09:21 / 12-07-2025
İsmayıllı rayonunda zəlzələ olub
21:16 / 11-07-2025
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - Yenilənib
19:05 / 11-07-2025
"Qarabağ" klubu növbəti yoxlama oyununda qalib gəlib
18:06 / 11-07-2025
İqtisadi Şuranın iclası keçirilib
18:02 / 11-07-2025
Maliyyə Nazirliyi depozit hərracları keçirib
17:59 / 11-07-2025
Yerə düşən Mars parçası satışa çıxarılır
17:47 / 11-07-2025
Könül İbrahimlinin ölümü ilə bağlı cinayət işi açılıb
17:45 / 11-07-2025
Fransada üç deputatın mandatı ləğv edilib
17:37 / 11-07-2025
Kim Çen In Putinə nə qədər sursat verir?
17:32 / 11-07-2025
Aİ Azərbaycan və Ermənistana çağırış edib: sülh sazişini tezləşdirin!
17:24 / 11-07-2025
Bakı və daha üç bölgədə yaşıllıqlar məhv edilib
17:08 / 11-07-2025
Böyük şəhərlərdə pensiyalar verilir
17:01 / 11-07-2025
Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişib - Fərman
16:57 / 11-07-2025
Prorektor vəzifədən azad olunub
16:56 / 11-07-2025
Rusiya Polşanın Baş Konsulluğunu bağlayır
16:32 / 11-07-2025
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
16:06 / 11-07-2025
Ekspert: “Əgər məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir"
15:45 / 11-07-2025
"Karvan" daha bir futbolçu ilə anlaşıb
15:41 / 11-07-2025
Havanın temperaturu 41 dərəcəyə qalxacaq - Xəbərdarlıq
15:06 / 11-07-2025
Sosial xidmət müəssisələrinə nəzarət qrupu yaradılır
14:35 / 11-07-2025
Azərbaycan I Liqasının başlama tarixi bəlli olub
14:33 / 11-07-2025
Azərbaycanın daha iki abidəsi UNESCO-nun siyahısına daxil edilib - Foto
14:09 / 11-07-2025
Mollazadə: “Danışıqlardan müsbət nəticə gözləyirik”
13:51 / 11-07-2025
Cəlaloğlu: Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir
13:50 / 11-07-2025
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun təsdiqlənib
13:45 / 11-07-2025
Dövlət Neft Fondunun büdcəsinin icrası haqqında sərəncam imzalanıb
13:38 / 11-07-2025
Ukrayna üçün final faciəli olacaq
13:03 / 11-07-2025
Hovuzlarla bağlı yeni qadağa tətbiq edilib
13:03 / 11-07-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:58 / 11-07-2025
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
12:16 / 08-07-2025

15:10 / 07-07-2025

14:53 / 10-07-2025

13:25 / 08-07-2025

11:01 / 07-07-2025

17:43 / 07-07-2025

18:33 / 07-07-2025

17:07 / 08-07-2025

00:11 / 11-07-2025

14:27 / 09-07-2025

14:39 / 07-07-2025

11:36 / 07-07-2025

Əliyev və Paşinyanın Əbu-Dabi görüşü yeni mərhələnin başlanğıcıdır
Tarix: 11-07-2025 12:34 | Bölmə: Slayd

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Əbu-Dabidə reallaşan görüşü konstruktiv şəraitdə keçirilib. Görüşü Azərbaycan və Ermənistan cəmiyyətləri ilə yanaşı, beynəlxalq ictimaiyyət də müsbət qarşılayır.
Siyasi şərhçi Oqtay Qasımov “Reytinq” qəzetinə açıqlamasında deyib ki, cəmiyyətdə Əbu-Dabi görüşü ilə bağlı böyük gözləntilər olub və bu gözləntilərin əksəriyyəti özünü doğruldub.
O. Qasımovun sözlərinə görə, Əliyev-Paşinyan görüşündə sülh müqaviləsinin imzalanması gözlənilməyib və bu, mümkün deyildi: “Çünki yekun sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın iki şərti - Ermənistan Konstitusiyasına dəyişikliklər və ATƏT-in Minsk qrupunun buraxılması məsələsi öz həllini tapmayıb. Bu məsələlər hələlik həllini tapmadığı üçün sülh müqaviləsinin imzalanması gözlənilmirdi. Amma bu, 2023-cü ilin sonlarından ikitərəfli formatda bağlanan kontaktlar çərçivəsində əsas görüş hesab olunduğu üçün xüsusi əhəmiyyətə malikdir”.
Müsahibimiz qeyd edib ki, indiyə qədər iki ölkənin lideri bu və ya digər beynəlxalq tədbirlər zamanı görüşərək müzakirələr aparıblar. Amma bu cür ayrıca planlaşdırılan, uzun və əhatəli müzakirə heç bir görüşdə olmayıb. “Dünən baş tutan görüşlə bağlı əsas ehtimal belə idi ki, sülh müqaviləsi üzrə mətnin yekun paraflanmasına diqqət çəkilə, digər aspektlər müzakirə oluna bilər. Eləcə də Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və demarkasiya prosesinin sürətləndirilməsi baş verər. Bu gözləntilər də özünü doğrultdu”,- deyən O. Qasımov əlavə edib ki, görüşdən sonra ilk dəfə olaraq tərəflərin verdiyi açıqlamalar tam üst-üstə düşüb: “Hər iki tərəf görüşün gedişatından və nəticəsindən məmnun olduğunu gizlətmir. Bu da onu deməyə imkan verir ki, sülh danışıqlarında nəticəyə çox yaxınlaşmışıq. Bu, çox önəmlidir”.
Siyasi şərhçinin fikrincə, dünən keçirilən görüş son beş illik danışıqlar prosesində yeni mərhələnin başlanğıcıdır: “Yeni mərhələ deyərkən konkret məqamları nəzərdə tuturam:
- liderlərin geniş tərkibdə keçirilən görüşü,
- ən uzun, ən konstruktiv və ən əhatəli müzakirənin keçirildiyi görüş,
- burada heç bir vasitəçinin rolunun olmaması və ikitərəfli formatda keçirilməsi.
Çox maraqlıdır ki, hər iki ölkənin proseslərlə bağlı mövqeyində ciddi yaxınlaşmanın olması müşahidə edilir və bu, çox vacibdir. Hər iki tərəfin mövqeyi belədir ki, Güney Qafqazda baş verən proserslərdə - Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılmasında üçüncü tərəflərin iştirakına ehtiyac yoxdur. Əksinə, tərəflər özləri birlikdə prosesi irəli apararaq uğurla sona çatdıra bilərlər. Bu da çox vacib məqamdır. Nəzərə almaq lazımdır ki, bu prosesdə marağı olan və vasitəçilik etmək istəyənlərin olduğunu da bilirik. Və onların bəziləri bu prosesə müsbət yanaşsa da, bəzilərinin neqativ yanaşdığı sirr deyil. Xüsusilə, Rusiyanı qeyd etmək lazım gəlir. Rusiya çox istəyirdi ki, bu danışıqlarda moderator rolunu saxlasın və proses məhz onun iradəsi altında davam etsin. Beləcə, prosesdə Rusiyanın maraqları və mövqeyi nəzərə alınsın, habelə tərəflərə təzyiq imkanları saxlanılsın”.
O. Qasımov izah edib ki, Rusiyanın avantürist, imperalist əsaslara dayanan siyasəti 40 ilə yaxın müddətdə münaqişə tərəflərini ilk dəfə birləşdirib: “Bu prosesi pozmaq məqsədilə Rusiya həm Azərbaycana, həm də Ermənistana müəyyən təzyiqlər etdi. Güman ki, bundan sonra da edəcək. Amma hesab edirəm ki, artıq ox yaydan çıxıb, Ermənistan Rusiyanın təzyiqlərinə tab gətirə bilsə və mövqeyini dəyişməsə, proses müsbət nəticəyə çata bilər. Ümid edirəm ki, Ermənistan daxilindəki revanşist və hakimiyyəti çevriliş yolu ilə əldə etmək niyyətində olan qüvvələr də yerində oturdulacaq, beləcə, Ermənistan daxilində təzyiq rıçaqları olmayacaq. Seçkilər normal başa çatdıqdan sonra, Azərbaycan və Ermənistan arasında normallaşdırma tam başa çatdırıla bilər”.
O. Qasımov qeyd edib ki, Əbu-Dabi görüşü xüsusi əhəmiyyətlidir:
“Bu görüşün davamının olmasına dair ilkin razılaşmalar var. Tərəflərin mövqeyi ondan ibarətdir ki, həm işçi qrupları, həm də sahələr üzrə qruplar səviyyəsində, eyni zamanda liderlər formatında təmaslar davam etdirilsin. Bu da çox önəmli faktdır. Biz ümid edirik ki, prosesin sonunda sülh müqaviləsi imzalanacaq və regionumuzda tam sabitlik yaranacaq”.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:21
İsmayıllı rayonunda zəlzələ olub
Dünən, 14:09
Mollazadə: “Danışıqlardan müsbət nəticə gözləyirik”
Dünən, 13:38
Ukrayna üçün final faciəli olacaq
Dünən, 11:41
Üç qəzet redaksiyası ilə bağlı fərman verilib
Dünən, 00:11
Ərdoğan kürd məsələsində ən riskli addımını atır
10-07-2025, 16:28
DTX-nın saxladığı "Vaqner"çi azərbaycanlılar həbs edilib
10-07-2025, 15:55
Azərbaycan ilə Ermənistan delimitasiya prosesini sürətləndirir
10-07-2025, 13:42
Ağdərədə mina partlayıb, yaralı var - (Yenilənib)
10-07-2025, 12:11
Rusiyaya və müttəfiqlərinə qarşı ölümcül sanksiya hazırlanır
10-07-2025, 10:20
Ukrayna daha bir şəhərini itirmək üzrədir
10-07-2025, 08:43
Transxəzər marşrutu işə düşür
9-07-2025, 17:21
Kremlin planı Rusiyanı xilas edə bilməyəcək
9-07-2025, 14:27
Azərbaycan-Ermənistan sərhədində təxribatlar ola bilər - Ekspert
9-07-2025, 10:14
İsrailin Türkiyə qorxusu artır
8-07-2025, 14:39
Tramp Ukrayna ilə bağlı inadından əl çəkir
8-07-2025, 13:58
Cəlaloğlu: Tehran-Bakı münasibətlərini pozmağa çalışırlar
8-07-2025, 12:16
Azad edilmiş ərazilərə səfər üçün icazənin müddəti artırılıb
8-07-2025, 11:06
İsrailin növbəti hədəfi Türkiyə ola bilər
8-07-2025, 10:58
Rusiya Cənubi Qafqazda nüfuzunu itirir
8-07-2025, 09:34
Hikmət Hacıyev: "Sülh var, Ermənistan-Azərbaycan sərhədi sabitdir"
7-07-2025, 18:33
Bu il sülh sazişi imzalana bilər
7-07-2025, 17:43
Türkiyə hərbi büdcəni böyüdür
7-07-2025, 12:36
Dağıdıcı fəlakətlər artır - Xəbərdarlıq
7-07-2025, 11:15
Rusiya daha iki yaşayış məntəqəsini ələ keçirib - Foto
7-07-2025, 11:01
Paşinyanın əleyhdarları ona yumruq silkələyir
7-07-2025, 08:53
Tramp indi də BRİKS-i dəstəkləyən ölkələri “cəzalandırır”
3-07-2025, 13:08
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır
2-07-2025, 16:55
Professor: Rusiya başını itirmiş ayı kimi davranır
2-07-2025, 15:56
Azərbaycan Rusiyadan tam uzaqlaşır?
2-07-2025, 15:33
Rusiya daha da aqressivləşir
2-07-2025, 14:37
Avropa müharibəyə hazırlaşır - Foto
2-07-2025, 11:25
İran ABŞ və İsraildən kiberqisas alır?
1-07-2025, 16:50
Məhkəmələrə hakim təyinatları olub - Siyahı
1-07-2025, 13:01
Ərdoğan “ikinci vətən”indən niyə küsüb?
1-07-2025, 10:45
Rusiya yeni ərazilərin işğalına hazırlaşır
1-07-2025, 09:03
Süni intellekt dünyanı ələ keçirir - Foto