09:45 / 24-06-2025
Məktəb direktoru şagirdlərdən polisə şikayət edib
09:35 / 24-06-2025
Prezident İlham Əliyev Mingəçevirə gedib
08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar?
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

Struktur islahatı birmənalı qarşılanmır; Prezident Administrasiyasında da dəyişikliyi vacib sayırlar
Tarix: 19-01-2019 12:58 | Bölmə: Slayd

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, 3 dövlət qurumu ləğv edilib. Bunlar Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu və Strateji Araşdırmalar Mərkəzidir. Bundan əlavə, ölkə başçısı digər sturukturlarda da bəzi qurumların ləğvi və birləşdirilməsi ilə bağlı tapşırıqlar verib.
Belə demək mümkündürsə, ölkə başçısı Nazirlər Kabinetinin iclasında vediri struktur islahatları ilə bağlı mesajı gerçəkləşdirməkdədir.
Hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi, deputat Aydın Mirzəzadə deyib ki, ölkə başçısının siyasəti islahatların daha da genişləndirilməsinə xidmət edir:
“Müdafiə Sənayesi Nazirliyinin “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi dövlətin birbaşa istehsalda iştirakından geri çəkildiyini göstərdi. Bir qayda olaraq hüquqi demokratik dövlətlər iqtisadiyyatı tənzimləyir, özləri birbaşa istehsalda iştirak etmirlər. Bu baxımdan Müdafiə Sənayesi Nazirliyinin sahəsinin hökumətdən ayrılaraq ayrıca bir səhmdar cəmiyyətə çevrilməsi çox düzgün addım idi”.
Deputat bildirib ki, şirkət formasında fəaliyyət göstərən bu sahə özünün maliyyələşmə sisteminə keçəcək, bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq bundan sonra daha sərbəst və çevik fəaliyyət göstərə biləcək: “Digər tərəfdən, bu gün hökumət yanında fəaliyyət göstərən bir sıra qurumların ləğvi günün aktual məsələlərindən biri idi. Müəyyən katibliklərin və ya qurumların ictimai əsaslarla fəaliyyət göstərməsi dövlət büdcəsinə qənaət etməyə və yaxud müəyyən zamandan-zamana fəaliyyət göstərməsinə görə ayrıca bir ştat saxlamasına ehtiyac olmadığını göstərdi”.
A. Mirzəzadə qeyd edib ki, Azərbaycan özünün müstəqilliyi dövründə hər zaman dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi üçün daim islahatlar keçirib və günün tələblərinə cavab verən bir sistem yaratmağa çalışıb:
“Struktur islahatları ilə bağlı ötən gün atılan addımlar bir daha göstərir ki, Azərbaycanda çevik idarəetmə sisteminə böyük maraq var. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam etdiriləcək”.
Ancaq müstəqil ekspertlər və müxalifət təmsilçiləri son struktur dəyişikliklərini birmənalı qarşılamırlar. Siyasi analitik Nəsimi Məmmədli “Reytinq”ə deyib ki, əslində, ölkədəki ənənəvi idarəetmənin dəyişilmə prosesi xeyli vaxtdır müşahidə edilir. Onun sözlərinə görə, burada bir sıra daxili və xarici amillərin rolu var: “2014-cü ildən etibarən neft gəlirlərinin kəskin azalması, ölkədə uzun müddət davam edən maliyyə və sosial böhran, manatın devalvasiyası, vətəndaş narazılığının artması hakimiyyəti əlavə tədbirlər görməyə vadar edir. İndi heç kimə sirr deyil ki, sadə vətəndaşdan tutmuş məmuradək, büdcə təşkilatlarında çalışanlardan müxalifətçilərədək hər kəsdə bir narazılıq və gərginlik var. Dövlət büdcəsinin yükü həddindən artıq çoxdur, dövlət qurumları arasında çoxsaylı paralel xidmətlər var. Səmərəli idarəçilikdən danışmaq mümkün deyil. Hakimiyyət bütün sahələrdə total nəzarət həyata keçirmək istiqamətində cəhdlər edir. Xüsusilə də 2016-cı il Konstitusiya dəyişikliyindən sonra hakimiyyətin tamamilə tək əldə cəmləşdirilməsi prosesi gedir”.
N. Məmmədlinin fikrincə, Ermənistanda baş verən demokratik dəyişikliklər, Avropa İttifaqı ilə əməkdaşlıq sazişi istiqamətində müzakirələr və Rusiyanın üzləşdiyi böhranlı durum da hakimiyyəti yeni yanaşmalara vadar edir: “Bununla yanaşı beynəlxalq qalmaqallara səbəb olan korrupsiya faktlarına, çirkli pulların yuyulmasına və bəzi dövlət qurumlarının adının müəmmalı pul köçürmələrində hallanmasına görə hakimiyyətdən hansısa qərarların olacağı gözlənilən idi”.
Ekspert hesab edir ki, müəyyən müsbət addımlar atılır, ancaq bu dəyişiklikləri və ləğv edilmələri hələ struktur islahatları adlandırmaq olmaz. “Hələlik müşahidə edilənlər kosmetik dəyişikliklərdir. İdarəetmədə ən böyük paralellik Prezident Administrasiyası, Nazirlər Kabineti və Birinci vitse-prezidentlik institutları arasındadır. Bu qurumlardan ikisi ləğv edilərsə, o zaman struktur islahatları istiqamətində real addımlardan danışmaq olar. Hakimiyyətin bir sıra mənfi yüklərdən xilas olmağa çalışdığı hiss olunsa da, bu iradənin necə sona çatacağını demək çətindir”, – deyə N. Məmmədli əlavə edib.
Siyasi şərhçi Zəlimxan Məmmədli də son günlər baş verən struktur dəyişikliklərini islahat kimi qəbul etmir. Onun sözlərinə görə, edilən dəyişikliklər islahatın məntiqi mahiyyətini özündə daşımır: “Rəsmi olaraq islahat - qanun səviyyəsində həyata keçirilən dəyişikliklərə deyilir. Həm də islahata birşeyi yaxşılaşdırmaq məqsədi ilə edilən əsaslı dəyişiklik daxil edilir. İslahat zərurətdən yarandığına görə dövlət hakimiyyəti tərəfindən yuxarıdan başlanır. İslahatların məqsədi cəmiyyətdə qanunların səmərəli işləməsini və həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. İslahatlar gedişində siyasi sitemin əsasları dəyişilmədən bir hissəsi dəyişdirilir. Bununla belə, islahatlar heç də həmişə deyilənlərin tezliklə baş verməsini təmin etmir. Bu girişi rəsmi tərifdən götürdüm. “İslahat” ifadəsi məzmun və mahiyyət ilə demokratik cəmiyyətlərin, hakimiyyət bölgüsü prinsipi, qarşılıqlı və ictimai nəzarətin aparıcı olduğu dövlətlərdə səmərəli olur. Mahiyyətcə az büdcə vəsaiti ilə dövlətin və millətin güvənliliyi sahəsində daha böyük uğur, yüksəliş, dirçəliş əldə edilməsinə, həm də vətəndaşın hərəkət və hərəkətsizliyindən asılı olmayaraq ona xidmətin daha səmərəli tətbiqinə əsaslanır. Diqqətimi bütün əraziləri əhatə edən kitabxana sisteminin yaradılması cəlb etdi. Məncə, bu, əgər yerindədirsə, yerli dövlət orqanlarının bilavasitə vəzifələridir. Bunu xüsusiləşdirmək zərurəti var idimi? Və ya Təhsil Nazirliyi bu sistemin başında deyilsə, necə olacaq? Bu suallar təbiidir və cavabı yox kimidir.
İslahat ilk növbədə siyasi sistemdə, idarəetmə sistemində, bələdiyyə sisteminin, hüquq sisteminin təkmilləşdirilməsi və onu etimadlı etməkdən ibarət olmalıdır. Məhkəmə sisteminin azadlığı mütləq təmin olunmalıdır. Ali və yerli hakimiyyət orqanları mütləq anlamda xalqın iradəsi ilə formalaşdırılmalıdır. Bunlar olmadıqca minlərlə fərman, sərəncam da verilsə, kağız üzərində qalacaq və vətəndaş ondan fayda görməyəcək”.
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa isə deyib ki, ölkə başçısı tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edir. O qeyd edib ki, bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşür və indiki zamanda iş yerini itirməyi, sabit maaşdan məhrum olmağı heç kim istəməz: "Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır. Bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır. Əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir. Çünki işsizlər ordusunun sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır”.
F. Mustafa qeyd edib ki, vergi və gömrük sistemindəki dəyişikliklər buna ümid yaradır, ancaq bütövlükdə müxtəlif dövlət qurumlarının sahibkarlara qanunsuz bac-xərac mənbəyi kimi baxma ənənəsi yığışdırılmalıdır: "Bunu isə yalnız məhkəmələrin real müstəqilliyi ilə təmin etmək mümkündür. Digər tərəfdən, icra hakimiyyətlərinin təsərrüfat səlahiyyətlərini bələdiyyə qurumlarına dövr etmək məqsədəuyğun olardı. Bütün hallarda yeni il islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahının yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır”.
Deputat fikirlərini belə yekunlaşdırıb:
"Jurnalistlər sual verirlər ki, Elmin İnkişafı Fondu, Bilik Fondu, Multikulturalizim Mərkəzi, Strateji Araşdırmalar Mərkəzi dövlət qurumları kimi fəaliyyətini dayandırıb, indi o boşluğu hansı qurum dolduracaq?
Açığı, hansı qurumun dolduracağını proqnozlaşdıra bilmərəm. Ancaq şəxsən mən sosial şəbəkədə elmin inkişafını da, biliyi də, multikulturalizmi də xeyli zamandır dostlarım Etibar Əliyevin və İbrahim Nəbioğlunun statuslarından əldə edirəm. İkisi bir yerdə o boyda AMEA-dan və universitetlərdən daha çox cəmiyyətimizin düşünən hissəsi üçün faydalı bilgiləndirmə işi aparırlar.
Çoxdandır Strateji Araşdırmalar Mərkəzinin funksiyasını da millət vəkili Zahid Oruc öz analitik məqalələri ilə təklikdə daha effektli aparır. Necə deyərlər, müqəddəs yer boş qalmaz".
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə “Reytinq”in əməkdaşına deyib ki, əslində, Prezident Əliyev 2018-ci ilin yekunları ilə bağlı müşavirədə baş verənləri anons etmişdi və iqtidar anlamağa başlayıb ki, daha belə davam edə bilməz.
Ə. Əliyevin fikrincə, yenilik bir neçə səbəbdən olmalıdır:
“Büdcə yükü azaldılmalıdır, ölkə Qərbin təzyiqi qarşısında korrupsiyaya qarşı mübarizə aparmalıdır, idarəetmə sistemi təkmilləşdirilməlidir, əvvəlki münasibətlərdən imtina edilməlidir.
Hələlik baş verənləri islahat adlandırmaq olmaz. İmzalanmış sənədlər yüngül, səthi, kosmetik dəyişikliklərdir. Bəlkə nəbz yoxlaması, bəlkə də islahatlar anonsudur. Əgər islahat başlanğıcıdırsa, davamlı və sistemli olmalıdır. Fikrimcə, bir neçə mərhələdə korrektə edilməlidir”.
VİP sədri qeyd edib ki, Azərbaycanda icra hakimiyyəti, yəni Prezident Administrasiyası və Nazirlər Kabinetinin strukturlarında sistem dəyişikliklərinə ehtiyac var. Bu yöndə şişirdilmiş paralel institutlardan biri ixtisar olunmalıdır: “Ya Prezident Administrasiyası dəftərxanaya çevrilməli, ya da Nazirlər Kabineti formal mahiyyətinə uyğun təşkil edilməlidir. İkinci istiqamət çevik, kompakt hökumətə sahiblənmək üçün həyata keçirilməlidir. Azərbaycan kimi kiçik dövlətdə 45-ə yaxın hökumət vahidinin (nazirlik, komitə, agentlik) olması irrasionallığın əlamətidir. 350 milyonluq dünya lideri ABŞ-da hökumət 13 portfelə malikdir. ÜDM-də payı trilyon dollardan artıq olan Fransa və Almaniyada hökumət üzvləri 20 nəfər civarındadır. Nüfuz sayı ilə bizə bərabər Avropa dövlətləri - Avstriyanın, İsveçin və İsveçrənin büdcəsi 20 dəfə bizdən artıq olmasına baxmayaraq, hökumət nazirlərinin sayı 2 dəfə azdır. Ona görə də kabinet kiçilməlidir”.
Partiya sədri nəzərə çatdırıb ki, 3-cü problem qartımış hökumət üzvləridir. Onun qənaətincə, bu sahədə islahatlar qaçılmazdır: “Bizdə belə düşünülür ki, nazir postu miras əmlakıdır. Hakimiyyətdəkilər dövləti də öz şirkəti kimi görürlər. Bu praktikaya son qoyulmalıdır. Dövlət heç kimin mülkü deyil. Dövlət postlarında əbədiliyə “Əlvida!” deyməyin vaxtı çoxdan çatıb. 25-30 illik nazirlər istirahətə göndərilməlidir. ABŞ-da bir şəxs nazir postunda 3 ildən artıq qala bilməz. Bəlalarımızın bir hissəsi də bu toxunulmazlıqdan törəyir. Daimilik paralel olaraq hakimiyyətdəkiləri həm də oğurluğa həvəsləndirir. Çünki toxunulmazlıq həm də cəzasızlıq deməkdir. Əmindirlər ki, nə etsələr cəza yoxdur. Ona görə də, prezident Əliyevin komanda üzvlərinin mütləq əksəriyyəti haqqında korrupsiya ifşaları dərc edilir. Dediklərimin həlli siyasi iradədən keçir. Fundamental dəyişiklik olmasa, heç bir kosmetika mövcud eyibləri ört-basdır edə bilməz. Ölkə idarəetmə sistemi yenidən dizayn edilməlidir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli isə Modern.az-a bildirib ki, 2014-cü ilin ortalarından neftin qiymətinin kəskin surətdə aşağı düşməsi və 2015-ci ildəki iki şok devalvasiya nəticəsində Azərbaycan iqtisadiyyatı resessiya və durğunluq halı keçirdikdən sonra 2018-ci ildən yenidən artım mərhələsinə keçib. Amma həm Azərbaycan hökumətinin, həm də beynəlxalq iqtisadi qurumların proqnozlarına görə, orta perspektivdə Azərbaycan iqtisadiyyatı dünyanın və inkişaf etməkdə olan, eləcə də region ölkələrinin orta illik artım templərindən aşağı səviyyədə, yəni yavaşımış iqtisadi artım trayektoriyasına keçir. Buna baxmayaraq, ölkəmizin potensialı 2020-ci ildən və uzağı ondan sonrakı ildən yenidən sürətli artım trayektoriyasına keçməyə imkan verir: “Bu imkanların dolğun şəkildə gerçəkləşdirilməsinin qarşısında duran çoxsaylı problemlərin içərisində idarəetmə sisteminin müasir tələblərə cavab verməməsi xüsusi aktuallıq kəsb edir”.
Ə. Məsimli bildirib ki, indi dünyada idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görsə də, bizdə idarəetmə sistemi şişir. Buna son qoymaq üçün struktur və kadr islahatı aparılmalıdır.
Deputat qeyd edib ki, idaretmə aparatı həqiqətən də çox şişirdilib və hazırkı mərhələdə səmərəli işləmək imkanları tükənib: “2019-cu ilin büdcə xərclərində ümumi dövlət xidmətləri üzrə xərclər 3,9 milyard manata çatıb ki, bu da müdafiə xərclərindən 13 faiz, təhsil xərclərindən 70 faiz, sosial müdafiə, sosial təminat xərclərindən 48 faiz, səhiyyə xərclərindən 3,7 dəfə çoxdur. Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədilə həyata keçirdiyi islahat xarakterli addımları müsbət qiymətləndiririk. Əgər eyni funksiyanı yerinə yetirən bir neçə qurum varsa, paralellik aradan qaldırılmalıdır. Bir-birinə yaxın olan qurumları birləşdirmək lazımdır. Lüzumsuz strukturların ləğvı isə labüddür”.
Ə. Məsimli diqqətə çatdırıb ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Bilik Fondu və Strateji Araşdırmalar Mərkəzinin ləğvi büdcənin 8 milyon manata yaxın vəsaitinin qənaət olunmasına imkan verəcək.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:35
Prezident İlham Əliyev Mingəçevirə gedib
Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var