18:01 / 21-12-2024
"Neftçi" "Turan Tovuz"la heç-heçə edib
16:12 / 21-12-2024
Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
15:50 / 21-12-2024
Növbəti köç karvanı Şuşaya çatıb - (Yenilənib)
14:17 / 21-12-2024
Azərbaycanda qış fəsli başlayıb
10:43 / 21-12-2024
Zaqatalada həmkəndlisi 25 yaşlı gənci bıçaqlayıb
10:37 / 21-12-2024
Azərbaycan prezidenti almaniyalı həmkarına başsağlığı verib
09:26 / 21-12-2024
Azərbaycan-Ermənistan sərhədində ard-arda zəlzələlər olub
20:32 / 20-12-2024
İnsan orqanizmi üçün xeyirli bitki tapılıb
20:27 / 20-12-2024
İlham Əliyev Ərdoğana məktub göndərib
20:23 / 20-12-2024
Prezident QSC sədrini vəzifədən azad edib - Yeni təyinat
20:15 / 20-12-2024
BP Kərkükün neft-qaz yataqlarını istismar edəcək
19:03 / 20-12-2024
Qoruqdakı timsahın 124 yaşı, 10 min balası var
18:26 / 20-12-2024
Əliqulu dünən evlənmədi - Foto
18:25 / 20-12-2024
Aktyora "Ən yaxşı atıcı" mükafatı verilib - Foto
18:01 / 20-12-2024
Rəqəmsal İnkişaf Agentliyində müşavir təyinatı olub
17:47 / 20-12-2024
Hərbçimiz sərhəddə minaya düşüb
17:41 / 20-12-2024
Dövlət Su Ehtiyatları Agentliyində maliyyə nöqsanları üzə çıxıb
17:30 / 20-12-2024
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətində nöqsanlar aşkarlanıb
17:12 / 20-12-2024
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olunub
16:54 / 20-12-2024
Məşhur aktrisa dodaq boyasının simasıdır
16:48 / 20-12-2024
Mixail Mişustin Azərbaycan prezidentinə məktub göndərib
16:43 / 20-12-2024
Çin lideri İlham Əliyevi təbrik edib
16:40 / 20-12-2024
Əhmədzadə Niderlanda səfir təyin olunub - Sərəncam
16:31 / 20-12-2024
Arnold Şvartseneqqer Santa Klaus olacaq - Fotolar
16:19 / 20-12-2024
Yaşar Əliyev Çexiyaya səfir təyin edilib
16:16 / 20-12-2024
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib
16:04 / 20-12-2024
İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib
15:58 / 20-12-2024
Valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinət məbləği artırılıb
15:41 / 20-12-2024
NATO Rusiyaya qarşı hərbi xərcləri artırmalıdır - Kəşfiyyat
15:27 / 20-12-2024
Qarabağda 602 nəfərin nəşinin qalıqları tapılıb
21:30 / 16-12-2024
Hollivud ulduzu "İfritə"ni canlandıracaq
10:51 / 18-12-2024
MMC sakinləri təhlükə ilə üzləşdirib - Müraciət
14:53 / 18-12-2024
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
13:03 / 18-12-2024
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
09:26 / 17-12-2024
Bir məşhur digərini görməmək üçün 60 milyon dollardan imtina edir
11:46 / 17-12-2024
"Avatar" filminin bir neçə bölümünü çəkəcəklər - Fotolar
09:55 / 17-12-2024
Müğənni Günel təhdid edilib
23:21 / 17-12-2024
"Neftçi" "Sabah"a qalib gəlib
20:32 / 20-12-2024
İnsan orqanizmi üçün xeyirli bitki tapılıb
18:02 / 17-12-2024
Ağadadaş Ağayevin məhkəməsi təxirə salınıb
13:33 / 19-12-2024
Yadplanetlilərlə görüş üçün beş nəfər seçilib - Siyahı
Məşhur jurnalisti öldürmək istəyirlər
Tarix: 29-03-2024 03:54 | Bölmə: Slayd
"WikiLeaks" saytının rəhbəri, hazırda həbsdə olan Culian Assanc haqqında yeni məlumatlar yayılıb.
Reyting.az "Nation" nəşrinə istinadla bildirir ki, Culian Assancın vəkili əlində təkzibedilməz faktlar və məxfi sənədlər olduğunu bəyan edib. Jurnalistin vəkili iddia edir ki, Assancı öldürmək məqsədilə ölkə xaricində plan qurublar. C. Assancın vəkili təqdim etdiyi sübutlar əsasında göstərib ki, planın təşkilatçısı super dövlətdir.
Vəkilin təqdim etdiyi sənəddə əksini tapan sübut və dəlillərlə göstərir ki, belə sui-qəsd planı mövcuddur. Onun iddiasına görə, sui-qəsd planının qurucusu C. Assancın öz ölkəsidir.
Vəkilin məhkəməyə təqdim etdiyi sənəddə bir çox dəlillər yer alıb. Sənədə görə, jurnalistə sui-qəsd planını hazırlayan Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsidir (MKİ).
Dərc olunmuş məqalədə ABŞ-nin həmişə xüsusi pafosla jurnalistləri dəstəkləməsindən söz açılır, eyni zamanda qeyd edilir ki, əslində, ABŞ onların təqib və qətlinə fərman verib. Nəşr buna sübut olaraq C. Assancın işini göstərir.
Nəşr yazır ki, fevral ayının iclasında onun vəkili MKİ-nin jurnalisti öldürmək planlarına dair sübutlar təqdim edib. Ancaq belə bir təəssürat var ki, sanki bu faktlarla ehtiyatla davranırlar.
“The Guardian” qəzeti də bu mövzuya yer ayırıb. Qəzet yazır ki, hakimlər "WikiLeaks" saytının yaradıcısı C. Assancın məhbus sığınacağına çevrilən Böyük Britaniyadan qovulması ehtimalı ilə bağlı apellyasiya şikayəti təqdim etməyə icazə veriblər. Lakin bu, Böyük Britaniya və ABŞ-nin onun təhlükəsizliyinə müvafiq təminat verə bilmədikdə reallaşacaq.
"Demokratik ölkələr jurnalistləri başqa cür öldürürlər, üstəlik, azca səbirli olmağı da özlərinə rəva bilirlər. Ötən il Assancın işi ilə bağlı xəbər araşdırması, onun adının daha çox hallanması MKİ-nin direktoru seçilmiş Mayk Pompeonun məsələyə sürətli, qəzəbli reaksiyasını ortaya qoydu. MKİ şefi şəxsən agentliyə "WikiLeaks"-in qurucusu Culian Assancın oğurlanması, yaxud öldürülməsi planının hazırlanmasını tapşırıb",- deyə "The Guardian" yazır.
Qəzetin xatırlatmasında bildirilir ki, amerikalı müstəqil fikirli jurnalisti 2010-cu ildən ittiham edənlər və onun tezliklə hərbi cinayətlərə cəlb edilməsi ilə bağlı verilmiş bir çox saxta və qurama bəyanatlara görə, ABŞ media basqısı altına düşüb. Məhz bu səbəbdən Amerika xüsusi xidmət orqanları, CIA, FBI, eləcə də qalmaqalın ünvanı olan Culian Assanc, "WikiLeaks" məsələsində bu işlə bağlı öz münasibətini bildirən Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, müdafiə və ədliyyə nazirlikləri media atəşi ilə üzləşiblər.
"Ancaq Mayk Pompeonun əsəbiləşməsinə əsas səbəb "Vault 7"-nin sızması olmuşdu",- yazan araşdırmaçı müxbir Maykl İsikoff bu qəzəbin səbəbini belə izah edir: "Vault 7" Pompeonun agentliyi idi, bura o nəzarət edirdi".
Xatırladaq ki, mart ayından Assanca qarşı kampaniya güclənib.
Ötən ilin aprel ayın 13-də Pompeo Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) qarşısında deyib: "Artıq "WikiLeaks" saytının necə adlandırmağın vaxtı gəldi və bunun açıqlaması belədir: Rusiya dövlət aktorları tərəfindən dəstəklənmiş qeyri -hökumət düşmən kəşfiyyatı".
Qərb mətbuatı yazır ki, “Düşmən kəşfiyyat xidməti” təyinatı ilə artıq jurnalist Assancın əleyhinə 2024-cü ildən başlayaraq istənilən agentlik hərəkətini qanuniləşdirmək məqsədi ilə bir sıra tədbirlərə start verilib. Bu isə Assancın casus damğası ilə cəzalandırılmasına, yəni öldürülməsinə görə ABŞ-a bəraət qazandırmaq deməkdir.
Qalmaqalların ictimailəşdirilməsi isə indi hər şeyi başqa tərəfə yönəldib. İngiltərənin bəzi media orqanları hesab edirlər ki, Milli Təhlükəsizlik Şurasının vəkilləri artıq C. Assancın öldürülməsinin tamamilə qanuni olduğunu şübhə altına alıblar. Soyuqqanlılığı ilə seçilən MKİ rəsmiləri isə qəsdlə bağlı bu məlumatları gözlənilmədən Nümayəndələr Palatasının, ABŞ Senatının kəşfiyyat komitələrinə ötürüblər. Bu xəbərlərin içərisində maraqlı məqam isə indiyədək məlum olmayan Assancın əcnəbi şirkət tərəfindən izlənməsi, oğurlanması ilə bağlı sənədlərin açıqlanmasıdır. Məlum olub ki, jurnalist Assancı Ekvadorun London səfirliyində gizləndiyini müntəzəm izləyən İspaniyaya məxsus mühafizə şirkəti "UC Global"-ın kollektivinə 2024-cü ilə kimi onun oğurlanıb öldürülməsinə hazırlaşmaq əmri verilib. İşçilərdən biri Assancın ABŞ-a ekstradisiya ilə bağlı müraciətində könüllü olaraq "mühafizə olunan şahid" kimi ifadə verib: "Xüsusilə də səfirliyin qapısını açıq qoymaq təklifi var idi ki, bu, gələcəkdə ona müraciət etməyə imkan verəcəkdi, yəni bir təsadüfi səhv. Axı hər kəs "Səfirliyə girib sığınacaq axtaran şəxsi qaçıra bilərdi; hətta Assancın zəhərlənməsi ehtimalı da onların arasında müzakirə mövzusu olmuşdu. Bu heç də "A" planı deyildi. Ortada xeyli planlar var idi".
"News" bununla bağlı yazır: "Assanc üçüncü dünya ölkələrindən birində olsaydı, plan həyata keçirilə bilərdi: ancaq bura nə Pakistan, nə də Misir deyildi. Söhbət Böyük Britaniyanın paytaxtı Londondan gedirdi".
Keçən il isə Ümumdünya Mətbuat Azadlığı Günündə ABŞ prezidenti Co Bayden media ilə bağlı demişdi: "Bu gün - və hər gün - hamımız bütün dünyadakı jurnalistlərin yanında olmalıyıq. Biz hamımız jurnalistləri susduranlara qarşı durmalıyıq".
"News" bu xatırlatmadan sonra bir sual da ünvanlayır: "Maraqlıdır, görəsən, Bayden bu il nə deyəcək?".
Assanc ilə bağlı son günlərdə baş verənləri xəbər olaraq paylaşan "The Guardian" yazır ki, jurnalistin ABŞ-a ekstradisiya ilə bağlı müvəqqəti möhlət alıb və hələ də apellyasiya şikayətinə ümid edir.
Qəzet yazır ki, bu işə təhkim olunmuş hakimlər "WikiLeaks"-in yaradıcısı Assanca onun Böyük Britaniyadan qovulması ilə bağlı etirazını nəzərə alaraq apellyasiya şikayəti təqdim etməyə icazə veriblər. Lakin bu yalnız Böyük Britaniyanın və ABŞ hökumətinin onun təhlükəsizliyinə müvafiq təminat verə bilmədikdə baş verəcək.
Assancın bitmək bilməyən məhkəmə proseslərini daima diqqətdə saxlayan "The Guardian" nəşri ingiltərəli iki hakimin Assancla bağlı, "WikiLeaks"-in təsisçisinin işinə münasibətindən söz açıb. Məhz bu iki hakimin iradəsi ilə jurnalistin işini yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərmək qərarı və onun belə bir hüquqa malik olduğuna dair qəbul edilən qərardan az sonra Assanc ABŞ-a ekstradisiyaya qarşı mübarizədə möhlət ala bilib.
Assancla bağlı problemləri 2024-cü ildə çözəcəyini düşünən ABŞ diqqətlə hələ də həllini tapmayan bu qalmaqallı məsələdə özünü "Ərköyün" aparan Böyük Britaniyanı müşahidə edir. İlk baxışdan prosesləri sakit izləyən ABŞ həm də qəzəblidir.
Mütəxəssislər "The Guardian" qəzetinə deyiblər ki, Assanca etiraz edilən doqquz əsasdan üçündə əslində çox böyük ehtimalla uğur qazanmaq üçün real, həm də ağlabatan perspektiv var, lakin ona müttəhimlərə müvafiq təmsilçilik imkanını vermək üçün təqdim olunan apellyasiya şikayətini vermək hüququ nəyə görəsə iş prosesində bilərəkdən pozulub və yaxud da icazə ərizəsinin təxirə salınmasının səbəbi göstərilməyib. Bu isə jurnalistin qanunla təmin edilən hüquqi haqqını tanıyan hər iki hakimi çətin vəziyyətdə qoya bilər.
Çərşənbə axşamının səhəri verilən qərarda isə ingilis hakimlərdən biri olan Şarp belə bir məlumat verib ki, maneə olmadan Assanca Böyük Britaniya Apellyasiya Məhkəməsi üçün icazə ərizəsi ilə bağlı yekun qərar qəbul etməzdən əvvəl cavabdehə etibarlı təminat vermək imkanı tanınacaq. Hakim Şarp deyib: "Əgər təminat verilməsə, biz yenə də işə davam edəcəyik və söz yox ki, əlavə dinləmələr aparılmadan apellyasiya şikayəti üçün icazə verəcəyik. Əgər təminat verilərsə, biz bütün tərəflərə əlavə təqdimatlar vermək imkanı verəcəyik, bundan sonra apellyasiya icazəsi ərizəsi ilə bağlı yekun qərarı qəbul edəcəyik”.
Hakimin sözlərinə görə, jurnalist Assancla bağlı təminatlara aşağıdakı məqamlar daxil edilməlidir:
Müraciət edən Assanc ABŞ Konstitusiyasındakı Birinci Düzəlişin tətbiqinə məruz qalacaq;
Bununla ədalət mühakiməsinin iddiaçıya xələl gətirmədən həyata keçiriləcəyini və milli mənsubiyyətə görə hökm çıxarılmayacağını;
iddiaçının isə Amerika vətəndaşı olaraq Birinci Düzəliş müdafiəsi alacağını;
və iddiaçının ölüm cəzası ilə üzləşməməsini.
İngiltərə mətbuatının gündəminə çevrilən bu məsələdən söz açılanda xüsusi olaraq qeyd edirlər ki, əgər Assancın müraciətini rədd etsəydilər, o, Amerikanın istədiyi kimi, casusluq ittihamları ilə üzləşəcək, sonra isə bir neçə gün ərzində ABŞ-a ekstradisiya ediləcəkdi. Nüfuzlu nəşrlərin bununla bağlı yaydıqları xəbərlərdə bildirilib ki, jurnalistin işi üzrə iki gün davam edən dinləmələrdə Assancın vəkilləri Əfqanıstanda və İraqdakı müharibələrlə bağlı minlərlə məxfi, eləcə də diplomatik sənədin "WikiLeaks"-də çap olunması faktı ilə bağlı ittihamların siyasi motivli olduğunu söyləyiblər. Onu müdafiə edən vəkillər saytda dərc edilmiş sənədlərə görə araşdırmaçı jurnalist C. Assancın Amerika Birləşmiş Ştatlarına ekstradisiyası tələbini qanunsuz adlandırıblar. Məhkəmə təqsirləndirilən şəxsə hüquqi baxımdan lazımi təminatların verilməsi və bu sənədin yazılı formada təqdim edilməsi möhlətinin uzadılması müddətinin 16 aprel tarixinədək qüvvədə olduğu bəyan edib. Qəzetlər yazır ki, əgər tərəflər - həm "WikiLeaks" təsisçisi Culian Assanc, həm də ABŞ bunu etməsə, amerikalı jurnalistə iddiaçı kimi qanunların tələb etdiyi qaydada apellyasiya şikayəti vermək hüququ tanınacaq. Bu isə o deməkdir ki, həmin tarixə qədər hər iki tərəfə qarşılıqlı təminatlar verilərsə, o zaman tərəflər apellyasiya üçün icazə ilə bağlı məhkəməyə əlavə yazılı təqdimatlar verməyə dəvət olunacaqlar və belə olan halda, şərti olaraq mayın 20-nə təyin edilmiş növbəti məhkəmə iclası keçiriləcək.
Məhşur jurnalist, "WikiLeaks"-ın təsisçisi Culian Assancı növbəti məhkəmədə nələr gözlədiyi hələ ki, bəlli deyil. Ancaq məlum olan bir məsələ də var: jurnalistin işi ilə bağlı prinsipiallıq nümayiş etdirən və onu qorumağa çalışan Böyük Britaniya Culian Assancın öldürülməsini, həm də ABŞ-da edam edilməsini istəmir.
Onu da xatırladaq ki, məhşur jurnalist Assanc 2019-cu ildə cəza çəkdiyi Böyük Britaniyanın paytaxtı Londondakı Belmarş həbsxanasında insult keçirmişdi. Məhbus o zaman təcili həkim nəzarətinə götürülmüş və həkimlərin rəyi alınmışdı. Lakin Britaniya məhkəməsi onunla bağlı aparılan işlərdə və indiki vəziyyətdə jurnalist C. Assancın hazırkı fiziki durumu, səhhəti ilə bağlı hər hansı güzəştlərin nəzərdən keçirilməməsini məqbul hesab edib.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:50
Növbəti köç karvanı Şuşaya çatıb - (Yenilənib)
Bu gün, 14:17
Azərbaycanda qış fəsli başlayıb
Dünən, 17:47
Hərbçimiz sərhəddə minaya düşüb
Dünən, 16:19
Yaşar Əliyev Çexiyaya səfir təyin edilib
Dünən, 10:25
Əsəd ölkədən qaçarkən özü ilə iki nəfər aparıb
19-12-2024, 13:33
Yadplanetlilərlə görüş üçün beş nəfər seçilib - Siyahı
19-12-2024, 12:40
Suriyada qalib hansı ölkədir?
19-12-2024, 10:18
Kosmosdakı ən qədim “qara dəlik” üzə çıxıb
19-12-2024, 07:59
İkinci Yer planeti tapılıb
18-12-2024, 19:02
Yerə ötürülən sirli siqnallar çoxalır
18-12-2024, 17:57
Məhkəmə Qubad İbadoğlunun şikayətini təmin etməyib
18-12-2024, 14:53
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
18-12-2024, 14:28
İlham Əliyev Dmitri Kiselyova müsahibə verib - (Yenilənib)
18-12-2024, 10:51
MMC sakinləri təhlükə ilə üzləşdirib - Müraciət
18-12-2024, 08:47
Bir ailənin beş üzvü dəm qazından zəhərlənib
17-12-2024, 17:22
NATO-ya Rusiya ilə müharibəyə hazırlaşmaq təklif olunur
17-12-2024, 15:56
Roma Papası İraqda sui-qəsdə məruz qalıb
17-12-2024, 14:33
Erməni separatçılarının işi məhkəməyə göndərilib
17-12-2024, 13:41
ABŞ Gürcüstana əlavə sanksiyalar tətbiq edəcək
17-12-2024, 11:53
Şahmar Mövsümov: "Azərbaycan üzərindən tranzit daşımaları artıb"
17-12-2024, 11:22
Əsəddən sonra: Tehranda Suriya barədə nə düşünürlər?
17-12-2024, 09:51
Dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb
16-12-2024, 17:21
Prezident səfiri geri çağırıb - Sərəncam
16-12-2024, 13:26
Ən çox qızıl ehtiyatı olan ölkələrin adları açıqlanıb - Siyahı
16-12-2024, 12:50
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamə dəyişib
16-12-2024, 12:23
Dövlət Təhlükəsizliyi Xidməti ekstremist qruplaşmanı ifşa edib - Fotolar
16-12-2024, 11:42
Yaşayış minimumu və ehtiyac meyarının həddi artırılır
16-12-2024, 11:39
Xaricə çıxarılmış 37,6 milyon dollar Azərbaycana qaytarılıb
16-12-2024, 11:37
Əl-Culani dünyaya nə vəd edir?
16-12-2024, 10:24
Rus ordusu Ukraynanın beş bölgəsində irəliləyir - Foto
14-12-2024, 13:56
Yollar buz bağlayacaq - Xəbərdarlıq
13-12-2024, 14:42
ABŞ Suriyada nə etməlidir? - Colaniyə bəraət...
13-12-2024, 12:17
Azərbaycanda xoşməramlı səfir həbs olunub - Yarım milyonluq dələduzluq
13-12-2024, 11:10
İsrail İranın nüvə obyektlərini vuracaq
13-12-2024, 10:19
Hakim olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
13-12-2024, 10:13
Avropadan Azərbaycana 55 nəfər readmissiya olunub
13-12-2024, 10:05
Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardım göndərirlər
13-12-2024, 09:56
Tramp: ABŞ işğal altındadır, ordunu prosesə cəlb edəcəm
12-12-2024, 16:23
Öldürülən və həbs edilən jurnalistlərin sayı artır - Hesabat
12-12-2024, 15:22
Ürəklə bağlı yeni kəşf... - Foto
12-12-2024, 12:50
“Mən və Putin” - Əsədin devrilməsində Ankaranın əsas kartı