09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Blinken Fidanla son gərginliyi müzakirə edib
Tarix: 06-10-2023 23:41 | Bölmə: Slayd
Blinken Fidanla son gərginliyi müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidan ilə “terror təhdidləri”ni müzakirə edib.

Reyting.az
-ın məlumatına görə, Dövlət Departamentindən bildiriblər ki, Blinken və Fidan Birləşmiş Ştatlar ilə Türkiyənin “terror təhdidlərinə qalib gəlməkdə ortaq hədəfi” olduğunu vurğulayıblar.

“Təhlükələrin Suriyada, İraqda və ya başqa yerdə olmasından asılı olmayaraq, onlar ABŞ, Türkiyə və müttəfiqlərinin təhlükəsizliyini pozur. Dövlət katibi ümumi fəaliyyətdə koordinasiyanın və ziddiyyətlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıb”, - deyə hesabatda qeyd olunur.

Türkiyə Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Fidan kəskin formada amerikalı həmkarının diqqətinə ABŞ-ın Türkiyənin müttəfiqi kimi Suriyanın şimalında Kürd Xalq Birlikləri (YPG) ilə əməkdaşlığı dayandırmalı olduğunu çatdırıb. O, Türkiyənin İraq və Suriyadakı terrorla mübarizə əməliyyatlarını qətiyyətlə davam etdirəcəyini deyib.

Nazirlər Türkiyənin bölgədəki əməliyyatları çərçivəsində İraq və Suriyada Türkiyə ilə Amerika hərbçilərinin qarşılıqlı əlaqə mexanizmini də müzakirə ediblər. Tərəflər belə qənaətə gəliblər ki, bu mexanizm Türkiyənin terrorla mübarizəsinə müdaxilə etmədən səmərəli fəaliyyət göstərə bilər.

Qeyd olunur ki, görüş zamanı tərəflər NATO-nun genişlənməsi məsələsini də müzakirə ediblər.

Daha əvvəl xəbər verildiyi kimi, ABŞ dünən Suriyanın Hasəkə şəhərində Amerika hərbçilərinə çox yaxından uçan türk pilotsuz təyyarəsini vurub. Məlumata görə, amerikalılar pilotsuz təyyarəni vurmazdan əvvəl türk hərbçilərinə bir neçə dəfə təhlükəli yanaşma barədə xəbərdarlıq ediblər.

İnsidentdən sonra Pentaqon rəhbəri Lloyd Ostin türkiyəli həmkarı Yaşar Gülərə zəng edərək “hərbi kanallar vasitəsilə münaqişələrin qarşısının alınması protokollarına ciddi riayət edilməsini” vacibliyini deyib.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Quinton Braun və türkiyəli həmkarı Metin Qurak da Suriyadakı ABŞ qoşunlarının “təhlükəsizliyini təmin etmək üçün ümumi münaqişənin aradan qaldırılması protokollarına əməl etməyin zəruriliyini” müzakirə ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər