Ukrayna xəbərdar edir: Qara dənizdə təhlükə yenidən artıb
Tarix: 29-03-2024 01:53 | Bölmə: Slayd
Ukrayna xəbərdar edir: Qara dənizdə təhlükə yenidən artıb

Bir həftəlik fasilədən sonra Rusiyanın sualtı yaylım atəşli raketdaşıyıcı qayığı Qara dənizə daxil olub. Onun avadanlıqları dörd çaplı qanadlı raket ola bilər.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Qərargahı məlumat yayıb.

Müdafiə Qüvvələri əhalinin diqqətinə çatdırır ki, Qara dənizdə raket təhlükəsi çox yüksəkdir: “Hava xəbərdarlığı siqnallarına diqqətli olun, dərhal sığınacağa keçin, öz təhlükəsizliyinizə laqeyd yanaşmayın!”.



Qeyd edilir ki, Rusiya gəmiləri xeyli müddət idi Qara dənizdə görünmürdü. O cümlədən, martın 28-də Cənub Müdafiə Qüvvələri Qara və Azov dənizlərində Rusiya donanması gəmilərinin olmadığını, onların bazalarında düşmənin reaktiv yaylım atəşi sistemlərinin olduğu barədə məlumat yayıb. Amma martın 27-də Rusiyanın təhlükəli “Project 22800 Karakurt” gəmisinin Sevastopol körfəzinə daxil olduğu üzə çıxıb. Həmçinin Krımda kiçik reaktiv daşıyıcının görünməsi partizanlar tərəfindən qeydə alınıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}