09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Tərtərdə iki nəfər minaya düşüb, biri həlak olub - (Yenilənib)
Tarix: 06-10-2023 20:42 | Bölmə: Slayd
Tərtərdə iki nəfər minaya düşüb, biri həlak olub - (Yenilənib)

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Araşdırma aparılır.

***

Oktyabrın 6-sı saat 21 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində 1992-ci il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər