ABŞ Putinin həbsinə order verən hakimlərə sanksiya tətbiq edib
Tarix: 21-08-2025 09:27 | Bölmə: Slayd
ABŞ Putinin həbsinə order verən hakimlərə sanksiya tətbiq edib

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin 4 hakimi və prokuroruna sanksiya tətbiq edib.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi daha əvvəl Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

Dövlət Departamentinin izahına görə, Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı belə bir qərar ona görə verilib ki, “müdafiə olunan şəxsi həmin şəxsin vətəndaşı olduğu ölkənin razılığı olmadan araşdırmaq, həbs və ya mühakimə etmək səyləri” zərərlidir.

Xüsusilə, BCM-nin iki hakimi və iki prokuror müavininə sanksiya tətbiq olunub: bir hakim - Beynəlxalq Cinayət Məhkəməsinə “Amerika personalının Əfqanıstandakı fəaliyyətini” araşdırmaya icazə verdiyinə görə; üçü - İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə order verilməsindəki rollarına görə.

Sanksiyalar bu şəxslərin ABŞ-dakı bütün aktivlərinin dondurulmasını və bloklanmasını nəzərdə tutur; ABŞ rezidentlərinə həmçinin sanksiya tətbiq edilən şəxslərin xarici əmlakı ilə hər hansı əməliyyatlar aparmaq və bu şəxslərə hər hansı xidmət göstərmək qadağandır.

Onu da xatırladaq ki, BCM Rusiya prezidenti Vladimir Putinə qarşı həbs qərarını ukraynalı uşaqların deportasiyasına görə verib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər