21:32 / 13-10-2025
Hikmət Hacıyev: "Azərbaycan regional diplomatiyada ön sıralardadır"
21:18 / 13-10-2025
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
21:10 / 13-10-2025
Liderlər sülh sazişini imzalayıblar - Foto
20:30 / 13-10-2025
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
20:10 / 13-10-2025
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
18:04 / 13-10-2025
"Sədərək"də reklam qurğuları sökülür
17:57 / 13-10-2025
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
17:31 / 13-10-2025
Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək
17:14 / 13-10-2025
Rusiyada terrorçuluq ittihamı ilə 2901 nəfər məhkum edilib
17:03 / 13-10-2025
Gəmidə hərbçilər üçün 800 növ yemək hazırlanır
17:03 / 13-10-2025
Agentliyin strukturu yenidən təşkil olunacaq
16:57 / 13-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
16:53 / 13-10-2025
Tramp İsrail prezidentindən Netanyahunun əfv edilməsini istəyib
16:46 / 13-10-2025
Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri görüşüblər
16:32 / 13-10-2025
Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb
16:19 / 13-10-2025
İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb
15:44 / 13-10-2025
Hikmət Hacıyev: "Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından..."
15:18 / 13-10-2025
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
15:03 / 13-10-2025
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
14:58 / 13-10-2025
210 minlik ordu müharibəyə hazır vəziyyətdədir
14:39 / 13-10-2025
Süni intellekt ABŞ-ı böyük iqtisadi problemdən qoruyub
14:22 / 13-10-2025
Təyyarələrdə yatmaq imkanı verən oturacaqlar ödənişli olacaq
14:13 / 13-10-2025
Rusiyada orduya könüllü cəlb etmək çətinləşib
13:53 / 13-10-2025
Ermənistan silahlı qüvvələrinin qanunsuz əmrləri məhkəmədə nümayiş etdirilib
13:38 / 13-10-2025
Şair Əlisəmid Kür dəfn olunub - Yenilənib
13:04 / 13-10-2025
Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilib - Fotolar
12:53 / 13-10-2025
Milyonlarla insan qaranlıqda qalıb
12:42 / 13-10-2025
Mopedlərlə bağlı qayda dəyişir - Sürücülük vəsiqəsi tələb olunacaq
12:39 / 13-10-2025
Sabah yağış yağacaq - Proqnoz
17:58 / 09-10-2025

10:23 / 09-10-2025

11:37 / 10-10-2025

23:11 / 11-10-2025

23:55 / 08-10-2025

00:42 / 11-10-2025

21:50 / 09-10-2025

00:12 / 10-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

10:56 / 09-10-2025

15:43 / 09-10-2025

Hacıbala Abutalıbov Bakıda çoxsaylı daşınmaz əmlaka sahiblənib
Tarix: 24-08-2019 18:01 | Bölmə: Cəmiyyət

