16:14 / 25-08-2025
Vəhşi təbiət... - Fotolar
15:29 / 25-08-2025
Putin Trampı aldadır
11:32 / 25-08-2025
NATO dağıla bilər
NATO dağıla bilər
Tarix: 25-08-2025 11:32 | Bölmə: Slayd
NATO dağıla bilər

Türkiyə Şimali Atlantika Alyansından çıxarsa, bu, NATO-nun dağılması ilə nəticələnəcək.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki, Türkiyənin “Vətən” partiyasının mərkəzi komitə üzvü İhsan Sefa çıxış edib.

Türkiyənin keçmiş hərbi attaşesi İhsan Sefa deyib ki, NATO tükənib və Türkiyənin Şimali Atlantika Alyansından mümkün çıxışı bu təşkilatın dağılmasını əvvəlcədən müəyyənləşdirəcək.

Onun fikrincə, Türkiyə alyansda əsas rol oynayır və onun çıxması NATO-nun dağılmasında katalizator ola bilər.

Sefa NATO-nu “şər təşkilat” adlandırıb və alyansın Türkiyənin maraqlarına cavab vermədiyini vurğulayıb. Onun sözlərinə görə, üzvü olduğu “Vətən” partiyası Türkiyənin blokdan çıxmasının tərəfdarıdır. Sefa əlavə edib ki, alyans “özünü tükəndirib” və artıq qarşıya qoyulan vəzifələri yerinə yetirmir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:29 Putin Trampı aldadır
Bu gün, 11:32 NATO dağıla bilər