09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
İsraildə hərbi əməliyyatlar: çoxsaylı ölən və yaralı var
Tarix: 09-10-2023 11:25 | Bölmə: Slayd
İsraildə hərbi əməliyyatlar: çoxsaylı ölən və yaralı var

Hərbi əməliyyatların başlamasından təxminən 48 saat ötsə də, İsraildə vəziyyət ağır olaraq qalır. Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus bildirib.

Reyting.az
-ın xəbərinə görə, polkovnik C. Konrikus “Guardian” nəşrinə deyib ki, İsrailin cənubunda döyüşlər hələ də davam edir və gözlədiklərindən daha uzun çəkir.

Həmas yaraqlılarının hələ də Qəzza zolağından İsrailə soxulmasının mümkün olduğunu bildirən C. Konrikus əlavə edib ki, İsrailin hava hücumları qüvvələri silahlıların sərhədi keçmək üçün toplaşdığı əraziləri hədəfə alıb.

Konrikus qeyd edib ki, şənbə günü hücum zamanı 1000-dən çox Həmas döyüşçüsünün İsrail ərazisinə daxil olduğu təxmin edilir.

“700 israilli - mülki şəxslər və hərbçilər həlak olub, 2100-dən çoxu yaralı var. Ağır yaralananların çoxluğunu nəzərə alsaq, daha çox ölüm gözlənilir. Bu, İsrail tarixində ən pis gündür. Heç vaxt bir gündə bu qədər israilli öldürülməyib. İsrail üçün həftə sonu hücumu ABŞ-da baş vermiş "11 sentyabr hücumuna bənzəyir”, - israilli hərbçi əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər