09:45 / 24-06-2025
Məktəb direktoru şagirdlərdən polisə şikayət edib
09:35 / 24-06-2025
Prezident İlham Əliyev Mingəçevirə gedib
08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar?
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

Ermənistanın mövqeyi Qarabağda müharibəni qaçılmaz edib
Tarix: 08-12-2018 21:00 | Bölmə: Slayd

Dekabrın 5-də İtaliyanın Milan şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın XİN rəhbəri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ilə görüşü olub.
Üç saatadək davam edən görüşdə tərəflərin bir-birilərinin mövqeyini daha yaxşı anlaması baxımından faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimalla gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsinə razılıq veriblər. Bu barədə Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətləri rəhbərlərinin birgə bəyanatında deyilir. Həmsədr ölkələr atəşkəsin pozulması hallarının xeyli azalmasını alqışlayıblar.

Qabil Hüseynli
Mövzu ilə bağlı fikirlərini Reyting.az-la bölüşən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, bu görüşdən ciddi nəticələr gözləmək yersizdir. Onun sözlərinə görə, müzakirələr və nəticəsi də göstərib ki, ortada hər hansı real danışıq predmeti yoxdur: “Görüş üç saat çəkib, müxtəlif məsələləri müzakirə ediblər. Erməni tərəfdən danışıqlar prosesində hər hansı təklif irəli sürülməyib. Onlar yeni yanaşma cəhdlərini özlərindən deyil, Azərbaycandan gözləyirlər. Daha doğrusu, yeni yanaşma deyəndə onlar qarşılıqlı kompromisi nəzərdə tuturlar. Bir məsələ var ki, Azərbaycan tərəfinin kompromisə gedəcəyinə yer qalmayıb. Azərbaycan təklifini irəli sürüb ki, ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa Muxrat Respublika statusunu verməyə hazırdır. Bu da əvvəlcədən ölkə prezidenti tərəfindən bəyan edilib. Yəni, Azərbaycanın kompromis limiti bəllidir. İndi onların yeni yanaşmalardan dəm vurmasının altında nələr gizlənir, hələlik söylənilmir. Sadəcə, danışıqlar prosesinin davam etdirilməsi barədə ümumi bir bəyanat yayılıb. Bu bəyanat da həmişə yayılan bəyanatların təkrarı təsirini bağışlayır. Belə demək mümkündürsə, danışıqların davam etdirilməsindən başqa müsbət bir şey görmək çətindir. Ermənilərin siyasi manevrlər edərək vaxt qazanmaq cəhdləri də ortadadır. Buna görə də, hələ ki, Ermənistan tərəfinin konstruktiv addımlarının şahidi olmuruq”.
Politoloq onu da qeyd edib ki, Ermənistan Azərbaycandan güclü təzyiq görməlidir. Yalnız bu halda ermənilər silkələnərək kimlə üz-üzə olduğunu anlaya bilər: “Bu təzyiqlərdən biri Azərbaycanın sürətli ordu quruculuğu, hərbi potensialın artırılmasıdır. Çünki diplomatiyanın arxasında güc olanda daha təsirli olur və effektli işləyir. Eyni zamanda, vasitəçilərin də təsirli addımlar atması vacibdir. Elə etmək lazımdır ki, “siyasi xaltura”dan söhbət gedə bilməsin. Amma, hələ ki, bu məsələni o səviyyəyə çatdıra bilməmişik.
Mənə belə gəlir ki, erməni tərəfinə ciddi qulaqburması verilməyincə, Qarabağ cəbhəsində lokal savaşın gündəmə gətirilməsi olmayınca, ermənilər ağıllarını başlarına cəm etməyəcəklər. Amma bu münaqişədə Rusiya faktoru var. Rusiya bu məsələdə ciddi şəkildə Ermənistanın tərəfini tutmaqda, Azərbaycanın isə əl-qolunu bağlamaqdadır. Mənim zənnimcə, Azərbaycan Ordusu Rusiya faktoruna fikir vermədən lokal xarakterli hərbi əməliyyatları tez-tez təkrar etməlidir. Ağdam, Tərtər, Füzuli istiqamətində lokal hərbi əməliyyatlarla düşmənin nəfəsini kəsmək, müəyyən qədər ağıllandırmaq olar”.

Mütəllim Rəhimli
Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli isə qeyd edib ki, dekabrın 5-də İtaliyanın Milan şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın XİN rəhbəri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ilə görüşünün yeni məzmun və mahiyyət daşıdığını iddia etmək tamamilə yanlışdır: “Bu, görüş xatirinə keçirilmiş görüşdür. Əvvəla ona görə ki, qarşı tərəfi tam səlahiyyət sahibi hesab etmək mümkün deyil, ola bilsin ki, Mnatsakanyan bir ay sonra Ermənistanın xarici işlər naziri vəzifəsini icra etməsin.
Digər tərəfdən, xarici işlər nazirləri bu məsələnin həllində qərar vermək səlahiyyətində deyillər. Onlar uzağı söz aparıb gətirmək işinə baxa bilərlər.
Üçüncüsü, Ermənistanda iqtidar hələ tam formalaşmayıb, bu ölkə seçkilər ərəfəsindədir. Deməli, heç bir ciddi qərar verə bilməz və onların hər hansı qərarını da ciddiyə almaq siyasi cəhətdən yanlışlıq olardı.
Dördüncüsü, ATƏT həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi də onun effektivsizliyindən xəbər verir. ATƏT problemin həllində “xalqların öz müqəddəratını həll etmək hüququ”nu da əsas prinsip kimi qəbul edir. Bu isə heç vaxt imkan verməz ki, Qarabağ məsələsi ədalətli həll edilsin.
Beşincisi, baş nazir vəzifəsini icra edən Paşinyan problemin həlli ilə bağlı kəskin mövqeyini ortaya qoyub və heç bir güzəşt olmayacağını bildirib. İndi danışıqlara getməklə belə bir təəssürat yaranır ki, Azərbaycan xahiş edir ki, gəlin, görüşüb danışaq, bu bizim ölkənin daxili ictimai rəyi üçün vacibdir. Beləliklə, problemi həll edə bilməyən Azərbaycan hakimiyyəti onun üzərində imitasiya etməyə çalışır”.
Politoloq nəzərə çatdırıb ki, bizim iqtidarın danışıqlara bu qədər önəm verməsi anlaşılmazdır. “Axı biz problemin həllində nəyi müzakirə edə bilərik? Axı hər şey aydındır. İlk növbədə Ermənistan işğal olunmuş torpaqları azad etmək niyyətini ortaya qoymalıdır ki, bundan sonra danışıqlara gedib detalları müzakirə edəsən. İndiki halda Azərbaycan hakimiyyətinin danışıqlarda iştirak etməsi təslimçilikdən başqa bir şey deyil”, - deyə M.Rəhimli fikrini tamamlayıb.

Fərəc Quliyev
Milli Məclisin dünən keçirilən iclasında çıxış edən deputat Fərəc Quliyev isə deyib ki, Ermənistana qarşı hər hansı güzəştdən söhbət gedə bilməz: “Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupu ilə birlikdə bəyanat qəbul etdilər. Ermənistan ATƏT-in Minsk qrupu tərəfindən sakitlik bəyanatı istəyirdi ki, biz tezliklə məsələləri həll etmək üçün söz verək və onlar da öz işlərini davam etdirsinlər. İrəvanda "Lazerev klubu”nun məlum toplantısı zamanı ATƏT-in Minsk qrupunda bir vaxtlar Rusiyanı təmsil edən Vladimir Kazimirov çıxış etdi. Onlar institutlaşmış şəkildə Azərbaycana qarşı mövqe sərgiləyirlər”.
Deputat bildirib ki, bizim atəşkəş barədə fərqli mövqeyimiz olmalıdır: "Biz hansı atəşkəsdən danışmalıyıq? Bizim ərazilərimiz işğal olunub. Biz o zaman atəşkəs elan etməliyik ki, düşmən tərəf sərhədlərinə çəkilsin və o zaman biz düşmən tərəfə atəş açmamaqla bağlı öhdəlik götürə bilərik. Biz indi atəş açmalıyıq. Hesab edirəm ki, əslində atəş dayanmamalıdır. Biz o vaxt atəşkəslə bağlı razılaşmaya çatmışdıq ki, müəyyən dövr ərzində ATƏT-in Minsk qrupu və digər orqanlar işlər görsünlər. Qarabağda erməni təyyarələri hərbi əməliyyatlar keçirirdilər. Bizim Müdafiə Nazirliyi tərəfindən də bəyanat verildi ki, təmas xəttində təhlükə törədərlərsə və ya keçərlərsə onları vuracağıq. Başa düşmürəm, bizim sərhəd xəttimiz təmas xəttidir?”.
F. Quliyevin sözlərinə görə, Azərbaycan sərhədini keçən düşmən tərəfin vasitələri vurulmalıdır. "Ona görə hesab edirəm ki, işğal olunmuş ərazilərimizlə bağlı fərqli mövqe ortaya qoymalıyıq”.

Fikrət Sadıqov
Nazirlərin Milan görüşünü ölkə KİV-lərinə şərh edən sabiq diplomat, politoloq Fikrət Sadıqov isə hesab edir ki, görüşün baş tutması müəyyən dərəcədə Azərbaycan tərəfinin uğurudur: "Bizim bu görüşdən gözləntilərimiz o qədər də ümidedici deyildir. Çünki başa düşürük ki, nazirlər səviyyəsində bir çox iri məsələlər həll olunmur. Amma, digər reallıq odur ki, bu görüşün baş tutması müəyyən dərəcədə bizim uğurumuzdur. Ona görə ki, Ermənistan masa arxasına əyləşmək istəmirdi. Müxtəlif bəhanələr irəli sürürdü. Bildirirdilər ki, separatçılar mütləq danışıqlarda iştirak etməlidir, format dəyişilməlidir və.s. Eyni zamanda onlar Azərbaycana qarşı müxtəlif ittihamlar irəli sürürdülər. Amma bu görüş baş tutdu və 3 saatadək müzakirələr aparıldı. Bu, ona işarədir ki, format indiyə qədər öz qüvvəsini itirməyib. Bununla belə onu da nəzərə almaq lazımdır ki, biz çox qəti düşmənlə üz-üzəyik. Ermənistan Azərbaycana güzəşt etmək fikirində deyil. Azərbaycan olaraq həm diplomatiyada, həm də hərbi-texniki inkişafda erməniləri güzəştə getməyə, ilk növbədə torpaqlarımızı azad etməyə məcbur etməliyik. Biz bu istiqamətdə addımlarımızı davam etdirməliyik”.
Yanvar aydına nəzərdə tutulan görüşdən gözləntilərini bölüşən F. Sadıqov əlavə edib: "Ermənistanda parlament seçkilərindən sonra Paşinyanın tərəfdarları parlamentdə çoxluq təşkil etsə və onun mövqeyi daha da möhkəmlənsə, erməni tərəfinin məsələyə münasibəti daha konkret nümayiş olunmalıdır. İkili yanaşmalar - separatçı rejimi danışıqlara cəlt etməyə çalışılması, Azərbaycana qarşı iddialar arxa plana çəkilməlidir. Erməni tərəfi başa düşməlidir ki, real məqsədimiz var və ona gec-tez çatacağıq. Hesab edirəm ki, yanvar ayında yeni bir görüş baş tutarsa, bu məsələlər gündəmə gətirilməldir. Azərbaycan torpaqlarının azad olunması ilə bağlı konkret gündəlik olmaldır. Erməni tərəfi bəzi hallarda müxtəlif bəyanatlar verir ki, Azərbaycan tərəfi kompromisə hazır deyil. Güzəştli mövqe nümayiş etdirmir. Amma yaddan çıxarılır ki, Azərbaycan torpaqları işğal altındadır. Məsələyə yanaşma dəyişilməsə, görüşlərin intensivliyi heç bir nəticə verməyəcək”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:35
Prezident İlham Əliyev Mingəçevirə gedib
Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var