22:48 / 02-09-2025
Tiktoker Xosrov həbs olunub
14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
Mollazadə: ABŞ və Rusiyanın İstanbul görüşü Türkiyənin əhəmiyyətindən xəbər verir
Tarix: 27-02-2025 13:16 | Bölmə: Slayd
Mollazadə: ABŞ və Rusiyanın İstanbul görüşü Türkiyənin əhəmiyyətindən xəbər verir

“ABŞ və Rusiya heyətləri arasında görüşün İstanbul şəhərində keçirilməsinin çox böyük əhəmiyyəti var”.

Bunu Reyting.az-a Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Amerika və Rusiya diplomatlarının görüşünün Türkiyədə keçirilməsi qardaş ölkənin önəmindən xəbər verir.

“Əvvəla, Türkiyə böyük dövlətdir, hər kəsin ona inamı və etimadı var. İkincisi, Türkiyə yalnız bizim regionda deyil, dünyanın hər yerində müsbət qarşılanır, onunla hesablaşırlar, razılıq edirlər. Çünki Türkiyə hər yerdə sülh, əmin-amanlıq, iqtisadi münasibətlər kimi məqamları önə çəkir. Bu da hər bir ölkə və millət üçün əhəmiyyətə malikdir”, - A. Mollazadə qeyd edib.

ABŞ-Rusiya münasibətləri qaydaya düşəcəyi təqdirdə Türkiyənin kimə daha çox üstünlük verəcəyinə, mövqeyinin necə olacağına gəldikdə, partiya sədri bildirib ki, Türkiyənin sabit və stabil mövqeyi var: “Bu ölkə dünyanın hər yerində sabitlik və iqtisadi inkişaf, əlaqələrin irəli aparılmasını təşviq edir, bu istiqamətdə fəaliyyət göstərir. Odur ki, Türkiyənin mövqeyi sabit qalacaq və bütün tərəflərlə əməkdaşlıq edəcək”, - deyə A. Mollazadə əlavə edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
29-08-2025, 11:00 Yeri fəlakət gözləyir?
25-08-2025, 15:29 Putin Trampı aldadır
25-08-2025, 11:32 NATO dağıla bilər