09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
10 bəndlik sülh planı Türkiyədə müzakirə olunacaq
Tarix: 05-10-2023 13:56 | Bölmə: Slayd
10 bəndlik sülh planı Türkiyədə müzakirə olunacaq

Ukraynada sülhə nail olmaq üçün bu ayın sonunda üçüncü beynəlxalq görüş keçirilməlidir. Bu, avqust ayında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən tədbirlə demək olar, eynilik təşkil edə bilər.

Reyting.az
-ın xəbərinə görə, “Bloomberg” mənbələrinə istinadla yazıb ki, tədbirin ev sahibi Türkiyə olacaq.

Gündəmdə Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasını nəzərdə tutan 10 bəndlik sülh planı var. Kiyevin bu ilin sonunda sülh təklifləri üzrə qlobal sammit keçirmək planları da müzakirə olunacaq.

Məlumata görə, İstanbul şəhərində keçiriləcək görüşdə məhdud sayda rəsmilərin, o cümlədən ABŞ nümayəndələrinin iştirakı gözlənilir. Eyni zamanda, onlar qeyd edirlər ki, Ağ ev tədbirdə konkret kimin iştirak edəcəyini hələ müəyyənləşdirməyib.

İclasın təşkilatçıları Çinin də bu müzakirələrdə iştirakını istəyir, lakin Pekinin öz nümayəndəsini göndərib-göndərməyəcəyi hələlik məlum deyil.

Nəşrin mənbələri bildirir ki, Rusiya ötən dəfə olduğu kimi, bu dəfə də tədbirə dəvət olunmayıb. Bu səbəbdən Rusiya əvvəlki görüşləri qeyri-legitim hesab edərək pisləyib.

Qeyd edək ki, Türkiyədə keçirilən görüş Ukraynadakı müharibənin nizamlanmasına dair müzakirələrin aparıldığı üçüncü belə tədbirdir. İyun ayında analoji tədbir Danimarka, avqustda isə Səudiyyə Ərəbistanı tərəfindən keçirilib. Səudiyyə Ərəbistanı hökuməti təxminən 40 ölkədən nümayəndə dəvət edib. Danışıqlara Ukraynanın milli təhlükəsizlik müşavirləri və diplomatları, Kiyevin bir neçə əsas müttəfiqi və G20 ölkələrinin, xüsusən də Rusiyanın işğalını pisləməyən Hindistan, Braziliya və Çin nümayəndələri cəlb edilmişdir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər