Növbəti partlayış: ANAMA əməkdaşı Ağdamda minaya düşüb
Tarix: 02-04-2024 19:20 | Bölmə: Siyasət
Növbəti partlayış: ANAMA əməkdaşı Ağdamda minaya düşüb

Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə prokurorluğa məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, bu barədə Ağdam Rayon Prokurorluğu məlumat yayıb.

Hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.

Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılır.

Qeyd edək ki, bu gün Tərtər rayonunda da mina partlayışı nəticəsində üç nəfər xəsarət alıb.

Link: My Webpage




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}