Qulinin klanından olan şəxsi alçaldan “qanuni oğrular” güllələndi - Foto
Tarix: 23-11-2019 17:00 | Bölmə: Slayd
Qulinin klanından olan şəxsi alçaldan “qanuni oğrular” güllələndi

Noyabrın 22-də günün günorta çağı Suxumidə iki “qanuni oğru”nu güllələyiblər.

Reyting.az
Rusiya KİV-nə istinadla bildirir ki, həmyaşıd olan Astamur Şamba (Astik Qadautski) və Alxas Avidzba (Xasik) tanışları olan bir nəfərlə kafedə oturublar.

Məlumata görə, hücum zamanı təsadüfi adamlar - “qanunçular”ı müşayiət edən bir nəfər, qulluqçu qadın və daha 3 nəfər də yaralanıblar. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qətlin ilkin ehtimal kimi “qanuni oğrular”ın fəaliyyəti nəticəsində törədildiyi qeyd olunur.

Onların ikisi də Abxaziya “oğrular” dünyasının lideri Pızanın (Raul Bartsba) ən yaxın dəstəkçisi hesab olunurdu. Öldürülənlər məhz Pızanın göstərişi ilə öz qardaşlarının - Merba Canqveladze klanına, eləcə də nüfuzlu azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Quli) klanına daxil olan Nika Qaqrinskinin şərəfinə toxunmuşdular.

Abxaziya hüquq-mühafizə orqanlarının məlumatında bildirilir ki, killerlər Gürcüstan istiqamətə qaçıblar.

Qulinin klanından olan şəxsi alçaldan “qanuni oğrular” güllələndi

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}