Təcili tibbi yardım stansiyası xəstəyə yardımdan imtina edib - Səs yazısı
Tarix: 12-11-2019 14:11 | Bölmə: Cəmiyyət
Təcili tibbi yardım stansiyası xəstəyə yardımdan imtina edib

Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasında xəstəyə laqeyd münasibət bəsləyirlər.

Bu barədə jurnalist Famil Fərhadoğlu (İbrahimov) məlumat verib. O, xəstənin həyatına laqeyd yanaşan Təcili Tibbi Yardım stansiyası əməkdaşlarının cəzalandırılmasını istəyir:

"Noyabrın 11-i saat 22:26 radələrində həyat yoldaşımda antibiotik dərman qəbul etmişdi və bunun nəticəsində onda alergik reaksiya baş vermişdi. Tənəffüsündə kəskin problem yaranmış, ürək döyüntüləri artmış və əlləri yığılmağa başlamışdı. Xırdalan şəhərində kirayədə yaşadığım üçün (özüm Bakı şəhərində qeydiyyatdayam) ərazi üzrə Abşeron rayon Təcili Tibbi Yardım stansiyasına zəng etdim. Vətəndaşa qarşı gördüyüm biganə münasibət məni sarsıtdı”.

F. Fərhadoğlunun sözlərinə görə, üzləşdikləri problemi dispetçer həkimə deyib, o isə cavabını yanındakılardan soruşub: “Bu da qalsın bir tərəfə. Dəstəyi götürən digər xanım işçi isə bildirir ki, hazırda təcili tibbi yardım avtomobillərimiz çağırışdadı, maşın yoxdur. Xəstəni həkimə özünüz aparın”.

Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasından F. Fərhadoğluna məsləhət görüblər ki, Ak. M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etsin. Bundan sonra o, xəstəni taksi ilə deyilən xəstəxanaya aparıb: “Orada da xəstəyə biganə münasibətin şahidi oldum. Hər tibb işçisi bir söz dedi. Sonra bir əlil arabası verdilər ki, xəstəni Reanimasiya şəbəsinə aparım. Liftə minəndə xanım işçi dedi ki, “Sizə burada tibbi yardım göstərə bilməyəcəklər. Ən yaxşısı, gedin Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə”. Yenidən taksi tutub (Xəstəxananın həyətində təcili Tibbi Yardım avtomobili olduğu halda) deyilən xəstəxanaya getdim. Sağ olsunlar ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində lazımi tibbi yardım göstərildi. Mənə maraqlı olan odur ki, mənim həmin vaxt üstümdə pul olmasaydı, xəstəmi xəstəxanaya necə aparacaqdım? Əgər avtomobil tapıb xəstəmi xəstəxanaya çatdıra bilməsəydim nə olacaqdı?”

F. Fərhadoğlu üzləşdiyi problemlə bağlı Səhiyyə Nazirliyinin 9103 "Qaynar xətti"nə məlumat verib: “Guya araşdırıb mənə cavab da dedilər: “Həmin vaxt avtomobil olmayıb”. Sonra da bildirdilər ki, guya mən Təcili Tibbi Yardım maşınından imtina etmişəm. Halbuki elə olmayıb”.

F. Fərhadoğlu əlaqədar qurumlardan xahiş edir ki, həmin Təcili Tibbi Yardım Stansiyasının xəstələrə laqeyd yanaşan əməkdaşları cəzalandırılsın.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}