09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rusiya üç ölkəyə nüvə zərbəsi endirə bilər
Tarix: 05-10-2023 14:21 | Bölmə: Slayd
Rusiya üç ölkəyə nüvə zərbəsi endirə bilər

Rusiya prezidenti Vladimir Putin Ukraynaya və ya Avropa ölkələrinə nüvə zərbəsi endirmək qərarına gəlməyə qadirdir. O, bunu sadəcə, dünya tərəfindən olduğu kimi xatırlanmamaq üçün edə bilər.

Reyting.az
xəbər verir ki, bunu Fond rəhbəri, analitik və jurnalist Olqa Romanova deyib.

“O, hər şeydən çox tarixin hökmündən qorxur. Onun qorxusu o qədər güclüdür ki, məncə, nüvə zərbəsindən danışmaq zarafat deyil. Onun üçün bəşəriyyəti Yer üzündən silmək daha asandır. Özünü böyütməkdən başqa heç bir məqsədi yoxdur”, - Romanova Putini nəzərdə tutaraq əlavə edib.

Romanovanın fikrincə, Ukrayna, Polşa və Almaniyanın paytaxtları belə bir zərbəyə məruz qala bilər: “Hər şey hadisələrin inkişafından asılı olacaq. Mən başa düşürəm ki, Zaporojye AES-i partlatmaq və onu yerli nüvə partlayışı kimi təqdim etmək mümkün deyil. Baxmayaraq ki, bu, yəqin ki, rus təbliğatçıları üçün mümkündür”.

Fond rəhbərinin iddiasına görə, Rusiya Kiyevə, Varşavaya və ya Berlinə lokal nüvə zərbəsi endirə bilər.

Jurnalist xatırladır ki, nüvə silahından istifadə ilə bağlı təhdidlər daha çox təbliğatçılardan və Rusiya liderinin əlinə oynayan ölkənin keçmiş prezidenti Dmitri Medvedevdən gəlir: “Putin bu prosesdə müdrik şəxs kimi görünür. Bu isə təəssüf ki, Qərbə Putinin daha az şər olduğunu düşünməyə imkan verir”.

Onu da qeyd edək ki, bu həftə rus təbliğatçısı Marqarita Simonyan Sibir üzərində nüvə bombasını partlatmağa çağırıb. Bununla yanaşı Putinin yaxın dostu Mixail Kovalçuk dünən deyib ki, Rusiya öz qətiyyətini Qərbə nümayiş etdirmək üçün nüvə silahını partlatmalıdır. Ukrayna prezidenti V. Zelenski isə hesab edir ki, Putinin uğursuzluğa düçar olması nüvə təhlükəsini artırır. Onun fikrincə, nüvə silahının nümayişi rusların gücünü yox, zəifliyini göstərir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər