuz uçuş aparatları nəzərə alınmalıdır. Yaxud rusların sizə bu raketləri atdığı sistemləri məhv etmək üçün öz tərəfinizdəki raketlərdən və digər sistemlərdən istifadə edə bilərsiniz ki, bu, olduqca effektivdir, çünki onların vurmağa heç bir şeyləri yoxdur. İnvestisiya görəcəyimiz bu iki şeyin birləşməsidir”, - Bauer əlavə edib.

Xatırladaq ki, yayda “Röyter” agentliyi alyans üzvlərinin Rusiyanın hücumuna cavab vermək üçün regional planlar barədə razılığa gəldiyini bildirmişdi. Qeyd edilirdi ki, onilliklər ərzində belə planlara ehtiyac yox idi, lakin Ukraynadakı genişmiqyaslı müharibə qaydaları dəyişib.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər