14:18 / 09-05-2025
İlham Əliyev və birinci xanım Şuşada - (Yenilənib)
09:59 / 09-05-2025
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
09:05 / 09-05-2025
Anqola prezidenti İlham Əliyevə zəng edib
08:55 / 09-05-2025
Putin qədəhini “Qələbə və Sülhün şərəfinə!” qaldırıb
08:50 / 09-05-2025
Bayden: Trampın hakimiyyətə gəlməsində məsuliyyətim var
08:45 / 09-05-2025
Rumiyna göndərdiyi yardıma görə Kiyevdən təzminat umur
08:29 / 09-05-2025
Tramp “Dünya gözəli”nin təkilatçısı kimi danışır
08:15 / 09-05-2025
Si Cinpin: “Böhranın səbəbləri aradan qaldırılmalıdır”
00:03 / 09-05-2025
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - Foto
23:44 / 08-05-2025
Pakistan Hindistana raketlərlə cavab verib
22:40 / 08-05-2025
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
21:05 / 08-05-2025
Məhkəmə: Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş olunub - (Yenilənib)
20:33 / 08-05-2025
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
20:17 / 08-05-2025
Məşhur rejissor böyük faciəni ekranlaşdıracaq
19:31 / 08-05-2025
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
18:40 / 08-05-2025
Pakistan Hindistanın 25 PUA-sını vurub
18:28 / 08-05-2025
95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar
18:15 / 08-05-2025
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar
18:05 / 08-05-2025
AFFA klublara Premyer Liqada iştirak üçün lisenziya verib
17:59 / 08-05-2025
27 yaşlı gənc tikinti obyektində yıxılaraq ölüb
17:46 / 08-05-2025
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
17:30 / 08-05-2025
Tofiq Yaqublu ilə bağlı Azərbaycan prezidentinə müraciət ediblər
17:27 / 08-05-2025
Putinin “parad atəşkəsi” 734 dəfə pozulub
17:08 / 08-05-2025
Prezident mədəniyyət və elm xadimləri ilə bağlı sərəncam imzalayıb
17:07 / 08-05-2025
Nazirliyə 5 milyon manat ayrılıb
16:58 / 08-05-2025
İncəsənət xadimlərinə Prezident mükafatı verilib - (Siyahı)
16:51 / 08-05-2025
Tramp Ərdoğanı Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çağırır
16:37 / 08-05-2025
Hindistan-Pakistan döyüşündə 125 qırıcı iştirak edib
16:31 / 08-05-2025
Fikrət Qocanın 90 illik yubileyi qeyd olunacaq
16:55 / 04-05-2025

10:50 / 05-05-2025

00:06 / 05-05-2025

19:52 / 04-05-2025

23:43 / 05-05-2025

07:53 / 05-05-2025

21:00 / 05-05-2025

21:33 / 05-05-2025

10:43 / 05-05-2025

13:21 / 07-05-2025

20:35 / 06-05-2025

08:40 / 05-05-2025

Bu gün Ağdam Şəhəri Günüdür
Tarix: 20-11-2023 00:01 | Bölmə: Slayd

Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür.
Reyting.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.
2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.
Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub.
Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Çünki ordumuz bu istiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi. Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Buna baxmayaraq, düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləyib. Amma Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb olub.
Nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.
Həmin ilin noyabrın 23-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb.
Son üç il ərzində prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər.
Belə ki, bu il mayın 2-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər. Dövlət başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar. Daha sonra dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.
Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.
Bölməyə aid digər xəbərlər

Dünən, 22:40
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
7-05-2025, 19:40
İlham Əliyev Moskvadakı Qələbə paradına qatılmayacaq
7-05-2025, 13:55
Putin nüvə silahından istifadə edə bilər
7-05-2025, 12:57
Rus ordusu mayın 9-dək Dnepropetrovsk vilayətini işğal etmək istəyir
7-05-2025, 09:50
Magistraturalara qəbul imtahanının vaxtı açıqlanıb
7-05-2025, 08:28
Diqqət! Yeni mobil-virus yayılır
7-05-2025, 06:30
Hindistan Pakistana hücum edib - (Yenilənib)
6-05-2025, 17:35
Britaniya Rusiya ilə müharibəyə hazırlaşır - Foto
6-05-2025, 16:07
Məhkəmələrə sədr və müavinlər təyin olunub - Siyahı
6-05-2025, 15:39
Professor: Azərbaycan Türkiyə-İsrail münasibətlərini nisbətən normal müstəviyə çəkə bilib
6-05-2025, 13:05
Dolaşıq kələf: Netanyahu Bakıya niyə uça bilməyib?
6-05-2025, 11:38
Hüseynəliyev nazir təyin edilib
5-05-2025, 18:48
Qəzzanın bütünlüklə ələ keçirilməsi planı təsdiqlənib
5-05-2025, 14:03
"Toplum TV" işi üzrə məhkəmə baxışı təyin olunub
5-05-2025, 10:50
Diktatorun qızı siyasi debüt edir
4-05-2025, 13:57
Azərbaycanın deputatı Moskvada saxlanılıb
3-05-2025, 16:54
Yerin fırlanmasını ləngidiblər - Foto
2-05-2025, 18:00
Professor: Ermənistan Zəngəzur dəhlizi problemini həll etməlidir
2-05-2025, 16:58
Zülfüqarov: Ermənistan etməsə, özümüz edəcəyik
2-05-2025, 13:42
Rusiyanın şərtləri rədd edilir
2-05-2025, 13:13
Kreml niyə Ukraynada seçki keçirilməsinə israr edir?
2-05-2025, 11:10
Vitse-prezident: Ukraynada müharibə tezliklə bitməyəcək
2-05-2025, 09:44
İnsanların yadplanetlilərlə qohumluq əlaqələri araşdırılıb
2-05-2025, 08:35
Bəşəriyyət üçün daha bir təhlükə yaranıb
2-05-2025, 03:00
ABŞ Rusiya-Ukrayna danışıqlarında vasitəçilikdən imtina edir
1-05-2025, 16:43
“Azəristiliktəchizat” ASC-yə yeni sədr təyin edilib
1-05-2025, 16:35
Prezident baş prokuror təyin edib - Sərəncam
1-05-2025, 12:23
Xocalıda itkin düşmüş yeddi mülki şəxsə aid meyit qalıqları tapılıb
1-05-2025, 11:32
Gürcüstanın yeganə müxalif telekanalı qapanıb
1-05-2025, 10:49
Tramp Ukraynadan 350 milyard dollar qazanmaq istəyir
1-05-2025, 03:15
ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar
30-04-2025, 13:57
Azərbaycan-İran münasibətlərinin üst səviyyəyə qaldırılmasına maneə yoxdur - Professor
30-04-2025, 12:37
ABŞ-İran danışıqları: gündəmə yeni şərtlər gətirmək istəyirlər
30-04-2025, 11:44
İlham Əliyev Qusarda bağçılıq və anbar kompleksinin fəaliyyəti ilə tanış olub - Fotolar