16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Bu, qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-ın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

Təhsil Nazirliyinin nəzdində yeni qrup yaradılacaq
Tarix: 15-11-2019 11:03 | Bölmə: Cəmiyyət

Nazirlər Kabineti “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları”nı təsdiqləyib.
Reyting.az-ın məlumatına görə, bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikası ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının (proqram iştirakçıları) seçimi meyarlarını və prosedurlarını müəyyən edir.
Proqram iştirakçıları bu Qaydalarla müəyyən edilmiş seçim meyarlarına uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə, xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan vətəndaşları (namizədlər) sırasından seçilirlər. Dövlət hesabına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda, Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura səviyyəsi üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, doktorantura səviyyəsi üzrə təhsilini başa vurmuş, habelə Azərbaycan Respublikasının dövlət proqramları və beynəlxalq müqavilələri çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslər proqram iştirakçılarının seçilməsində namizəd qismində iştirak edə bilməzlər.
Proqram iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə aparılır:
- namizədin xarici ölkənin ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisas istiqamətinin Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli qərarı ilə müəyyən edilmiş “Azərbaycan Respublkası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları”na uyğun olması;
- namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
- namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması;
- namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (namizədin təhsili iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hər birinin) “Times Higher Education (THE) World University Rankings və “Academic Ranking of World Universities (Shanghai)” reytinqlərindən hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer alması:
- Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan sonra pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığının olması;
- namizədin həqiqi hərbi xidmət keçməsi, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək çağırışa möhlətinin olması və ya çağırışdan azad edilməsi;
- təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi tədqiqat işlərini aparmaq bacarıqları;
- namizədin məntiqi mühakimə yeritmək bacarıqları;
- namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.
Namizədin göstərilən meyarlara uyğunluğu təqdim etdiyi sənədlər əsasında Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən qiymətləndirilir. İdarəetmə Qrupunun yaradılması, fəaliyyətinin təşkili qaydası və səlahiyyətləri Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Namizədin təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi tədqiqat işlərini aparmaq, zədin məntiqi mühakimə yeritmək, namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsahibə vasitəsilə qiymətləndirilir. Namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (namizədin təhsili iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hər birinin) beynəlxalq reytinqlərin hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer alması Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alan və ya qəbul olunmuş namizədlərə şamil edilmir. Həmin tələblərə cavab verən xarici ali təhsil müəssisəsində bakalavr və magistr ali təhsil dərəcəsini almış namizədlərin Namizədin təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi tədqiqat işlərini aparmaq, zədin məntiqi mühakimə yeritmək, namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyətinin qiymətləndirilməsi aparılmır.
Proqram iştirakçılarının seçimi barədə elan, namizədlərdən sənədlərin qəbulunun son tarixi göstərilməklə hər tədris ilinin hər semestrinin başlamasına azı 2 ay qalmış Təhsil Nazirliyinin rəsmi internet saytında verilir. Proqram iştirakçılarının seçimi prosedurunda iştirak etmək üçün namizəd sənədlərin qəbulu müddətində nazirliyin rəsmi internet saytında “Xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq üçün elektron ərizə”ni doldurmalı və aşağıdakı sənədlərin skan edilmiş surətini əlavə edib, elektron ərizəni təsdiq etməlidir:
- namizədin xarici ali təhsil müəssisəsinə qəbul edildiyini və ya namizədin xarici ali təhsil müəssisəsində təhsil aldığını təsdiq edən sənəd (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi);
- Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan sonra pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsini bağlamağa razılıq məktubu;
- ali təhsil pilləsinin müvafiq səviyyəsində təhsil almış namizədin bakalavr və ya magistr diplomu və ona əlavə (ali təhsilini başa vurmuş, lakin bu və ya digər səbəblər üzündən seçimin aparıldığı müddətdə ali təhsil haqqında sənəd almamış namizədə bu barədə ali təhsil müəssisəsi tərəfindən verilmiş arayış);
- xarici ölkədə ali təhsil almış namizədin bakalavr və ya magistr diplomu və ona əlavə;
- namizədin hərbi bileti, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək ona müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin verildiyini və ya çağırışdan azad edildiyini təsdiq edən arayış;
- namizədin xarici ali təhsil müəssisəsində təhsil alma bacarıqları barədə rəyi özündə ehtiva edən ali təhsil müəssisəsi və ya elmi müəssisə və təşkilatda çalışan professor-müəllim heyətinin ən azı 2 (iki) üzvü tərəfindən verilmiş tövsiyə məktubu (namizəd pedaqoji fəaliyyətlə məşğul olduğu halda, məktublardan biri onun işəgötürəni tərəfindən təqdim edilə bilər);
- namizədin sağlamlığı haqqında arayış (forma AZS086/1);
- namizədin tədqiqat işinə dair Azərbaycan dilində məlumat (tədqiqat planı: qısa xülasə, metodologiya, tədqiqat sualı, biblioqrafiya) – 2000 sözdən az olmayan həcmdə;
- namizədin xarici ölkələrin təsir gücünə (“impakt faktor”) malik olan, istinad indeksli elmi nəşrlərində dərc olunmuş elmi məqalələri, yaxud həmin məqalələrə elektron keçidlərin (linklərin) siyahısı.
Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonar namizəd üçün nazirliyin rəsmi internet saytından girişi olan elektron şəxsi kabineti yaradılır. Elektron şəxsi kabinet vasitəsilə namizəd istənilən vaxt elektron ərizəsinin cari statusu barədə məlumatı əldə edə bilər, habelə bu Qaydalarla müəyyən edilmiş sənədləri və məlumatları təqdim və əldə edə bilər. Elektron ərizə namizəd tərəfindən təsdiq edildiyi tarixdən 30 gün müddətində namizədin seçim meyarlarına uyğunluğunun qiymətləndirilməsi aparılır və namizədin müsahibəyə buraxılması, yaxud müsahibəyə buraxılmaması barədə məlumat onun elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir.
Namizədlərlə müsahibələri nazirlik tərəfindən yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən müsahibə komissiyaları aparır. Müsahibə komissiyalarının tərkibi 3 nəfərdən az olmamaqla nazirliyin, Dövlət Neft Fondunun və namizədlərin ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarının (qurumların) əməkdaşlarından formalaşdırılır. Müsahibə komissiyalarının tərkibinə namizədlərin ixtisas istiqamətlərinə uyğun sahə üzrə fəlsəfə doktoru (elmlər namizədi) dərəcəsi olan mütəxəssislər cəlb edilə bilərlər. Müsahibə komissiyalarına üzv olan nazirliyin əməkdaşları həmin komissiyalara sədrlik edirlər. Namizəd üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyi təqdirdə, təyin edilmiş müsahibə tarixinə azı 1 iş günü qalmış nazirliyə bu barədə məlumat verməlidir. Müsahibədə iştirak etməyən namizədlə həmin tədris ili üçün aparılan seçim çərçivəsində yeni müsahibənin keçirilməsinə yol verilmir. Məlumat verməklə müsahibədə iştirak etməyən namizədlə İdarəetmə qrupunun qərarı ilə həmin tədris ili üçün aparılan seçim çərçivəsində 1 dəfədən artıq olmamaqla yeni müsahibənin keçirilməsinə yol verilir. Namizədləri əvvəlcədən məlumatlandırmaqla müsahibələrin videoçəkilişi aparılır.
Müsahibə komissiyalarının üzvləri tərəfindən namizədlərə verilən qiymətlərin yuxarı həddi aşağıdakı kimi müəyyən edilir:
- təhsil almaq istədiyi ixtisas üzrə elmi tədqiqat işlərini aparmaq bacarıqları – 20 bal;
- məntiqi mühakimə yeritmək bacarıqları – 15 bal;
- kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti – 15 bal.
Namizədin əldə etdiyi yekun qiymət aşağıdakı düsturla hesablanır:
Y= (üzv1 + üzv2+…+ üzvn ) ÷ n
Y – namizədin əldə etdiyi yekun qiymət;
üzv1, üzv2, üzvn - müsahibə komissiyasının hər bir üzvü
tərəfindən verilmiş qiymətlərin cəmi;
n – müsahibədə iştirak edən müsahibə komissiyası üzvlərinin sayı.
Namizədin yekun qiyməti 40 və daha artıq olduqda, namizədin təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi tədqiqat işlərini aparmaq, zədin məntiqi mühakimə yeritmək, namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti meyarlara uyğun hesab olunur. Namizədin yekun qiyməti namizədin elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir.
Proqram iştirakçısı seçilmiş namizədlərin siyahısı Nazirliyin əmri ilə təsdiq edilir və onlarla Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada xarici ali təhsil müəssisəsində təhsilin maliyyələşdirilməsini tənzimləyən müqavilə bağlanılır.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:32
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Bu gün, 15:40
Bakıda iş yerində yıxılan qadın ölüb
Bu gün, 15:33
Beyləqanda ər arvadını bıçaqlayıb
Bu gün, 15:04
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
Bu gün, 13:09
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
Bu gün, 12:47
Sabah yağış yağacaq
Bu gün, 12:24
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
Dünən, 16:02
Bakı metrosunda iş rejimi uzadılıb
Dünən, 15:30
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
Dünən, 13:44
"Azərpoçt"un adından saxta mesajlar yayılır
Dünən, 12:47
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
Dünən, 12:18
Daşkəsən sakini 12 kq narkotiklə tutulub
16-09-2025, 21:03
Sumqayıtda yaşayış binasında yanğın olub
16-09-2025, 17:08
Sabah leysan yağacaq - Xəbərdarlıq
16-09-2025, 16:35
Zaqatala sakini bağında döyülüb
16-09-2025, 13:27
Sabah yağış yağacaq
16-09-2025, 12:39
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
16-09-2025, 12:05
Məleykə Abbaszadə: "İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir"
16-09-2025, 10:05
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır
16-09-2025, 09:49
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
16-09-2025, 09:40
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verib
16-09-2025, 08:06
Dini liderlər Astanada toplaşıb
15-09-2025, 16:52
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
15-09-2025, 16:39
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
15-09-2025, 15:00
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
15-09-2025, 13:13
Masazırda 57 yaşlı kişini "tok" vurub
15-09-2025, 12:58
Sabah yağış yağacaq - Proqnoz
15-09-2025, 10:28
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
15-09-2025, 09:14
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
15-09-2025, 08:13
Çində uçan naməlum obyekt vurulub?
14-09-2025, 13:22
Sabah yağış yağacaq
13-09-2025, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”