09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 min nəfəri ötüb - (Yenilənib)
Tarix: 08-10-2023 10:02 | Bölmə: Slayd
Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 min nəfəri ötüb - (Yenilənib)

Əfqanıstanın qərbində 6,3 maqnitudalı iki zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində çoxsaylı ölən və yaralı var.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi tərəfindən şənbə günü qeydə alınan güclü zəlzələnin episentri Herat şəhərindən 40 km şimal-qərbdə yerləşib və ondan sonra bir neçə yeraltı təkanlar baş verib.

Son məlumatlara görə, zəlzələ və afterşokların qurbanlarının sayı 2 min nəfəri ötüb.

***

Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində 2 053 nəfər ölüb, 9 240 nəfər yaralanıb.


“Reuters” xəbər verir ki, bu barədə “Taliban” hökumətinin Təbii Fəlakətlə Mübarizə Nazirliyi bildirib.

Yeraltı təkanlar nəticəsində 6 kənd tamamilə dağılıb.




Bölməyə aid digər xəbərlər