Bir neçə gün əvvəl Baş Nazirin müavini Əli Əhmədov Kənd təsərrüfatı naziri İnam Kərimovla birlikdə paytaxtdakı "Yaşıl bazar"da qiymətlərlə maraqlanıblar. Rəsmilər bazardakı qiymətlərin baha olduğunu bildiriblər.
“Yayın ortasında kartofun qiyməti 2 manat olmaz”, – deyə Əli Əhmədov bildirib.
Bundan bir qədər sonra isə məlum olub ki, Ə. Əhmədovun qiymətlərinin baha olduğunu dediyi bazar Baş Nazirin başqa bir müavini Hacıbala Abutalıbova məxsusdur.
"Unikal" qəzetinin əldə etdiyi məlumata görə, o, bazarın idarəçiliyini oğlu İsrafil Abutalıbov və yaxın adamı olan Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramız Hacıyevə həvalə edib.
Lakin Abutalıbovun insanı heyrətə gətirən sərvəti sadəcə "Yaşıl bazar"la məhdudlaşmır. Reyting.az Unikal.org-a istinadla bildirir ki, Hacıbala Abutalıbov hələ Bakı şəhər icra hakimiyyətinin başçısı olduğu illərdə bir sıra dövlət əhəmiyyətli binaları və iaşə obyektlərini öz qohumlarının və yaxın adamlarının adına rəsmiləşdirib.
Mənbə həmin bina və obyektlərin bir hissəsinin siyahısını da təqdim edib. Həmin siyahıdan bəlli olur ki, paytaxtın Füzuli küçəsi 39–da yerləşən və "sürüşdürülən bina" kimi tanınan binanın 1-ci mərtəbəsini zəbt edən və obyektə çevirən ("Klassik-Şəms") H. Abutalıbov bundan başqa "Qış parkı"nda yerləşən "Zambaq", "İnnab" və "Palıd" kafelərinin də sahibidir.
Abutalıbovun Yasamal rayonu, Mətbuat prospekti, köhnə "Ovçular" evinin yerində salınmış parkda "Özsüt" və Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən "Sütiş" restoranlarının olduğu, həmçinin Nəsimi rayonu, 647-ci məhəllə, akademik Mirəli Qaşqay küçəsi 61-də vaxtilə Mənzil-İstismar Sahəsinin (MİS) yerləşdiyi 103 kvadrat metrlik sahəni də özünə yaxın şəxsin - Abdullayeva Səmayə Qulam qızının adına rəsmiləşdirə bilib.
17 il (2001-2018-ci illər) Bakıya rəhbərlik edən Hacıbala müəllimin ələ keçirdiyi daşınmaz əmlakların siyahısı bununla da bitmir. Məlum olur ki, o, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, vaxtilə İqtisadiyyat Komitəsinin yerləşdiyi 113.7 kv metrlik sahəni də Abdullayeva Səmayə Qulam qızının adına rəsmiləşdirib.
Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən, vaxtilə "Bakıelektrikşəbəkə" ASC-nin anbarının və qarajlarının yerləşdiyi sahəni də özününküləşdirən, hazırda isə anbar kimi icarəyə verən sabiq mer Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağının həyətində inşa olunan 3 mərtəbəli restoranın da sahibidir.
Hələ bu harasıdır? Rəşid Behbudov küçəsində, Azərbaycan Dillər Universitetinin yaxınlığında yerləşən 7 mərtəbəli iş mərkəzi inşa etdirmiş H. Abutalıbov bu qədər sərvətlə də kifayətlənməyib və Hüseyn Cavid parkında yerləşən "Yaşıl" çay evini də öz nəzarətinə keçirib.
Nərimanov rayonunda Ticarət Departamentinin inzibati binası üçün icarəyə verilmiş tikili, Binəqədi rayonu ərazisindəki "Heydər məscidi"nin yanındakı mərasim evi də Hacıbala müəllimin sərvətləri siyahısındadır.
Yeri gəlmişkən, kifayət qədər maraqlı bir məqamı da diqqətinizə çatdırmaq istəyirik: mərasim evinin yerləşdiyi ərazidə məskunlaşmış vətəndaşların köçürülməsi dövlət vəsaiti hesabına baş tutmuşdu.
Balaxanı qəsəbəsində yerləşən və qara metalların sinklənməsi üzrə ixtisaslaşan zavodu ("Qalzansiya") da ələ keçirən Abutalıbov mer olduğu zamanlarda sürətlə böyütdüyü sərvətini Baş Nazirin müavini olarkən də artırmağa davam edir. Belə ki, hazırda o, Yasamal rayonu, Qurban Xəlilov küçəsində, Vergilər Nazirliyinin arxasında yeni salınmış parkda yeni kafelər inşa etsirməkdədir, bu məqsədlə artıq 2 bünövrə qazılıb, betonlama işləri tamamlanıb, bünövrələrin üstü bağlanılıb. Yəqin ki, çox keçməyəcək, həmin kafelər də fəaliyyətə başlayacaq və Hacıbala müəllim üçün növbəti qazanc mənbələri yaranacaq.
Şübhəsiz ki, sadalananlar Abutalıbovun ümumi sərvətlərinin heç də hamısı deyil; buradan belə nəticə çıxır ki, onun paytaxta rəhbərlik etdiyi dövrdə "Bakımızı daha da gözəlləşdirmək və abadlaşdırmaq" deyiminin arxasında öz sərvətlərinin miqyasını genişlətmək durub.
Ən maraqlısı isə odur ki, keçmiş Bakı meri, hazırda isə Baş Nazirin müavini olan şəxs mətbuata bir neçə açıqlamasında var-dövləti ilə bağlı iddiaları təkzib etmək yolu tutub, az qala belə bir təsəvvür yaratmağa çalışıb ki, hansı postu tutmasından asılı olmayaraq, sadəcə, üzərinə düşən vəzifələri yerinə yetirməklə məşğul olub, maaşı ilə dolanıb... Lakin reallıq onun dediklərini alt-üst edir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:31
Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək
Bu gün, 16:32
Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb
Bu gün, 12:39
Sabah yağış yağacaq - Proqnoz
Bu gün, 12:35
Sabunçu Tibb Mərkəzinin baş həkimi vəzifədən azad edilib
Bu gün, 11:37
Xankəndi, Ağdərə və Xocalıda 22 min əhali yaşayır
11-10-2025, 13:48
2025-ci ilin ən yaxşı binası seçilib - Fotolar
11-10-2025, 12:34
Sabahın hava proqnozu açıqlanıb
10-10-2025, 18:49
Avrasiya ölkələrinin real ölçüləri...
10-10-2025, 17:18
Həkim Sənan Mehdiyevə hökm oxunub
10-10-2025, 17:04
Oqtay Şirəliyevin yerinə baş direktor seçilib
10-10-2025, 16:47
Abşeronda 60 yaşlı kişi öldürülüb
10-10-2025, 16:01
Vəkillər Kollegiyasının sədri ilə bağlı məhdudiyyət ləğv olunur
10-10-2025, 15:41
"Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik edilib
10-10-2025, 13:36
16 yaşlı britaniyalı süni intellektlə bir milyon dollar qazanıb
10-10-2025, 12:40
Sabahın hava proqnozu açıqlanıb
10-10-2025, 12:30
"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanun dəyişib
10-10-2025, 11:27
Hafiz Həsənovun məhkəməsi başlayır
10-10-2025, 10:48
Şəkidə oğurluq etdiyi evi yandıran şəxs tutulub
10-10-2025, 09:31
Adı qalmaqallarda hallanan məktəb direktoru vəzifədən çıxarılıb
10-10-2025, 07:50
Qazaxıstan pasportu yeni dizaynda olacaq
9-10-2025, 20:29
Küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət olunub
9-10-2025, 20:28
Ermənistan vətəndaşları hakim qarşısına çıxarılıblar - Yenilənib
9-10-2025, 18:01
Keçmiş arvadını öldürmək istəyən 56 yaşlı şəxsə ağır cəza verilib
9-10-2025, 16:58
Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadılıb
9-10-2025, 16:08
Güclü külək olacaq - Xəbərdarlıq
9-10-2025, 15:43
Zəngin ailə media nəhəngindəki payını 537 milyon dollara satır
9-10-2025, 14:03
Ağdamda dəbdəbəli yas məclisləri qadağan olunub
9-10-2025, 13:01
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
9-10-2025, 12:34
Sabah hava necə olacaq? - Proqnoz
9-10-2025, 11:24
Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotiklə yaxalanıb
9-10-2025, 10:02
Xankəndidə kürəkən, qayınata və qayın saxlanılıb
9-10-2025, 08:57
Sürücü Los-Ancelesdə 6 min məşhurun evini yandırıb
9-10-2025, 08:45
Fərdi yaşayış evində partlayış olub - Video
8-10-2025, 23:55
Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb
8-10-2025, 18:00
"Lamborghini" gələcəyin avtomobilini təqdim edib - Fotolar
8-10-2025, 16:49
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
8-10-2025, 13:29
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
8-10-2025, 12:15
Sabah hava necə olacaq? - Proqnoz
8-10-2025, 10:18
Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
8-10-2025, 10:04
Tərbiyəçi vəzifəsinə işə qəbul müsahibəsinə start verilib
8-10-2025, 09:24
Terroru maliyyələşdirməkdə ittiham edilənlərin məhkəməsi olub