09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Bakı-Təl-Əviv aviareysi təxirə salınıb
Tarix: 07-10-2023 18:49 | Bölmə: Slayd
Bakı-Təl-Əviv aviareysi təxirə salınıb

Sabahkı Bakı-Təl-Əviv reysini ləğv edilib.

Reyting.az
-ın məlumatına görə, İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) oktyabrın 8-nə planlaşdırılan Tel-Əvivin Ben Hurion hava limanına və əks istiqamətdə bütün uçuşları ləğv edib.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

AZAL bildirir ki, Təl-Əviv istiqaməti üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Dəyişikliklər barədə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Hazırda aviaşirkət növbəti xəbərdarlığa qədər Təl-Əviv istiqaməti üzrə aviabiletlərin satışını dayandırıb.

Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.




Bölməyə aid digər xəbərlər