10:59 / 26-07-2025
“Sizə yalvaran olmuşdu ki, "Kontakt"dan mal alın?” - Şikayət
10:41 / 26-07-2025
Nazirlik əhaliyə müraicət edib
09:45 / 26-07-2025
Tələbələrimiz Avropa çempionu olub - Foto
09:40 / 26-07-2025
Dəm qazı bir nəfərin həyatına son qoyub
08:38 / 26-07-2025
Ərdoğan Putinlə Trampı İstanbulda görüşdürmək istəyir
23:43 / 25-07-2025
Bakıda ermənilər hakim qarşısına çıxarılıb
21:34 / 25-07-2025
Qarabağda yenidən güclü yanğınlar başlayıb - (Yenilənib)
20:19 / 25-07-2025
Ceyhun Bayramov Hakan Fidanla müzakirə aparıb
18:32 / 25-07-2025
DİN-də əməliyyat müşavirəsi keçirilib - Foto
18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
18:03 / 25-07-2025
Ceyhun Bayramov Slovakiyanın səfirini qəbul edib
17:33 / 25-07-2025
Professor: Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir
17:15 / 25-07-2025
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - Video
17:10 / 25-07-2025
Rusiyada daha bir azərbaycanlı biznesmenin ofisində axtarışlar aparılır
16:47 / 25-07-2025
Pirallahıda əməliyyat: keçmiş məhkum 42 kq narkotiklə saxlanılıb
16:32 / 25-07-2025
Daha 232 nəqliyyat vasitəsi hərraca çıxarılıb
16:23 / 25-07-2025
Əli Əsədov Somalinin XİN başçısı ilə görüşüb
16:19 / 25-07-2025
Məşğulluq Agentliyi anbar icarəyə götürüb – Ayı 106 min manata
16:10 / 25-07-2025
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir - Deputat
15:48 / 25-07-2025
Nazirlik: Aktyor Allahverdi Yolçuyevə müvafiq dəstək göstərilir
15:41 / 25-07-2025
Mühəndis Zukerberqin 1,25 milyard dollarlıq iş təklifindən imtina edib
15:37 / 25-07-2025
"Neftçi" futbolçu Alfa Konte ilə yolları ayırıb
15:24 / 25-07-2025
Donald Trampın Ukraynaya dönüşü...
14:46 / 25-07-2025
Ağdam və Cəbrayıla növbəti köç karvanları gedib - (Yenilənib)
14:37 / 25-07-2025
Şəxsiyyət vəsiqəsi haqqında qanuna dəyişiklik təsdiqlənib
14:20 / 25-07-2025
"Qobu Park-2"də əyilən binalar daha bir problem yaradıb
13:49 / 25-07-2025
İki ölkə 50 illik müdafiə müqaviləsi imzalayıb
13:35 / 25-07-2025
Almaniya Ukrayna üçün 340 milyon dollar ayırıb
13:00 / 25-07-2025
Arif Babayevin vəziyyəti yaxşılığa doğru gedir - Yenilənib
12:55 / 25-07-2025
İstanbulda İranın üç ölkə ilə kritik nüvə danışıqları keçirilir
11:54 / 21-07-2025

17:03 / 24-07-2025

17:42 / 21-07-2025

15:36 / 21-07-2025

13:21 / 21-07-2025

12:21 / 21-07-2025

11:20 / 24-07-2025

14:59 / 22-07-2025

11:29 / 22-07-2025

15:30 / 22-07-2025

15:12 / 23-07-2025

15:04 / 24-07-2025

“Gürcü Arzusu” medianın dabanını senzura ilə basdalayır
Tarix: 05-03-2025 14:56 | Bölmə: Slayd

Gürcüstan parlamenti “Yayım haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda təsdiqləyib. Onun sayəsində hakimiyyət müxalifət telekanallarını nəzarətə götürə biləcək. Lakin Gürcüstan cəmiyyətində bunun respublika üçün xeyirli olub-olmayacağı ilə bağlı dəqiq fikir yoxdur.
Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
“Gürcü Arzusu” telekanalların xaricdən maliyyələşdirilməsini qadağan etməyə hazırlaşır. Hakim partiya hesab edirdi ki, xaricdən pul almaq jurnalistlərin respublikanın milli maraqlarına zidd olan məqsədlər güdməyə başlamasına gətirib çıxarır. Nümunə kimi deputatlar USAID-in fəaliyyətini göstəriblər.

Bundan əlavə, jurnalistlərə səlahiyyətli şəxsin razılığı olmadan şəxsi və ya ictimai yerlərdə video və ya audio yazılar aparmağa icazə verilməyəcək. Tələblərə əməl olunmadıqda yayımçıya əvvəlcə xəbərdarlıq, sonra cərimə, sonda isə fəaliyyət göstərmək üçün lisenziyası ləğv ediləcək. İstisna yalnız icazəsiz işin yüksək ictimai maraqla əsaslandırıldığı hallarda mümkündür.
Doğrudur, jurnalistlər bunu sübut etməli olacaqlar.
Mediadan, həmçinin “faktiki dəqiqliyi” qorumağı və “qərəzsiz” olmağı tələb edəcəklər.
Qanun layihəsinə görə, telekanallar “bütün alternativ fikirləri adekvat şəkildə təmsil etməli” və “faktları və ya fikirləri təhrif etməkdən və fərqli fikirləri yanlış şərh etməkdən çəkinməlidirlər”.
Martın 3-də Gürcüstan parlamentinin hüquq komitəsinin rəhbəri Arçil Qorduladze bildirib ki, qanuna edilən düzəlişlər onlayn və çap mediasına şamil olunmasa da, “bu istiqamətdə iş davam etdirilə bilər”.
“Dəyişikliklər qəzetlərə, onlayn mediaya aid deyil və bu da problemdir. Müasir texnologiyaların inkişafı ilə informasiyanın yayılmasının alternativ mənbələri yaranıb və müxtəlif platformalardan və ya müxtəlif onlayn platformalardan gələn informasiya axını cəmiyyətin əksəriyyəti üçün informasiya mənbəyidir və bu məsələnin tənzimlənməsi üzərində işi davam etdirə bilərik”, - deyə Qorduladze əlavə edib.
Necə olursa-olsun, “Gürcü Arzusu” əmindir ki, yalnız böhtan və dezinformasiyanı normaya çevrimiş şəxslər mediaya məhdudiyyətlərin tətbiqindən narahat ola bilərlər.
“Fakt budur ki, medianın xaricdən maliyyələşdirilməsi dezinformasiyanın, böhtanların yayılmasına və siyasi manipulyasiyalarla dolu povestin inkişafına kömək edir”, - parlamentin insan hüquqları komitəsinin sədri Rati İonatamişvili deyib.

Öz növbəsində parlamentin spikeri Şalva Papuaşvili “onlarla gürcü KİV-ini” sosial şəbəkələrdən düşmənçilik təbliğatı aparmaq üçün istifadə edən qeyri-hökumət təşkilatları ilə eyniləşdirib.
“Bu media şirkətləri təşviqat, dezinformasiya və saxta xəbərlərin yayılması vasitəsilə xarici təbliğat şəbəkəsini gücləndirirlər. Onlar sırf bu məqsədlə yaradılıb və maliyyələşdirilir. Baxmayaraq ki, özlərini “müstəqil” və “şəxsi” media kimi gizlədirlər... Fəal jurnalistika sadəcə olaraq “oxymoron”dur (paradoks – red.). Bu isə son nəticədə obyektiv xəbər almaq hüququndan məhrum olan, əvəzində hər cür təbliğat eşidən vətəndaşa ziyan vurur. Nəhayət, bu, demokratik plüralizmi sarsıdır və artıq təkcə Gürcüstanda deyil, bütün dünyada hiss olunan fəlakətə çevrilir”, - Papuaşvili bəyan edib.
Xatırladaq ki, Gürcüstanda üç ən məşhur müxalifət telekanalı var: “Mtavari Arxi” (Əsas Kanal), “Pirveli” (Birinci Kanal) və “Formula”. Onlar Mixail Saakaşvilinin Vahid Milli Hərəkatının keçmiş və ya indiki üzvləri ilə əlaqəlidirlər. Fevral ayında “Mtavari Arxi” maliyyə problemlərinə görə canlı yayımların istehsalını dayandıracağını açıqlamışdı.
“İlk növbədə, “Gürcü Arzusu” tənqidi mediaya zərbə vurmaq istəyir. “Mtavari” ən həssas vəziyyətdədir, çünki onun investorları hazırda bir-biri ilə münaqişədədir. Digər tərəfdən, qanun layihəsi elə hazırlanıb ki, iqtidaryönlü telekanallar da öz redaksiya siyasətinə yenidən baxmalı olacaqlar. Baxmayaraq ki, ayrı-seçkilik olmadan cəzalandırılacağına inanmaq çətindir”, - politoloq Nika Çitadze NG-yə bildirib.
Ekspertin sözlərinə görə, təxminən 10 il əvvəl iqtidaryönlü televiziya kanalları müxalifət nümayəndələrinə tribuna verir, onların iştirakı ilə debatlar keçirirdi. Ancaq son vaxtlar belə bir şey olmayıb, ona görə də onlara baxmaq əvvəlkindən daha az maraqlı olub. “Ola bilsin ki, “Gürcü Arzusu”nun əsas məqsədi hər hansı narazılığın tamamilə kökünü kəsməkdir”, - Çitadze xəbərdarlıq edib.
Politoloq Petre Mamradze isə əks fikirdədir. “2008-ci ildən bəri heç bir müxalifət telekanalına dəvət almamışam, çünki onlar çox gözəl anlayırlar ki, mənim baxış bucağım onların redaksiya siyasəti ilə üst-üstə düşmür. İqtidaryönlü media isə əksinə, sözü müxalifətə verir. Başqa bir şey odur ki, məsələn, “İmedi” xəbər gündəmini elə formalaşdırır ki, “Gürcü Arzusu”nun əleyhdarlarının mənfi cəhətlərini tamaşaçılara çatdırsın. Amma eyni zamanda telekanal yalan danışmır, hər şey həqiqətən belədir və müxalifətə özünü müdafiə etmək imkanı verir”, - ekspert NG-yə bildirib.
Bu baxımdan, Mamradze ümid edir ki, “Televiziya və radio yayımı haqqında” qanun Gürcüstan mediasında vəziyyəti yaxşılaşdıracaq, o cümlədən yalan və dezinformasiya axını dayandıracaq.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Dünən, 12:25
Zelenski-Putin görüşü baş tuta bilər
Dünən, 12:13
Trampın Cənubi Qafqaz siyasəti: Son məqsəd nədir?
24-07-2025, 23:39
Azərbaycan QHT-ləri ABŞ Dövlət katibinə müraciət ünvanlayıblar
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
24-07-2025, 15:04
Rusiyaya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərirlər
24-07-2025, 14:03
Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır
24-07-2025, 12:59
İstanbul görüşü: Rusiya sülhə yenə arxa çevirib - Foto
24-07-2025, 12:33
Türkiyə Bakı-Moskva gərginliyinə qarışacaqmı?
24-07-2025, 11:20
Rusiya ilə bağlı daha bir hərbi sirrin üstü açılıb
24-07-2025, 11:00
Füzulidəki yanğın genişlənir - (Yenilənib)
23-07-2025, 15:12
Ürəyin müalicəsi üçün inqilabi yenilik ediblər - Foto
23-07-2025, 14:38
Professor: Rusiyanın Azərbaycana təzyiqi ciddi nəticə verməyəcək
23-07-2025, 13:55
III Dünya müharibəsi riski artır - Hərbi ekspert
23-07-2025, 13:04
Kilsəyə qarşı getmək Paşinyanın evini yıxa bilər
23-07-2025, 12:59
Qanunsuz tikilmiş 100 minə yaxın ev sənədləşdiriləcək
23-07-2025, 09:52
Rus ordusu bir neçə istiqamətdə irəliləyir - (Yenilənib) - Foto
23-07-2025, 08:56
Qocalmanın qarşısını almaq mümkün olacaq
22-07-2025, 15:30
Təbiət hadisəsi dünyanı qaranlığa qərq edəcək
22-07-2025, 11:50
Təhlükəli virus 151 nəfərin həyatına son qoyub
22-07-2025, 11:29
Türkiyə şərtləri dəyişir - Foto
22-07-2025, 10:40
Tramp İranı yenidən bombalamaqla hədələyir
22-07-2025, 08:21
Moskva-Kiyev danışqları: görüş yeri yenə İstanbuldur
21-07-2025, 15:36
Cəlaloğlu: Keçmiş sovet respubliklarının işğalı real təhlükədir
21-07-2025, 14:16
Xankəndidə sərt bəyanatlar: Rusiya ilə münasibətdə nə dəyişib?
21-07-2025, 13:21
Prezidentin dedikləri yaxın gələcək üçün yol xəritəsidir - Professor
21-07-2025, 12:21
Deputat: Prezidentin çıxışı beynəlxalq hüquq normalarına əsaslanır
21-07-2025, 12:06
Qəzzada iki milyondan çox insan aclıq təhlükəsilə üzləşib
21-07-2025, 11:54
Professor hakim partiyadan istefa verib
21-07-2025, 10:34
İran üç ölkə ilə nüvə danışıqlarına hazırlaşır
21-07-2025, 10:03
Təhlükəsizliklə əlaqədar birgə komissiya yaradıblar
20-07-2025, 18:08
İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir
19-07-2025, 19:11
İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir
19-07-2025, 17:07
3-cü Şuşa Qlobal Media Forumu - İlham Əliyev çıxış edir - (Canlı yayım) - (Yenilənib)
19-07-2025, 08:34
Tramp: Ermənistan və Azərbaycan sülh sazişi bağlamağa yaxındır
18-07-2025, 16:40
Professor: Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər
18-07-2025, 15:38
Ermənistanın rəhbər şəxsləri terrorçuların hədəfindədir
18-07-2025, 13:21
İlham Əliyev tarixi məscid binasının bərpadan sonra açılışında iştirak edib - Fotolar
18-07-2025, 12:51
Rusiya banklarına təhlükə yaranıb
18-07-2025, 11:47
Putin Rusiyasında Stalinin kölgəsi: intihara da icazə lazımdır?
17-07-2025, 12:02
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə...