11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Səfirlik əməkdaşı: “Diplomatlar məndən seks partisi təşkil etməyimi tələb edirdilər” - Foto
Tarix: 22-11-2019 10:16 | Bölmə: Slayd
Səfirlik əməkdaşı: “Diplomatlar məndən seks partisi təşkil etməyimi tələb edirdilər”

Qətərin London səfirliyində baş verən hadisə dünya mediasını və ölkəni çalxalayır.

Qətərin London səfirliyində katibə olaraq fəaliyyət göstərən Deanne Kinqston işlədiyi dövrdə söz təcavüzünə məruz qaldığını iddia edərək məhkəmə davası açıb.

Səfirlikdə diplomatın ona sözlə təcavüz etdiyini iddia edən və haqsız yerə işdən çıxarıldığını bildirən Kinqston dünyanı şok salacaq ifadələr işlədib.

58 yaşlı xanım iddia edir ki, səfirlikdə məruz qaldığı söz təcavüzləri səbəbindən psixologiyası pozulub: “İntihar etmək haqqında düşünürdüm. Onlar mənimlə cinsi əlaqə qurmaq üçün danışır və seks partisi təşkil etməyimi istəyirdilər. Onların təklifini rədd etdikdən sonra əxlaqsız təkliflərin sayı artmağa başladı”.

Xanım Kinqston hətta iddia edir ki, səfirlikdə çalışan diplomatlar 19 yaşlı qızı ilə cinsi əlaqəyə girmək tələblərini səsləndiriblər.

Səfirlik əməkdaşı: “Diplomatlar məndən seks partisi təşkil etməyimi tələb edirdilər”

2006-2014-cü illər ərzində Qətər səfirliyində işləyən, ərəbcəni bilən Kinqston ayrı-seçkiliyə məruz qaldığını da bildirib.

Məhkəmə qeydlərinə görə, səfirlikdə yüksək diplomatik heyətə daxil olan Fahed əl-Muşairi və Əli əl Harjri Kinqstona sözlə təcavüz ediblər.

Məhkəmə davasında Kinqston 390 min ingilis sterlinqi əldə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}