09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini Bişkekdə görüşdürmək istəyirlər
Tarix: 09-10-2023 11:32 | Bölmə: Slayd
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini Bişkekdə görüşdürmək istəyirlər

Moskva oktyabrın 12-də Bişkekdə MDB sammiti çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün mümkünlüyünü nəzərdən keçirir.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Rusiya, Azərbaycan və Ermənistan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı bütün məsələlər üzrə dialoq heç vaxt kəsilməyib. Ümid edirik ki, belə təmaslar davam edəcək. Biz oktyabrın 12-də Bişkekdə MDB sammitinin tədbirləri çərçivəsində xarici işlər nazirləri səviyyəsində belə müzakirələri nəzərdən keçiririk”,- deyə Rusiya diplomatı əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi görüşə artıq prinsipial razılıq verib. “Və biz gözləyirik ki, Ermənistan tərəfi də bu məsələyə məsuliyyətlə yanaşacaq və danışıqlarda iştiraka razı olacaq”.

Y. QACAR




Bölməyə aid digər xəbərlər