09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rusiya: “Mehri yolunun açılması vəziyyətin sabitləşməsinə xidmət edəcək”
Tarix: 09-10-2023 12:14 | Bölmə: Slayd
Rusiya: “Mehri yolunun açılması vəziyyətin sabitləşməsinə xidmət edəcək”

“Mehri marşrutunun yaradılması Zaqafqaziyada ümumi sabitləşmə üçün çox mühüm amil olacaq”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O xatırladıb ki, bu il iyunun 2-də üçtərəfli işçi qrupunun sonuncu görüşü baş tutanda tərəflər nəqliyyat kommunikasiyaları istiqamətində irəliləyişin olduğunu qeyd ediblər. “Lakin biz inanırıq ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının bloklanması, daha doğrusu, Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək Mehri marşrutunun yaradılması baş verəcək”, -deyə M. Qaluzin əlavə edib.

“Zəngəzur dəhlizi”ni nəzərdə tutub-tutmadığına aydınlıq gətirmək üçün diplomat qeyd edib ki, söhbət Ermənistan ərazisindən keçən dəmir yolundan gedir, ona görə də Mehri marşrutu adından istifadə etmək mümkündür: “Bəli, Azərbaycanda buna Zəngəzur dəhlizi deyirlər. Deyək ki, bu formula hər kəsə uyğun gəlir - biz azərbaycanlı və erməni tərəfdaşlarımıza razılıq əldə etməkdə fəal kömək edirik. Biz inanırıq ki, bu saziş Zaqafqaziyada ümumi sabitləşmə üçün çox mühüm amil olacaqdır. Bu, bütün Zaqafqaziya dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək, çünki bu halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan ölkənin iki bölgəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək. Zaqafqaziyada vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Beləliklə, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirməkdə qərarlıyıq”.

Y. QACAR




Bölməyə aid digər xəbərlər