11:37 / 12-11-2024
"Veteran pulu" artırılacaq
Ukraynanın pilotsuz təyyarələri Moskvaya hücum edib
Tarix: 20-11-2023 19:55 | Bölmə: Siyasət
Ukraynanın pilotsuz təyyarələri Moskvaya hücum edib

Moskva vilayətinin Elektrostal şəhər rayonunda pilotsuz təyyarənin hücumunun qarşısı alınıb.

Reyting.az
-ın xəbərinə görə, paytaxt meri Sergey Sobyanin deyib ki, pilotsuz təyyarə Moskvaya doğru gedirmiş. O, hadisə zamanı dağıntı və itkinin olmadığını bildirib.

“The Moskov Times” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hadisənin noyabrın 19-da Moskva vaxtı ilə saat 23:20-də baş verdiyini bəyan edib.

“Bu gecə Moskva vilayətinin Boqorodski şəhər rayonunda daha bir pilotsuz təyyarə vurulub”, - Moskva meri və Müdafiə Nazirliyi bildirib.

“Shot” telegram kanalının məlumatına görə, pilotsuz təyyarənin dağıntıları Moskva vilayətinin Qorkovskoye şossesi ərazisinə düşüb. Bu ərazidə nəqliyyatın hərəkəti bir müddət bağlanıb.

Bundan əvvəl dronlarla Moskvaya hücum cəhdi oktyabrın 7-nə keçən gecə qeydə alınıb. Sonra hava hücumundan müdafiə qüvvələri İstra şəhər rayonunda pilotsuz uçan aparatı vurub. Daha iki dron sentyabrın 17-nə keçən gecə Moskva vilayətinin İstra şəhər dairəsi və Ramenski rayonunda məhv edilib.

Mayın əvvəlindən Moskva və Moskva vilayəti iyirmi dəfədən çox pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Mayın 30-da baş verən hücumu şərh edən prezident Vladimir Putin hava hücumundan müdafiə sisteminin “sıxlaşdırılmasını” tələb edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər