16:14 / 25-08-2025
Vəhşi təbiət... - Fotolar
15:29 / 25-08-2025
Putin Trampı aldadır
Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyə çalışan qüvvələr var
Tarix: 25-08-2025 18:21 | Bölmə: Slayd
Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyə çalışan qüvvələr var

“Əvvəlki günlərlə müqayisədə indi Azərbaycan-Rusiya münasibətlərində müsbətə doğru irəliləyişlər görürük. Eyni zamanda, Rusiya mətbuatında Azərbaycan əleyhinə çıxış edənlər azalıb. Bu, Rusiya prezidenti Vladimir Putinin və Duma rəhbəri Valentina Matviyenkonun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ad gününü təbrik etmələrindən sonra baş verdi”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Kəlbəcərdəki çıxışını da nəzərə almaq lazımdır.

Professor əlavə edib ki, Mehriban xanımın doğum günü sabah olsa da, Rusiya rəhbərləri bir neçə gün əvvəl dövlət səviyyəsində təbriklərini çatdırıblar. Nuriyevin qənaətincə, əgər təbrik varsa, deməli, Azərbaycan tərəfinin səsləndirdiyi fikirlər qəbul edilib.

C. Nuriyev qeyd edib ki, Azərbaycan mediası münasibətlərdə kəskinlik müşahidə edilən zaman çox peşəkar çalışıb və münsibətlərin düzəlməsində rol oynayıb: “Eyni zamanda Azərbaycandakı rusdilli media da bu prosesdə peşəkar yanaşma ortaya qoydu. Azərbaycana nə gərginlik, nə müharibə, nə də ikinci cəbhə lazımdır. Biz hər zaman elan etmişik ki, qonşularımızla sülh şəraitində və qarşılıqlı ikitərəfli hörmət çərçivəsində əməkdaşlığa və tərəfdaşlığa hazırıq. Azərbaycan hər zaman belə bir mövqedən çıxış edib və sözünə sadiq olub”.

Nuriyev təəssüflə vurğulayıb ki, həm Rusiyada, həm də Azərbaycanda münasibətləri gərginləşdirməyə çalışanlar olub: “Bizim bəzi deputatlarımız çox kəskin danışdılar. Bəzi şəxslərin ata-babasının Rusiyaya yaxın olduğunu hamımız bilirik. Amma elə çıxış etdilər ki, məətəl qaldım. Bu yolla həm itirilmiş müfuz və mövqelərini bərpa edəcəklərini, həm də Rusiyaya bağlı olmadıqlarını sübut edəcəklərini düşünürlər. Halbuki indiki mərhələdə münasibətləri kəskinləşdirməyə ehtiyac yoxdur”.

Professor münasibətlərin nisbətən səngiməsi və gərginliyin qismən azalmasında şəxsi münasibətləri önəmli sayır. Onun fikrincə, budəfəki gərginliyin azaldılmasında da şəxsi münasibətlər və nüfuz məsələsi əhəmiyyətli rol oynayıb: “Mehriban xanımın doğum günü ilə bağlı rəsmi təbrik buna bir nümunədir. İndi Rusiyada bizim diasporamıza hücumlar da səngiyir. Ümid edirəm ki, münasibətlər tədricən normal məcraya düşəcək və gərginlik tam səngiyəcək”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:29 Putin Trampı aldadır
Bu gün, 11:32 NATO dağıla bilər