İran ABŞ-a xəbərdarlıq edir: hərbi bazalarınızı vuracağıq
Tarix: 15-09-2019 13:40 | Bölmə: Slayd
İran ABŞ-a xəbərdarlıq edir: hərbi bazalarınızı vuracağıq

“ABŞ-ın iki bazası və bir gəmisi Yaxın Şərqdə İran ordusunun hədəfindədir, hərbi əməliyyatlar başlayacağı təqdirdə onlara zərbə endiriləcək".

Reyting.az
xəbər verir ki, bunu İran İslam İnqilabı gözətçilər Korpusunun hərbi-hava qüvvələrinin komandanı Əmir Əli Hacızadə bəyan edib.

“Qətərdə yerləşən Əl-Udeyd bazası, BƏƏ-də yerləşən Əz-Zafra bazası və Oman körfəzindəki amerikan gəmisi bizim hədəflərimiz altındadır, Amerika atəş açacağı təqdirdə, biz də onları vuracağıq“, – Tasnim agentliyi Hacızadəyə istinadla xəbər verib.

O qeyd edib ki, İran raketləri 2 min kilometr aralıda yerləşən bütün ABŞ baza və gəmilərini vurmağa qadirdirlər.

Eyni zamanda, İran XİN bəyan edib ki, ABŞ dövlət katibi Mayk Pompeonun Səudiyyə Ərəbistanındakı neftayırma zavodlarına hücumların arxasında İranın dayanması haqqında bəyanatı uydurmadır.

Şənbə gününə keçən gecə Səudiyyə Ərəbistanının iki neftayırma zavoduna pilotsuz təyyarələrin hücumu nəticəsində yanğınlar baş verib. Yanğınlar “Saudi Aramco” dövlət neft-qaz şirkətinə məxsus müəssisələrdə, ölkənin şərqindəki Abkayk rayonunda və Ər-Riyaddan şərqdə yerləşən Huraysda baş verib. Nəticədə sutkada 5,7 barrel neft hasilatı dayandırılıb ki, bu da ölkənin neft istehsalının yarısıdır.

Yəmən üsyançıları husilər bildiriblər ki, neftayırma zavodlarına pilotsuz uçan aparatlar vasitəsilə onlar hücum ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər