Ermənistanda dövlət çevrilişi etmək istəyiblər
Tarix: 25-06-2025 10:56 | Bölmə: Slayd
Ermənistanda dövlət çevrilişi etmək istəyiblər

Hüquq-mühafizə orqanları Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün “kriminal-oliqarx-klerikal” xarakterli böyük və çirkin planın qarşısını alıblar.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində yazıb.

Bir qədər əvvəl Ermənistan İstintaq Komitəsi bəyan edib ki, “Müqəddəs mübarizə” hərəkatının iştirakçıları və liderləri Ermənistanda terror aktları və hakimiyyəti ələ keçirmək məqsədi daşıyan aksiyalar planlaşdırırlar.

İstintaq Komitəsinin bəyanatında deyilir:

“Müqəddəs mübarizə” adlanan hərəkatın iştirakçıları və rəhbərləri Ermənistan Respublikasında terror aktları və hakimiyyəti ələ keçirməyə yönəlmiş aksiyalar keçirməyi planlaşdırıblar.

V.G. (Vazgen Qalstanyan) bir neçə ay ərzində “Müqəddəs mübarizə” adlanan hərəkatın qarşısına qoyduğu məqsədə – Ermənistan Respublikası Konstitusiyasının icazə verdiyi qanuni yollarla ölkədə hakimiyyəti ələ keçirmək məqsədinə nail ola bilməyib, 2024-cü ilin noyabrında bu məqsədi Ermənistan Respublikasının Konstitusiyasında nəzərdə tutulmayan şəkildə həyata keçirmək qərarına gəlib. Bu məqsədə çatmaq üçün hərəkatın bir sıra iştirakçıları ilə əvvəlcədən razılaşaraq, hərəkətə keçib”.

İstintaq Komitəsi bəyan edir ki, adıçəkilən dəstə terror aktları törətmək və hakimiyyəti ələ keçirmək üçün lazımi vasitələr əldə edib, hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlaşıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər