Deputatın girov qoyduğu vəsiqələrin görüntüləri yayıldı - Foto
Tarix: 20-09-2019 16:17 | Bölmə: Siyasət
Deputatın girov qoyduğu vəsiqələrin görüntüləri yayıldı

Xəbər verdiyimiz kimi, millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqələrini girov qoyub.

Reyting.az
xəbər verir ki, Yenisabah.az girovluqda olan vəsiqələrin fotolarını əldə edib.

Vəsiqələrdən biri Təranə Fətəliyevaya, digəri isə Xatirə Nəcəfovaya girov olaraq verilib.

Onu da qeyd edək ki, həmin vəsiqələr III və IV çağırış Milli Məclisin vəsiqələridir. Daha aydın olmaq üçün belə qeyd edək ki, vəsiqələrin istifadə müddəti bitib. Deputat istifadəyə yararsız vəsiqələri sözügüdən xanımlara girov kimi verməklə onları aldadıb.



Deputatın girov qoyduğu vəsiqələrin görüntüləri yayıldı




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}