Tramp-Putin görüşü başlayıb - (Yenilənib+) - Video - Fotolar
Tarix: 15-08-2025 23:36 | Bölmə: Slayd
Tramp-Putin görüşü başlayıb - (Yenilənib+) - Video

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın təyyarələri Alyaskanın Ankoric şəhərinə çatıblar.

Reyting.az
xəbər verir ki, artıq prezidentlər Ankoricdəki Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasındadırlar və burada görüşəcəklər.

***

Vladimir Putin və Donald Tramp arasında görüş təkbətək deyil, nazirlərin iştirakı ilə “üçün-üçə” formatında keçiriləcək.

Reyting.az
xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karolin Levitt bildirib.

"Prezident Trampla prezident Putin arasında əvvəllər planlaşdırılan təkbətək görüş "üçün üçə" formatında olacaq. Trampla yanaşı, ABŞ dövlət katibi Marko Rubio və [ABŞ liderinin] xüsusi nümayəndəsi Stiven Vitkoff da görüşdə iştirak edəcək", - Leavitt deyib.

Geniş tərkibdə keçiriləcək naharda ABŞ-nın Maliyyə və ticarət nazirləri Skott Bessent və Hovard Lutnik, Müdafiə naziri Pit Heqset və Ağ Evin Baş Qərargah rəisi Syuzan Uayls da iştirak edəcəklər.

***

ABŞ və Rusiya prezidentləri görüşüb.

Reyting.az
xəbər verir ki, Donald Tramp Valdimir Putini qırmızı xalça üzərində qarşılayıb.



***

Donald Tramp və Vladimir Putin danışıqların aparılacağı məkana ABŞ prezidentinin avtomobili ilə yollanıblar.

Reyting.az
xəbər verir ki, ABŞ və Rusiya liderləri görüşdükdən və foto çəkdirdikdən sonra müzakirələrin keçiriləcəyi yerə ayrı yox, eyni avtomobildə yola düşüblər.



***

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.

***

Prezidentlər Tramp və Putin arasında danışıqlar başlayıb.

Reyting.az
xəbər verir ki, danışıqlar “üçün üçə” formatında, “Elmendorf-Riçardson” hərbi bazasında keçirilir.

İlk görüntülərdən sonra jurnalistlər görüş salonundan çıxarılıblar.

Danışıqlar medianın iştirakı olmadan davam edir.



E. KAMAL




Bölməyə aid digər xəbərlər