09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Hərbi münaqişə qlobal bazarlarda təhlükəli vəziyyət yaradıb
Tarix: 09-10-2023 12:52 | Bölmə: Slayd
Hərbi münaqişə qlobal bazarlarda təhlükəli vəziyyət yaradıb

Şənbə günü HƏMAS-ın İsrailə qarşı əməliyyatı ilə başlayan münaqişədən sonra artan geosiyasi risklər qlobal bazarların həftəyə mənfi notda başlamasına səbəb olub.

Reyting.az
xəbər verir ki, qlobal bazarlar həftəyə İsrail və HƏMAS arasındakı qarşıdurmaların yaratdığı narahatlıqla başlasa da, əsas diqqət bölgədən gələn xəbərlərə yönəlib.

Keçən həftə inflyasiya və tənəzzül dilemmasının yenidən aktiv qiymətlərə təsir göstərməsi diqqət çəksə də, həftə sonu artan geosiyasi risklər xüsusilə əmtəə qiymətlərində volatilliyi artırıb.

İsrail və HƏMAS arasında qarşıdurmanın daha da genişlənmə ehtimalının yüksək olduğunu qeyd edən analitiklərin fikrincə, neft qiymətlərinin yüksəlməsi qlobal miqyasda inflyasiya narahatlıqları yaradır.

Qeyd edək ki, İsrailə qəfil hücumdan sonra qızılın unsiya qiyməti yeni həftədə təxminən 1 faiz artımla 1850 dollardan ticarət olunur. Buna uyğun olaraq, Brent markalı neftin barrel qiyməti ötən həftə 8,7 faiz ucuzlaşsa da, yeni həftəyə 3,4 artımla - 86,8 dollarla başlayıb.

ABŞ-da keçən həftə açıqlanan məşğulluq hesabatındakı məlumatlar qiymətləri çətinləşdirməyə davam edir. Ölkədə qeyri-kənd təsərrüfatı məşğulluğu sentyabr ayında 336 min nəfər artaraq gözləntiləri aşsa da, işsizlik nisbəti dəyişməyərək 3,8 faizlə ən yüksək səviyyəyə çatıb.

Analitiklər bildirir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiya ilə mübarizə çərçivəsində atdığı addımlara rəğmən əmək bazarının güclü qalması bankın gələcək siyasətləri ilə bağlı qeyri-müəyyənlikləri artırır.

İstiqraz bazarında satış təzyiqi altıncı həftəyə doğru hərəkət edərkən, analitiklər Yaxın Şərqdəki inkişafın investorların davranışına təsir göstərəcəyini qeyd edirlər.

ABŞ-ın 10 illik istiqraz faizi yeni həftənin ilk iş günündə yüzdə 4,80 ilə son 16 ilin zirvəsinə yaxın ticarətini davam etdirərkən, dollar indeksi 106,3 səviyyəsindədir. Cümə günü Nyu-York birjasında Nasdaq indeksi 1,6 faiz, Dov Jones indeksi 0,87 faiz, S&P 500 indeksi isə 1,18 faiz dəyər qazanıb.

Cümə günü Avropa birjaları Nyu-York birjasına paralel alış tendensiyası nümayiş etdirərkən, neft qiymətlərinin yüksəlməsi və Çin iqtisadiyyatı ilə bağlı narahatlıqların bölgədə risk iştahının aşağı səviyyədə qalmasına səbəb ola biləcəyi ifadə edilir.

Bu həftə bölgədə açıqlanacaq inflyasiya məlumatları investorların diqqət mərkəzində olarkən, pul bazarlarındakı qiymətlər ECB-nin faiz siyasətini ilin qalan hissəsində sabit saxlayacağını göstərir. Almaniyada DAX 40 indeksi yüzdə 1,06, Fransada CAC 40 indeksi yüzdə 0,88, İngiltərədə FTSE 100 indeksi yüzdə 0,58, İtaliyada MIB 30 indeksi isə 1,16 faiz artıb.

Avropada indeks fyuçers müqavilələri yeni həftəyə satış yönümlü bir tendensiya ilə başlayıb.

Asiyada səhm bazarları həftəyə qarışıq kursla başlasa da, artan satış təzyiqi səhm bazarlarını sıxışdırır. Çindəki səhm bazarları uzun bir tətildən sonra bu həftə ticarət üçün açılsa da, bayram səbəbi ilə Cənubi Koreya səhm bazarlarında ticarət olmayacaq.

Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində Koinu qasırğası səbəbindən ehtiyat tədbiri olaraq birja əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Yaponiyada Nikkei 225 indeksi 0,3 faiz, Çində Şanxay kompozit indeksi isə 0,4 faiz azalıb.

İstanbul birjasında satış yönümlü bir tendensiya təqib edən BIST 100 indeksi günə yüzdə 0,27 zərərlə başlayıb.

Analitiklər xarici ticarət indeksi məlumatları və İsrail ilə HƏMAS arasındakı qarşıdurmalarla bağlı xəbər axınının investorların diqqət mərkəzində olduğunu bildirirlər.

Y. QACAR




Bölməyə aid digər xəbərlər