23:39 / 08-03-2025
Vəzifəli şəxs piyadanın ölümündə şübhəli bilinir
23:18 / 08-03-2025
Bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb - Yenilənib
14:59 / 08-03-2025
Bakıda itkin düşən hüquq müdafiəçisi tapılıb - Yenilənib
13:33 / 08-03-2025
Cənubi Koreya prezidenti sərbəst buraxılıb
11:54 / 08-03-2025
AQTA sədrinə müşavir təyin olunub
11:13 / 08-03-2025
Tovuz rayonunda restoran yanıb - Video
11:00 / 08-03-2025
Hikmət Hacıyev: Ermənistan, cinayətlərinin unudulacağına inanırsa, ciddi şəkildə yanılır
10:52 / 08-03-2025
AMEA-da yeni şöbələr yaradılıb
10:44 / 08-03-2025
Mehriban Əliyeva qadınları təbrik edib - Foto
00:08 / 08-03-2025
Bu gün Beynəlxalq Qadınlar Günüdür
21:25 / 07-03-2025
İlham Əliyev Qadınlar Günü ilə bağlı paylaşım edib - Foto
18:35 / 07-03-2025
Estoniya da nadir torpaq ticarətinə başlayıb
18:02 / 07-03-2025
Oleq Bakinskinin məhkəməsi: şahid prosesə məcburi gətiriləcək
17:55 / 07-03-2025
Tramp: "Ümid edirəm ki, İran danışıqlara "yox" deməyəcək"
17:53 / 07-03-2025
Müttəfiqləri ABŞ-a kəşfiyyat məlumatları ötürməyəcək
17:18 / 07-03-2025
Ukrayna Prezident Aparatı: Zelenski ABŞ-dan üzr istəməyəcək
17:12 / 07-03-2025
Komitə işçiləri DTX-nın təcridxanasında erməniəsilli şəxslərə baş çəkib
17:11 / 07-03-2025
NATO qırıcılarını Rusiyaya qarşı səfərbər edib
16:58 / 07-03-2025
Aktyor Möylə Mirzəliyevin vəziyyəti kritik-ağırdır
16:44 / 07-03-2025
Agentlik: "Martın 10-da 4-cü günə aid dərslər tədris olunmalıdır"
16:14 / 07-03-2025
Avtomobil Yolları Dövlət Agentliyinə 1.5 milyon ayrılıb - Sərəncam
16:12 / 07-03-2025
Dünyanın mövcud nizamını dağıdırlar
15:56 / 07-03-2025
NASA köhnə "Voyager 2"-ni bağlayır - Foto
15:55 / 07-03-2025
Qanunsuz qumar oyunları: 2 milyonluq qalmaqalla bağlı proses davam edir
15:50 / 07-03-2025
İrandan Azərbaycana 42 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
15:45 / 07-03-2025
Zülfüqarov: Qarşıdurmaların nüvəsində imperalist maraqlar dayanır
15:38 / 07-03-2025
Bakıda magistral su xəttində qəza baş verib
14:59 / 07-03-2025
Ceyhun Bayramov Qazaxıstana gedəcək
14:34 / 07-03-2025
"Aqroservis” ASC-nin İdarə Heyəti sədrinə müavin təyin olunub
14:22 / 07-03-2025
Ukraynaya kütləvi hücum davam edir
13:03 / 04-03-2025

11:36 / 06-03-2025

13:07 / 04-03-2025

19:51 / 05-03-2025

13:45 / 06-03-2025

10:10 / 06-03-2025

13:36 / 04-03-2025

17:05 / 04-03-2025

12:11 / 06-03-2025

20:31 / 06-03-2025

20:47 / 04-03-2025

21:34 / 05-03-2025

Bu gün 57 437 şagird buraxılış imtahanı verib - (Yenilənib)
Tarix: 02-03-2025 14:27 | Bölmə: Slayd

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
Reyting.az DİM-ə istinadla bildirir, tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verəcəklər.
İmtahan saat 11:00-da başlanacaq.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 20-dən etibarən çap edib götürə biliblər.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4 292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4 292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə), 242 bina nümayəndəsi ayrılıb.
İmtahanda 57 437 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin olunub. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.
***
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
DİM-dən Reyting.az-a verilən xəbərə görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 242 bina nümayəndəsi ayrılıb.
İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. 2 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.
Bu gün saat 16:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Abituriyentlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.
Martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər .
Bölməyə aid digər xəbərlər

Dünən, 16:12
Dünyanın mövcud nizamını dağıdırlar
Dünən, 13:11
Türkiyə Avropaya qoşun yeridəcək?
Dünən, 08:07
Minsk qrupu Ukraynanı aldadıb
6-03-2025, 13:10
Professor: İranla müharibə ssenarisi real deyil
6-03-2025, 12:11
İğdır-Naxçıvan qaz kəməri: iqtisadi layihə siyasi baxımdan da əhəmiyyətlidir - Professorun şərhi
6-03-2025, 10:10
Sabiq nazir: ABŞ Rusiyanı özünə müttəfiq etmək istəyir
6-03-2025, 09:34
Mollazadə: Ermənistan baş naziri sülh prosesindən qaçır
5-03-2025, 18:47
Qasımov: İran qonşu ölkələri təzyiq altında saxlamağa çalışır
5-03-2025, 14:56
“Şəffaflıq Azərbaycan” təşkilatı fəaliyyətini dayandırır
5-03-2025, 14:56
“Gürcü Arzusu” medianın dabanını senzura ilə basdalayır
5-03-2025, 14:45
Azərbaycan-Türkiyə qardaşlığı... - Təhlil
5-03-2025, 14:41
Dövlət Turizm Agentliyinin sədri istintaqa çəlb olunub
5-03-2025, 14:21
Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var
5-03-2025, 14:09
Vəkil Adəm Məmmədov həbs edilib
5-03-2025, 14:03
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
5-03-2025, 12:59
Elektrik mühərrikli yük avtomobilləri gömrük rüsumundan azad edilib
5-03-2025, 11:16
Vəzifəli şəxslərə cinayət işi açılıb
4-03-2025, 23:06
Ruben Vardanyan Bakıda məhkəmədə - Gizli danışıqlar açılır - Fotolar
4-03-2025, 18:05
Putin İranla nüvə müzakirələrində Trampa kömək edəcək
4-03-2025, 17:34
Professor: Ukraynanı qurban verən ABŞ Ermənistana qucaq açmayacaq
4-03-2025, 15:55
Prezident Agentlik sədrinə şiddətli töhmət verib - Sərəncam
4-03-2025, 15:05
Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib?
4-03-2025, 13:03
Zülfüqarov: Əvvəl blokadada olduğunu deyən Ermənistan indi özü blokadadan çıxmaq istəmir
4-03-2025, 12:06
Suriyanın parçalanması niyə İran və digərləri üçün təhlükəlidir?
4-03-2025, 11:47
Rusiyanın 200 milyard avroluq aktivlərini müsadirə etmək istəyirlər
4-03-2025, 10:59
Prezident İlham Əliyev şirkət rəhbərlərini qəbul edib
4-03-2025, 10:41
Ağ ev Ukraynaya yardımın dayandırıldığını təsdiqləyib
4-03-2025, 09:58
Qlobal istiləşmə okeanların tarazlığını pozur
3-03-2025, 18:07
Qabil Hüseynli: Trampın əleyhinə aksiyalar başlaya bilər
3-03-2025, 16:00
İsazadə: Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb
3-03-2025, 13:22
Sərdar Cəlaloğlu: Rusiyanın yenidən imperiya yaratması mümkün deyil
3-03-2025, 11:58
İran və Azərbaycanın “ulduzları” niyə barışmır?
3-03-2025, 00:15
Yerdən kənarda həyat axtarışına başlayırlar - Foto
2-03-2025, 14:27
Bu gün 57 437 şagird buraxılış imtahanı verib - (Yenilənib)
1-03-2025, 18:54
Türkiyə Rusiya-Ukrayna sülh danışıqlarına ev sahibliyi təklif edəcək
28-02-2025, 21:47
Tramp-Zelenski görüşündə qarşıdurma olub - (Yenilənib) - Fotolar
28-02-2025, 19:01
Tramp Rusiyanı Çinin əlindən almaq istəyir - Deputat
28-02-2025, 16:03
Sərdar Cəlaloğlu: Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər
28-02-2025, 13:38
ABŞ Mərkəzi Asiya dövlətlərinə qarmaq atır
28-02-2025, 12:14
Məhkəmə-Hüquq Şurasının hüquq və vəzifələri genişləndirilir
27-02-2025, 18:41
Professor: Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər
27-02-2025, 17:29
“ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - Ekspert