17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Elçin Quliyevi şoumenlikdə ittiham edib istefaya səsləyirlər
Tarix: 18-07-2019 14:35 | Bölmə: Cəmiyyət
Elçin Quliyevi şoumenlikdə ittiham edib istefaya səsləyirlər

Keşikçi dağda gürcü fəalların hücum edərək Azərbaycan sərhəddində keşik çəkən sərhədçilərimizin silahını əlindən alıması Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin uğursuz fəaliyyətinin nəticəsidir.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev "Kanal 13"-ə açıqlamasında deyib.

R. Qazıyev E. Quliyevin sərhədlərin qorunmasını təşkil etmək əvəzinə şou göstərməklə məşğul olduğunu bildirib:

"Elçin Quliyev şortik geyinib, 5 kilometrlik bayrağı sərhəddə asıb şou göstərir. O yaxşı komandan olsaydı və özündə zərrə qədər məsuliyyət hiss etsəydi, sərhədlərimizin toxunulmazlığını qoruya bilmədiyinə görə özünü asmalı idi”.

Sabiq nazir deyib ki, E. Quliyev Keşikçi dağ hadisəsindən sonra istefa verməli idi: “Mən orada dayanan əsgərlərimizdə heç bir günah görmürəm. Bəlkə də sərhəddə dayanan əsgərlərimizin avtomatlarında heç güllə də olmayıb və onlara "Atma!" əmri verilib. Belə etmək olmaz. Bu hadisə Azərbaycan dövlətinə və xalqına qarşı təhqirdir".

Qeyd edək ki, sabiq nazirlə yanaşı Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) da Dövlət Sərhəd Xidmətinin rəhbəri E. Quliyevin istefasını tələb edir.

ALDP Azərbaycan sərhədini qoruyan əsgərin tərksilah olunmasının rəsmi Bakıya utanc kimi dəyərləndirir.

Partiya bəyan edir ki, iyulun 15-də Keşikçi dağ məbədi ətrafında gürcü vətəndaşlarının sərhədi mühafizə edən əsgərə hücum çəkib, onu tərksilah etməsi Azərbaycanın regiondakı nüfuzuna xələl gətirir: “Bu olay Azərbaycanın öz sərhədlərini qoruya bilmədiyinin əyani göstəricisidir. Dövlət sərhədi etibarlı mühafizə olunmur. Sərhəd naryadı tərəfindən “Dayan!” əmri verilməyib, sərhəd pozucusu təqib edilməyib və havaya xəbərdarlıq atəşi açılmayıb. “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunmadığından onun özünün silahı mülki şəxs tərəfindən əlindən alınıb”.

ALDP bəyan edir ki, dövlət sərhədi etibarlı mühafizə olunmadığı üçün Azərbaycan Dövlət Sərhəd Xidməti rəhbərliyi məsuliyyət daşıyır və xidmətin rəhbəri tutduğu vəzifəsindən istefa verməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}