Türkiyə-İsrail qarşıdurması gözlənilir
Tarix: 08-04-2025 08:33 | Bölmə: Slayd
Türkiyə-İsrail qarşıdurması gözlənilir

Türkiyə və İsrail Suriyada qarşıdurmaya doğru gedir.

Reyting.az
xəbər verir ki, bunu İsrailin Milli Kəşfiyyat Təşkilatının (Mossad) Terrorla Mübarizə Departamentinin keçmiş rəhbəri Oded Eilam İsrail və Türkiyə arasında Suriya ilə bağlı gərginlikdən danışarkən bildirib.

Sual işarəsinin “münaqişənin olub-olmayacağı deyil, nə vaxt olacağı” ilə bağlı olduğunu deyən Eilamın sözlərinə görə, Suriyada Bəss rejimindən sonrakı dövr çox sürətlə başlayıb. Eilam əlavə edib ki, Qəzza zolağında qırğınlar həyata keçirərkən Livan və Suriyanın bəzi hissələrini işğal edən İsrail üçün indi “çox problemli strateji reallıq ortaya çıxıb”, bu səbəbdən İsrail diqqəti dəyişib və müharibədən qorxur.

Keçmiş departament rəhbərinin fikrincə, Təl-Əviv rəhbərliyi indiyə qədər İrana diqqət yetirsə də, artıq meydanda yeni bir oyunçu var:

“Türkiyə NATO-nun ikinci ən güclü ordusuna sahibdir. Bu, kəşfiyyat və hava imkanları ilə İran ordusundan çox yüksək səviyyədə təchiz edilmiş bir ordudur”.



İsrail ordusunun son həftələr Suriyanın bəzi bölgələrinə hava hücumlarını xatırladan Eilam qeyd edib ki, Türkiyənin Suriyada hərbi baza quracağına dair iddiaların gerçəkləşməsi və Türkiyə Silahlı Qüvvələrinin ölkənin şimal sərhədinə yaxın bir nöqtədə olması İsraili çox narahat edir.

Onun sözlərinə görə, Türkiyə artıq Suriyada qonaq deyil, ev sahibidir.

ABŞ-nın Türkiyənin təsir məsələsində susduğunu bildirən Eilam deyib ki, İsrail Türkiyəni dayandırmaq üçün ABŞ-dan kömək istəməlidir: “Belə bir vəziyyətdə tarazlığı yalnız ABŞ poza bilər”.

Xarici mətbuat yazır ki, Türkiyənin Suriyada hava hücumundan müdafiə sistemləri yerləşdirməsinin qarşısını almaq üçün İsrail radikal taktiki dəyişikliklər etməlidir. Qeyd olunur ki, İsraili ən çox narahat edən məsələ Türkiyənin Suriyada “F.1”, HİSAR və “S-400” hava hücumundan müdafiə sistemləri yerləşdirmə riskidir.

Onu da qeyd edək ki, yunan mətbuatının yazdığına görə, Yunanıstan və İsrail Ərdoğanın ABŞ səfərindən əvvəl “F-16” və “F-35” təyyarələri almasına mane olmağa çalışırlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər