16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Qanuni oğrular” Qulini tituldan məhrum etməyə hazırlaşır
Tarix: 16-09-2019 19:20 | Bölmə: Slayd
“Qanuni oğrular” Qulini tituldan məhrum etməyə hazırlaşır

“Qanuni oğrular” Quli kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovu tituldan məhrum etmək üçün “yığıncaq” keçirməyə hazırlaşırlar.

Reyting.az
Rusiya KİV-nə istinadla bildirir ki, bu haqda vəziyyətdən xəbərdar olan mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, bu qərarın qəbuluna səbəb Arman Dikiy kimi tanınan Arman Cumanqeldievi dəstəkləməsi olub.

Sonuncu Qazaxıstanın xüsusi xidməti ilə sıx əlaqədə şübhəli bilinir. Bundan əlavə, o, “qanuni oğru” Quram Çixladzeni vurmaqda, Quli isə bu münaqişədə Dikinin tərəfini saxlamaqda ittiham olunur.

“Qanuni oğrular” yaxın günlərdə Qulinin oğru titulundan məhrum olunması üçün “yığıncaq” keçirəcək. Mənbə deyib ki, Quli də “qanuni oğru” Zaxariya Kalaşova (Şakro Molodoy) qarşı təşkil etdiyi intriqadan məmnun deyil.

Məsələn, Quli şayiələr yayır ki, Kalaşov Vadik Krasnodarskinin Türkiyədə öldürülməsinə razılıq verib.

“Quli bu intriqa ilə “qanuni oğru” Merab Canqveladzeni Şakro Molodoyla toqquşmaya cəhd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}