12:24 / 23-06-2025
Qarabağ zonasında daha 1420.9 hektar ərazi minalardan təmizlənib
12:15 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib)
12:00 / 23-06-2025
"Qarabağ" Duşan Tadiçi transfer etmək istəyir? - Klubdan açqlama
11:57 / 23-06-2025
Xüsusi karantin rejiminin müddəti uzadılıb
11:41 / 23-06-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıb
11:34 / 23-06-2025
İran ordusu: "Cənab Tramp, siz oyunçusunuz, biz isə..."
11:00 / 23-06-2025
Həbib Nurməhəmmədov: "Azərbaycana təşəkkür edirəm"
10:45 / 23-06-2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib
10:31 / 23-06-2025
DİN: "Şəxsi bank kartı məlumatlarını baqşası ilə paylaşmaq olmaz"
10:25 / 23-06-2025
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
10:16 / 23-06-2025
“Azərişığ”ın milyonluq tenderi - Əmək Müfəttişliyinin cəzalandırdığı şirkət "qalib gəlib"
10:08 / 23-06-2025
28 universitetin adı ilk dəfə reytinq siyahısına düşüb - Adlar
10:00 / 23-06-2025
İsmayıllıda oğul atasını öldürüb
09:30 / 23-06-2025
General Usubov sərəncama götürülüb
09:18 / 23-06-2025
TƏBİB-in 3.6 milyonluq tenderi ləğv olunub
09:12 / 23-06-2025
Rusiya üzərində 23 PUA vurulub
08:46 / 23-06-2025
Sevil Əliyevanın oğlu məşhur diktorun nəvəsi ilə ailə qurub
08:08 / 23-06-2025
Qərbi Azərbaycana erməni köçü - Fotolar
07:55 / 23-06-2025
Kilsədə terror aktı: çoxsaylı ölən və yaralılar var
07:50 / 23-06-2025
Kolumbiyada üsyançılar 57 hərbçini əsir götürüblər
07:46 / 23-06-2025
Türkan Şoray: “Mənə olan sevginin səbəbi kinonun sehrindədir”
07:39 / 23-06-2025
İsrail planının son mərhələsindədir?
07:34 / 23-06-2025
Xaricdəki amerikalılara xəbərdarlıq edilib
00:29 / 23-06-2025
NATO ölkələri müdafiə xərclərini artırır
00:20 / 23-06-2025
İranın nüvə obyektlərindən radiasiya sızır?
00:17 / 23-06-2025
ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
00:03 / 23-06-2025
İranlı nazir Putinlə görüşə gəlib
20:20 / 22-06-2025
Rəsmi Bakı ABŞ-ın İranı bombalaması barədə bəyanat yayıb
18:48 / 22-06-2025
ABŞ Çinə çağırış edib - Səbəb
12:34 / 18-06-2025

16:11 / 19-06-2025

16:25 / 18-06-2025

17:28 / 20-06-2025

13:12 / 18-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

14:57 / 22-06-2025

13:18 / 18-06-2025

İsa Həbibbəyliyə qarşı ittihamlar səsləndi: akademik başqasının işini öz adına çıxıb - Yenilənib
Tarix: 19-11-2019 10:39 | Bölmə: Slayd

Xəbər verdiyimiz kimi, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaydığı açıqlamada bildirilir ki, İsa Həbibbəyli uzun illərdir Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli irsini, həyatı, mühiti və müasirlərini tədqiq edib öyrənmək, əsərlərini dünya dillərinə tərcümə etdirərək kitab halında nəşr etdirmək sahəsində ardıcıl iş aparır. “Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparmışdır”.
Amma yayılan bu məlumat qalmaqala səbəb olub. Araşdırmaçı jurnalist Hafiz Əhmədov iddia edir ki, Mirzə Cəlilin varislərini hələ bu ilin əvvəlində taparaq onlardan müsahibə alıb.
Reyting.az Hafiz Əhmədovun açıqlamasını təqdim edir:
“Bildiyiniz kimi, aylar öncə görkəmli maarifçi Cəlil Məmmədquluzadənin Polşada yaşayan varislərini tapdım və müsahibə götürdüm. Varlıqlarından belə Azərbaycanda heç kəsin xəbəri olmayan bu varislərlə eksklüziv müsahibəmi HAFİZTİMES.COM adlı saytımda mən yayımladım.
Onları tapmaq üçün aylarla oxuyub, araşdırmalar aparmışam. Həmin ailənin ən uzaq qohumları, qonşuları ilə əlaqə yaratmışam. Nəhayət aylar sonra Cəlil Məmmədquluzadənin varislərini facebook-da tapdım. Mesaj göndərdim. Mirzə Cəlilin adını ilk məndən eşidirdilər... O qədər təəcüblənirdilər ki... Mirzə Cəlilin nə qədər böyük şəxsiyyət olduğunu, məktəblərimizdə də onun haqqında öyrəndiyimizi yazırdım. Bir sözlə, böyük Mirzə Cəlili onlara mən təqdim etdim! Müsahibədə də özləri Azərbaycana gəlmək istədiklərini yazmışdılar. Çünki onlara mən Azərbaycanın necə gözəl olduğunu yazırdım... Hər gün yazıb, əlaqə saxlayırdıq.

Müsahibə yayımlanandan bir ay keçmişdi. Telefonu açdım 20-yə yaxın zəng gəlmişdi. "211" başlıqlı nömrədən. Yenə zəng etdi. Dedi, mən AMEA-dan alim... İsa Həbibbəyli... Düz yarım saat təriflər yağdırdı: "Onların nömrəsini ver, adress, contact".
Elə şirin, mehriban danışırdı ki... Məndə də telefon nömrəsi yox idi.
Dedi, köməkçim Pənaha onlarım facebook hesabını, email-lərini göndər. Mən də göndərdim! Nəhayət 10 gün öncə oxudum ki, bu şəxs onları Azərbaycana dəvət edib. Sağ olsun, varislər özləri də yazmışdılar. Gözlədim ki, indi məni də dəvət edəcəklər bu görüşə. Axı onları mən tapmışam. Bu gün gördüm ki, bir dəstə yekəqarın kişi Xiyabanın önündə şəkillər çəkdirib yazıblar ki, "Mirzə Cəlilin varislərini İsa Həbibbəyli tapıb Azərbaycana gətirib". Artıq 10 gün idi ki, bütün ölkə mətbuatı İsa Həbibbəylinin "uğur"undan yazırdı. Hafiz Əhmədovun adını bir yerdə də çəkən yox idi...”.
H. Əhmədov yazır ki, İ. Həbibəyli onun əziyyətini öz adına çıxıb: “İsa Həbibbəyli bir həftəyə Polşadan iki nəfəri xüsusi reyslə Bakıya gətirdi. Amma Hafiz Əhmədovu Tovuzdan Bakıya dəvət etmədi.
Guya ki, telefon nömrəmi itiribmiş. Bəs o boyda AMEA-dan sizinlə bağlı hər gün mesajlar yazan işçiləriniz də itirmişdi nömrəmi, fbook hesabımı?! Yazırdılar ki, "xahiş edirik, İsa müəllim sizinlə danışmaq istəyir"...
Mirzə Cəlilin varislərinin ünvanını məndən öyrənəndən sonra hamısı yəqin mənim nömrəmi silib, onlarınkını qeyd ediblər...
Diaspora Komitəsinin rəhbəri Fuad Muradov da Polşada olanda varislərlə görüşmüşdü. Təbii, onlara da mən ünvanı vermişdim! O zaman da heç bir mətbuat orqanı adımı qeyd etmədi. Hətta varis özü mənə yazdı ki, sənin haqqında Polşadakı "azərbaycanlı"lara məlumat verdik ki, "bizi Hafiz Əhmədov tapıb", saytım barədə danışıblar. Bizim yerli "azərbaycanlılar" isə deyiblər ki, məni tanımırlar... Çox təəssüf...”.
H. Əhmədov sonda belə bir müraciət də edib: “Ey Azərbaycan Xalqı! Sizdən xahiş edirəm ki, imkan verməyin mənim əməyimi başqaları öz adlarına çıxsınlar, imkan verməyin haqqımı tapdasınlar! Mən bu yazıları sizin üçün yazıram. İki ildir işsizəm. Nə milyonluq ofisim, nə maaşım, nə də Bakıda başımı sala biləcəyim bir daxmam, nə də "əməkdarlığım" var. Mən bütün bu araşdırma yazılarımı, müsahibələrimi Tovuzda ucqar bir dağ kəndində yazıram... Heç bir maddi qazancım yoxdur. Kənddə sahədə çalışıb axşamlar yorğun olsam da, bu araşdırmaları yazıram. Xahiş edirəm, mənim yaradıcılığıma sahib çıxın! İmkan verməyin yazılarımı kimsə öz adına çıxsın.
Prezident İlham Əliyev hər dəfə gəncləri aktiv olmağa çağırır. Mən də iki ildir işsiz olmağıma baxmayaraq Azərbaycan mətbuatı tarixinə qızıl həriflərlə düşməli olan 60 top araşdırma müsahibə yazmışam.
Mirzə Cəlilin yubileyi ilə bağlı Prezident sərancam imzalayıb. Mən də ən dəyərli araşdırmanı edib müsahibəni yayımlamışam. Əhməd bəy Ağaoğlu, Hacı Zeynalabdin Tağıyev, Mirzə Fətəli Axundzadə ilə bağlı tarixi araşdırma, müsahibələr hazırlamışam... Amma heç kim "sağ ol ay Hafiz Əhmədov" deməyib. Mən də Azərbaycan gənciyəm axı! Hələ bütün əziyyətlərimi, fəaliyyətimi "alimlər" öz adlarına çıxırlar... Budurmu, AMEA?! Budurmu, Azərbaycan elmi?! Budurmu, gənclərə dəstək olmaq?!”.
Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, deputat İsa Həbibbəyli də məsələyə münasibət bildirib. O, “Yeni Sabah”a deyib ki, Cəlil Məmmədquluzadənin Polşadakı varislərinin tapılmasında Hafiz Əhmədovun böyük rolu olub.
İ. Həbibbəylinin sözlərinə görə, H. Əhmədova zəng vuraraq onu qonaqlarla görüşdürmək istəyib: “Mən dünən ona zəng vurmuşam. Dedim ki, səni Bakıya dəvət edirəm. Bu gün Mirzə Cəlilin varislərinin müxtəlif yerlərdə görüşləri var. O isə dedi ki, Bakıya gəlməyə imkanım yoxdur.
Mən bütün məsrəfləri öz üzərimə götürdüyümü dedim. O da düşünəcəyini bildirdi. Amma görürəm ki, bu gün ona yaraşdırmadığım açıqlama verib. Mən onu ziyalı kimi tanıyıram, ona yaraşdırmadım bu sözləri”.
Həbibbəyli əlavə edib ki, 30 ildir Mirzə Cəlilin nəslinin davamçıları ilə bağlı araşdırma aparır: “Mən ilk dəfə Mirzə Cəlilin varisləri ilə 1992-ci ildə görüşmüşəm. Bununla bağlı fotolar və mətbuatda yazdığım yazılar var. 1997-ci ildə isə Mirzə Cəlilin şəcərəsi ilə bağlı kitab yazmışam. Həmin kitabda Azərbaycana dəvət etdiyimiz Polşadakı nəticələrinin də adı var. Onların atası Midhəd Cavanşiri İranda yaşayırdı. Onunla müxtəlif illərdə 4 dəfə görüşmüşəm. 2009-cu ildə isə o vaxt Polşada səfir olan Vilayət Quliyevdən xahiş etdim ki, onlarla əlaqə yaratsın, Azərbaycana dəvət etsin. Amma həmin vaxt gəlmədilər. 2013-cü ildə Midhəd Cavanşiri dünyasını dəyişəndən sonra əlaqə itdi.
Sonra Hafiz Əhmədovun Martin Cavanşiri ilə müsahibəsini oxudum. Nömrəsini tapıb zəng vurdum, ona təşəkkür etdim və onlarla əlaqə qurmaqda yardımçı olmasını xahiş etdim. Yəni, bu işdə Hafiz Əhmədovun rolu olub və mən də onu Mirzə Cəlilin varisləri ilə görüşə dəvət etmişəm. Doğrudur, birinci gün zəng vura bilməmişəm, çünki nömrəsini tapa bilmədim. Amma dünən zəng vurub görüşə dəvət etmişəm. O nə zaman Bakıya gəlsə, mənim qonağım ola bilər”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:15
Prezident Yevlaxa gedib - (Yenilənib)
Bu gün, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Dünən, 12:33
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
Dünən, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək