16:14 / 25-08-2025
Vəhşi təbiət... - Fotolar
15:29 / 25-08-2025
Putin Trampı aldadır
Putin Trampı aldadır
Tarix: 25-08-2025 15:29 | Bölmə: Slayd
Putin Trampı aldadır

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Alyaskada keçirdiyi sammitdə Ukraynadakı müharibəyə dair sülh sazişi ilə bağlı səslənən fikirləri puça çıxarıb.

Reyting.az
“New York Post”-a istinadla bildirir ki, Rusiya tərəfinin Ankoricdəki vədlərinə baxmayaraq, Kreml indi danışıqları qeyri-mümkün edən ultimatumlar verir.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov NBC telekanalına deyib ki, Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş planlaşdırılmır. Onun sözlərinə görə, belə görüş yalnız Kremlin “gündəmi”nə uyğun gələn ilkin razılaşmadan sonra mümkündür.

Bundan əlavə, Lavrov Zelenskinin legitimliyini şübhə altına alıb və onu “rejimin faktiki rəhbəri” adlandırıb.

ABŞ-nın vitse-prezidenti J.D.Vens isə deyib ki, belə bəyanatlar Putinin Alyaskadakı etirafları ilə kəskin ziddiyyət təşkil edir: “Onlar Kiyevdə marionet rejim qura bilməyəcəklərini etiraf etdilər. Ən əsası, Ukraynanın ərazi bütövlüyünə müəyyən təminatların verilməsinin zəruriliyini dərk etdilər”.

“New York Post” yazır ki, Putin təkcə Zelenskini deyil, həm də Trampı “trollayır” və “sövdələşmədən imtina etmək sənətini” nümayiş etdirir.

Bu arada ABŞ prezidenti öz narazılığını bildirməyə başlayıb:

“Təcavüzkar ölkəyə hücum etmədən müharibədə qalib gəlmək çox çətindir, hətta qeyri-mümkündür”.

Tramp Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsi üçün icazənin genişləndirilməsi ehtimalına da eyham vurub.

Tramp Rusiya iqtisadiyyatına qarşı sərt ikinci dərəcəli sanksiyalar variantına da diqqət yönəldib. Sammitdən sonra o, Putinə Zelenski ilə şəxsi görüşə keçmək üçün cəmi iki həftə vaxt versə də, onlardan birincisi artıq irəliləyiş olmadan keçib.

Beləliklə, Moskva diplomatik razılaşmaları pozmağa hazır olduğunu nümayiş etdirir və Vaşinqtonun səbrini sınayır.

Xatırladaq ki, Tramp avqustun 15-də Alyaskada Putinlə görüşüb. Tramp daha sonra Zelenskiyə Kremlin sülh razılaşması müqabilində bütün Donbası istədiyini deyib.

Onu da qeyd edək ki, ABŞ, Ukrayna və Avropa Ukraynada sülhü təmin etmək üçün təhlükəsizlik zəmanətləri üzərində işləyirlər. Bununla belə, Kreml Ukrayna ilə birbaşa danışıqlardan yayınır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:29 Putin Trampı aldadır
Bu gün, 11:32 NATO dağıla bilər