18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Arif Babayevin vəziyyəti yaxşılığa doğru gedir - Yenilənib
Tarix: 25-07-2025 13:00 | Bölmə: Mədəniyyət
Arif Babayevin vəziyyəti yaxşılığa doğru gedir

Xalq artisti Arif Babayevin son vəziyyəti açıqlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Mərkəzi Klinika məlumat yayıb.

Bildirilib ki, xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya gətirilib: “Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hal-hazırda reanmasiya şöbəsində müalicəsi davam edir”.

Qeyd edək ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

***

"Arif Babayevin vəziyyəti hazırda stabildir".


Bunu Xalq artistinin oğlu Yaşar Babayev deyib.

O bildiirb ki, atasının vəziyyəti yavaş-yavaş yaxşılığa doğru gedir: "Həkimlərin nəzarəti altındadır. Bu gün bir az irəliləyiş var, çox sevinmişik".




Bölməyə aid digər xəbərlər