09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
BMT HƏMAS-a qarşı qətnamə qəbul etməyib - Rusiya və Çin ABŞ-ın tələbini rədd edib
Tarix: 09-10-2023 11:35 | Bölmə: Slayd
BMT HƏMAS-a qarşı qətnamə qəbul etməyib - Rusiya və Çin ABŞ-ın tələbini rədd edib

BMT Təhlükəsizlik Şurasında HƏMAS-ın İsrailə hücumu barədə müzakirə nəticəsiz qalıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın BMT Təhlükəsizlik Şurasında HƏMAS-ı qınamaq tələbinə qarşı Rusiya və Çin "yox" deyib.

Məlumata görə, HƏMAS Hərəkatının 7 oktyabrda başladığı hücumlarla bağlı dünən BMT TŞ-də qapalı iclas olub.

İclasdan sonra ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud jurnalistlərə bildirib ki, HƏMAS-ın hücumları iclasda bir çox üzv tərəfindən pislənib, lakin Şura üzvlərinin hamısı bu hücumla bağlı qınaq qətnaməsinin qəbulunu dəstəkləməyib:

"HƏMAS İsrail xalqına qarşı terror hücumlarını ən qısa zamanda dayandırmalıdır".

İsrail və Fələstin arasında "iki dövlətli həll" düsturunun vacib olub-olmaması ilə bağlı suala Vud belə cavab verib:

"Bunun üçün vaxt olacaq. Hazırda biz Həmas-ın girov götürdüyü israillilərlə və hücumların qarşısının alınması ilə məşğul olmalıyıq".

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia isə deyib ki, ABŞ-ın iclasda Rusiyanın hücumları qınamadığını bəyan etməsi doğru deyil:

"Biz mülki şəxslərə qarşı edilən bütün hücumları pisləyirik. Rusiya iclasda açıq şəkildə düşmənçiliklərin dərhal dayandırılması, atəşkəsin təmin edilməsi və nəticəyə söykənən danışıqlar aparılmasının vacib sayıb".

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jung birbaşa HƏMAS-ı qınamasa da, Pekinin mülki şəxslərə qarşı bütün hücumları pislədiyini bildirib.

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan görüşdən əvvəl jurnalistlərə açıqlamasında HƏMAS-ı “müharibə cinayətləri törətməkdə” ittiham edib.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur isə İsrailin Qəzzaya qarşı blokadası və davamlı hücumlarının HƏMAS-ın hərbi qabiliyyətini məhv etmədiyini deyib: "İndi zorakılıq və qan tökülməsini dayandırmağın vaxtıdır. İndi bu problemin birdəfəlik həllinin vaxtıdır".

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər