ABŞ İrana yeni sanksiya tətbiq edib
Tarix: 22-08-2025 11:14 | Bölmə: Slayd
ABŞ İrana yeni sanksiya tətbiq edib

ABŞ İranın “kölgə donanması”nın beynəlxalq şirkətlər şəbəkəsinə və gəmilərinə qarşı yeni sanksiyalar elan edib. Məhdudiyyətlərin əsas səbəbi sanksiyalara məruz qalan neftin Çinə qanunsuz daşınmasıdır.

Reyting.az
-ın məlumatına görə, ABŞ Maliyyə Nazirliyindən bildiriblər ki, sanksiya siyahısına Yunanıstan vətəndaşı Antonios Marqaritis də daxildir. Çünki onun şirkətlər şəbəkəsi və gəmiləri İranın “kölgə donanması”nın bir hissəsidir.

İddia olunur ki, Marqaritis gəmiçilik sənayesindəki çoxillik təcrübəsindən İran neftinin daşınması və satışını qeyri-qanuni şəkildə asanlaşdırmaq üçün istifadə edib.

Məlumata görə, Margaritis Yunanıstan və Marşal adalarında qeydiyyatdan keçmiş “Marant Shipping and Trading SA”, “Square Tanker Management Ltd.”, “Comford Management SA” və “United Chartering SA” kimi bir sıra şirkətlərə nəzarət edir. Bu şəbəkə ilə əlaqəli olan “Cristobal Marine Corp.” da ABŞ-nın qara siyahısındadır.

Bundan əlavə, “Ozarka Shipping - Victory Ari”, “Sondos” (Antiqua və Barbuda bayrağı altında) və “Katsuya” (Qambiya bayrağı altında) gəmilərinin sahibi olan FZCO (BƏƏ), eləcə də Liberia (LAFİT) gəmisinin sahibi olan “Changbai Glory Shipping Limited”-ə (Marşal Adaları) sanksiyalar tətbiq edilib.

Vaşinqton “Adeline G” və KONGM (Panamanın bayrağı) gəmilərinə sahib olan “U Beacon Shipping Co.”, “Limited və Hong Kong Hangshun Shipping Limited” şirkətlərini, həmçinin “Ares” gəmisinin sahibi olan “Ares Shipping Limited”-i də sanksiya siyahısına salıb.

ABŞ-nın cəza tədbirləri, sanksiyaya məruz qalan şəxslərin Birləşmiş Ştatlarda və ya Amerika vətəndaşlarının nəzarəti altında olan bütün əmlaklarının bloklanmasını və onlarla bağlı hər hansı əməliyyatların qadağan edilməsini nəzərdə tutur.

“Financial Times” qəzeti yazır ki, 2019-cu ildən etibarən sanksiyalara məruz qalmış neftin nəqlinə yönəlmiş qlobal tanker şəbəkəsi fəaliyyət göstərir. İştirak edən gəmilər milyardlarla dollar dəyərində neft daşıyır.

Qeyd olunur ki, əvvəlcə İrandan, Venesueladan “qara qızıl” gətirsələr də, Ukraynaya genişmiqyaslı müdaxilədən və sanksiyaların tətbiqindən sonra Rusiya da bu sxemə qoşulub. Jurnalistlər qeyri-qanuni neftin 93 faizinin Çinə daşındığını iddia edirlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər