09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Putinə yaxın üç oliqarxın 17 milyard dəyərində varidatı həbs edilib
Tarix: 06-10-2023 17:24 | Bölmə: Slayd
Putinə yaxın üç oliqarxın 17 milyard dəyərində varidatı həbs edilib

Prezident Putinə yaxınlığı ilə tanınan və Rusiya Federasiyasının silahlı təcavüzünün irimiqyaslı maliyyələşdirilməsi “sxemlərində” iştiraklarına görə sanksiyaya məruz qalmış rusiyalı oliqarxlar Mixail Fridman, Pyotr Aven və Andrey Kosoqova məxsus bütün korporativ hüquqlar müsadirə edilib. Ukrayna məhkəməsinin bununla bağlı qərarı ölkə ərazisindəki 20 şirkət və maliyyə qurumlarına şamil olunur.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, qərar Kreml oliqarxlarının son benefisiar kimi və ya nəzarət edilən ofşor şirkətlər vasitəsilə sahib olduqları 20 şirkət və maliyyə qurumlarına aiddir. Bloklanan aktivlər arasında maliyyə və sığorta şirkətləri, mobil rabitə və İT şirkətləri, həmçinin mineral su zavodları var.

Ukrayna Təhlükəsizlik Xidməti bildirir ki, ələ keçirilən korporativ hüquqların dəyəri 17 milyard qrivnadan çoxdur.

Ukrayna Təhlükəsizlik Xidməti xatırladıb ki, bu ilin sentyabr ayının əvvəlində müstəntiqlər Fridmanı Cinayət Məcəlləsinin 3-cü hissəsinə əsasən şübhə ilə bağlı məlumatlandırıblar.

“O, hazırda şübhəli biznes tərəfdaşları ilə birlikdə Ukraynadan kənardadır. Günahkarların məsuliyyətə cəlb edilməsi üçün onların təxribat fəaliyyətinin bütün hallarının müəyyən edilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir”, - məlumatda deyilir.

Hüquq-mühafizə orqanları Sense Bankın (keçmiş Alfa Bank) sahibi olan rusiyalı oliqarx Mixail Fridmana ondan şübhə ilə bağlı məlumat veriblər. Müstəntiqlərin fikrincə, o, əlaltıları ilə birlikdə ofşorlara 700 milyon qrivnadan çox pul çıxara bilib.

Baş Prokurorluq qeyd edib ki, Rusiya və İsrail vətəndaşlığı olan rusiyalı oliqarx Kipr şirkətlərinin də daxil olduğu və əvvəllər Ukraynanın özəl bankının daxil olduğu beynəlxalq maliyyə və sənaye qrupunun fəaliyyətinə nəzarət edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər