Xarici şirkətin rəhbərləri Azərbaycan məmurlarına böyük məbləğdə rüşvət veriblər - Məhkəmə
Tarix: 31-10-2019 19:19 | Bölmə: Slayd
Xarici şirkətin rəhbərləri Azərbaycan məmurlarına böyük məbləğdə rüşvət veriblər

Monakoda yerləşən neft və qaz üzrə məsləhətçi “Unaoil” şirkətini idarə edən Əhsani ailəsindən olan iki qardaş təqsirkar olduqlarını etiraf ediblər. Onlar 9 ölkənin məmurlarına milyonlarla dollar rüşvət ödəmək üçün 17 illik sxemin bir hissəsi olduqlarını boyunlarına alıblar.

Reyting.az
“Daily Mail”-ə istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, 51 yaşlı Sirus Əhsani və 46 yaşlı qardaşı Samanın hələ mart ayında Xarici Korrupsiya Tətbiqləri Qanununu (FCPA) pozmaqda təqsirli olduqlarını bildiriblər. Onlar 2020-ci il aprelin 20-də məhkəmə qarşısına çıxarılacaqlar.

İngiltərənin 50 yaşlı vətəndaşı və biznesin inkişafı üzrə sabiq direktor Stiven Hanter də avqust ayında FCPA-nı pozmaqda təqsirini boynuna alıb.

İngiltərə vətəndaşları olan Əhsani qardaşları 1999-cu ildən 2016-cı ilə qədər Əlcəzair, Anqola, Azərbaycan, Konqo Demokratik Respublikası, İran, İraq, Qazaxıstan, Liviya və Suriyadakı dövlət məmurlarına rüşvət veriblər.

“Unaoil”-un sabiq baş icraçı direktoru Sirus Əhsani və vaxtilə baş əməliyyat direktoru olan Saman Əhsani rüşvət sxeminin gəlirlərini “yuyaraq” ABŞ-da və başqa yerlərdə araşdırmalara mane olmaq üçün sübutları məhv ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}